Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3414/2025 10.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun ünvan 1 ünvanında özünə məxsus fərdi mağazası vardır. Orada ərzaq malları və digər istənilən malların sifarişini qəbul edib nağd və ya kredit şəklində satır. Uzun illərdir ki, bu sahədə fəaliyyət göstərir. Cavabdeh xx.xx.2024-cü il tarixində 200 manat dəyərində uşaq üçün stolu aylıq 20 manat ödəmək şərti ilə öz aralarında razılaşıb kreditə vermişdir. O, ümumi məbləğ olan 200 manatdan cəmi 100 manat ödəmiş, 100 manat borcu qalmışdır. Cavabdeh sonuncu ödənişi uşaq üçün stola görə xx.xx.2025-ci il tarixdə ödəmişdir. Dəfələrlə mobil nömrəsinə zəng etsə də, əlaqə saxlasa da, o, ödəniş etməkdən boyun qaçırmışdır. Vatsapp sosial şəbəkəsi ilə səs danışıqları və yazışmaları vardır. Həmin yazışma və danışıqlar telefonunda qalır. Bu qeyd etdikləri onun nisyə alqı-satqı kitabında da qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş borc dəftərində Cavabdeh adı qeyd edilmiş vərəqdən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixində 200 manat dəyərində uşaq stolunu aylıq 20 manat ödəmək şərti ilə satmış, xx.xx.2025-ci il tarixinə onun göstərilən əşyaya görə 100 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh nisyə olaraq xx.xx.2024-cü il tarixində 200 manat dəyərində uşaq stolunu aylıq 20 manat ödəmək şərti ilə satmış, xx.xx.2025-ci il tarixinə onun göstərilən əşyaya görə 100 manat borcu yaranmışdır. O, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nisyə alqı-satqı müqavilələri üzrə ödənilməmiş qalan borc məbləğləri hissəsində əsaslı hesab edilməli və tam təmin edilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisy alqı-satqı müqaviləsi üzrə yaranmış 100 manat məbləğində borc pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsas hissədə tam təmin edildiyi üçün iddianın ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pulun cavabdehdən tutulması hissəsi də tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 100 manat qalıq borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 130 (bir yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3414/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3414/2025
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver