Məhkəmə qərarları › İş №2(056)-3416/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3416/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3416/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsindən yaranmış pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsindən yaranmış pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 515 (beş yüz on beş) manat məbləğində borc pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında özünə məxsus fərdi maqazası vardır. Orada ərzaq malları və digər istənilən malların sifarişini qəbul edib nağd və ya kredit şəkilində satır. Uzun illərdir bu sahədə fəaliyyət göstərir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 500 manat dəyərində Damafon kameraya qoşulan, aylıq 30 manat ödəmək şərti ilə öz aralarında kredit ilə vermişdir. Ümumi məbləğ 500 manatdan cəmi 380 manat ödəmiş, 120 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 320 manat dəyərində lazer aparatı 4HD yaşıl, aylıq 20 manat ödəmək şərti ilə öz aralarında kredit ilə vermişdir. Ümumi məbləğ 320 manatdan cəmi 150 manat ödəmiş, 170 manat borcu qalmışdır. Həmin tarixdə 25 manat dəyərində uşaq paltarı almış onunda pulunu verməmişdir. xx.xx.2023-cü il tarixdə Damafon kmaeraya qoşulan aparatdan bacısı gilə almaq adı ilə yenidən götürmüş, dəyəri 500 manat aylıq 30 manat ödəmək şərti ilə öz aralarında kreditə vermişdir. Hazırda ümumi borcu 515 manatdır. Dəfələrlə mobil nömrəsinə zəng etsədə yaxın qohumları ilə əlaqə saxlasada ödəniş etməkdən boyun qaçırmışdır. Whatsapp sosial şəbəkəsi vasitəsi ilə səs danışıqları və yazışmaları vardır. Həmin yazışmalar və danışıqlar hazırda telefonunda qalır. Bu qeyd etdikləri onun nisyə alqı-satqı kitabında qeyd olunmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları qiymətləndirib və iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə iddiaçının tələbinin işin faktiki hallara uyğun gəldiyinə görə əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki İddiaçı ilə Cavabdeh arasında Domafonun nisyə alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli və 4HD markalı Lazer aparatının nisyə alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, həmçinin xx.xx.2023-cü il tarixli uşaq paltarının alqı-satqısı barədə şifahi formada nisyə alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2023-cü il tarixli alqı-satqı Müqaviləsi üzrə Domafona görə 120 manat qalıq borc və xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 4HD markalı Lazer aparatına görə 170 manat ödənilməmiş qalıq borc yaranmış, uşaq paltarının alqı-satqısı üzrə isə 25 manat ödənilməmiş qalıq borc yaranmışdır. İşin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Domafonun nisyə alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli və 4HD markalı Lazer aparatının nisyə alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, həmçinin xx.xx.2023-cü il tarixli uşaq paltarının alqı-satqısı barədə şifahi formada nisyə alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2023-cü il tarixli alqı-satqı Müqaviləsi üzrə Domafona görə 120 manat qalıq borc və xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 4HD markalı Lazer aparatına görə 170 manat ödənilməmiş qalıq borc yaranmış, uşaq paltarının alqı-satqısı üzrə isə 25 manat ödənilməmiş qalıq borc yaranmışdır. Sözügedən müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda istinad olunan qanunvericilik aktlarına əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə Cavabdeh İddiaçı aldığı müxtəlif növ məhsulların (Domofon, 4HD markalı Lazer aparatı, uşaq paltarı) dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olduğundan, xx.xx.2023-cü il tarixli alqı-satqı Müqaviləsi üzrə Domafona görə yaranmış qalıq borcun əvəzi 120 manat, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 4HD markalı Lazer aparatına görə yaranmış qalıq borcun əvəzi 170 manat və uşaq paltarına görə ödənilməmiş qalıq borcun əvəzi 25 manat, ümumilikdə isə 515 (beş yüz on beş) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqavilələrindən yaranmış ümumilikdə 515 (beş yüz on beş) manat əsas borc və iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar