Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3423/2025 19.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsindən yaranmış pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsindən yaranmış pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 245 (iki yüz qırx beş) manat pul vəsaitinin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildə Ağdam rayonu Qurdlar kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Müharibə veteranı, əlil və məcburi köçgün statusları var. İnternet elanından cücə və cücə satışı elanını oxumuşdur. Özünü bu iş üzrə satıcı kimi tanıdan Cavabdehyla vatsapda görüntülü əlaqə yaradaraq danışmışlar. Bundan sonra 18 oktyabr 2025-ci il tarixdə vatsapla görüntülü zəng edərək ona 700 ədəd 1 günlük cücə gətirməsini xahiş etmişdir. O, cücələrə əvvəldən ödəniş edilərək zakaz edildiyi təqdirdə, 700 ədəd cücəyə 60 ədəd pay verəcəyini bildirdi. Daha sonra razılaşmışlar. Bundan sonra ona 5239 1517 3654 6378 saylı Kapitalbank kartını göndərərək ona ödəniş etməyini söylədi. 19 oktyabr 2025-ci il tarixdən 21 oktyabr 2025-ci il tarixədək, 700 ədəd cücə və 700 kilo cücə yemi üçün ümumilildə 995 manat pulu Orxanın adına olan 5239 1517 3654 6378 saylı birbank kartına göndərmişdir. Cavabdeh ona 24 oktyabr tarixində 700 cücə+60 ədəd pay cücə verəcəyini və 700 kilo cücə yemi gətirəcəyini bildirdi. 24 oktyabrdan ona cücə gətirməsini gözləsədə bir ara telefonu söndürərək cavab verməmiş daha sonra 2-ci nömrəsinə dəfələrcə zəng etdikdən sonra zəngini açmışdır. Aradan bir neçə gün keçsə də o pullarını qaytarıb özünə vermək istəmirdi. O, cavabdehə onun qeydiyatda olduğu Sabirabad rayonu Polis Bölməsinə getdiyini bildirdi və onu dələduzluqla aldatdığını bildirərək Sabirabad rayon Polis Bölməsindən ona vatsapla konum ataraq şikayətçi olduğunu bildirdi. Şikayət sözündən sonra və etdiyi dələduzluğu ona başa saldıqdan sonra əvvəlcə kartına 200 manat, sonra isə 550 manat göndərərək şikayət etməməyini və görüşməyi bildirdi. Bundan sonra qalan pullarını qaytaracağını bildirsə də lakin qalan 245 manat pullarını ona qaytarmamışdır. O, isə Dövlət qanunlarından başqa qanun tanımadığını bildirdi. Orxan dələduzluqla yəni onu aldadaraq ələ keçirdiyi pulları hər gün qaytaracağını bildirsədə pullarını qaytarmır, vaxtı uzadır. Hazırda cavabdeh ümumi olaraq ona olan 995 manat puldan 750 manat qaytarmışdır. Hazırda cavabdehin ona qaytarmadığı borcu 245 manat təşkil edir. Göründüyü kimi onu aldadıb dələduzluqla pullarını ələ keçirərək qaytarmadığına görə işdə dələduzluq halları mövcuddur. İşin faktiki hallarından görünür ki cavabdehin dələzluqla ələ keçirdiyi pul əvvəlcə 500 manatdan çox olub. Bu halda 178-ci maddədə olan etibardan suiistifadə etmə və ya aldatma yolu ələ keçirdiyi pul dələduzluğu özündə ehtiva edir. Cavabdeh 178 ci maddədə olan dələduz əməlindən yayınmaq üçün borcunu 995 manatdan 245 manata endirmişdir. O, Xətai rayon Polis İdarəsi 35-ci bölməsinə şikayət etdi. Təhqiqatçı ona bildirdi ki cavabdeh borcunu ödəyərək 500 manatdan aşağı endirdiyinə görə işdə cinayət əməli dələduzluq görsənmir. Sabirabad rayon Polis İdarəsi təhqiqatçısı ona bildirdiki iş xırda dələduzluq kimi 227 maddənin hallarını özündə əks etdirir və onlar bu xırda məbləğə görə cinayət işi aça bilməzlər. Öz yaşayış yeri üzrə Xətai 35-ci polis bölməsinə verdiyi şikayət ərizəsinə əsasən cavadeh telefonla bir neçə dəfə polis bölməsinə dəvət edilməsinə baxmayaraq, cavabdeh polislərin çağırışlarına gəlməmişdir. Bundan sonra o, cavabdehin qeydiyyat ünvanı üzrə sahə rəisi ilə əlaqə saxladı. O, ona işdə heçbir cinayət əməli olmadığını bildirərək sakinin pulu guya ondan borc kimi götürdüyünü bildirib şikayətinə irad bildirmişdir. O, sahə rəisinə cavabdehə kartla və birbank tətbiqi vasitəsiylə ödədiyi pulların qəbzini göstərdi. Bundan sonra nə cavabdeh nə də cavabdehin qeydiyat üzrə sahə müvəkkili telefon zənglərini açmamışdır. Cavabdeh onu aldadaraq götürdüyü pulları bir neçə gün içində geri qaytarmağı bildirsə də aldadaraq vaxtı uzatmış və pulları qaytarmamışdır. Odur ki, iddianın təmin olunması xahiş olunur. İddiaçı məhkəməyə elektron qaydada imzalanmış ərizə göndərərək, iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh aid olan 523915****5676 saylı kart hesabına xx.xx.2025-ci il tarixdə 550 manat və 170 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 215 manat və 50 manat, ümumilikdə isə 995 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə iddiaçının tələbinin əsası kimi təqdim etdiyi ödəniş qəbzlərinin surətlərini, işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında ümumilikdə 995 manat dəyərində razılaşdırılmış cinsdə və keyfiyyətdə olması adı ilə 700 ədəd cücə və 700 kq. cücə yemi Cavabdeh tərəfindən İddiaçı satılması razılaşdırılmış, alqı-satqı üzrə İddiaçı alıcı qismində cücə məhsulu və yemin dəyəri olan 995 manat vəsaiti satıcı qismində çıxış edən Cavabdeh hesabına ödəsə də, lakin sonradan alqı-satqı predmeti olan cücə məhsulu və cücə yemi vəd verilmiş qaydada alıcıya verilməməsi səbəbindən, alqı-satqı müqaviləsi ləğv edilmiş, cücə və yemin dəyəri olan 995 manat pul vəsaitinin 750 manat hissəsi alıcıya (iddiaçıya) qaytarılsa da, digər 245 manat hissəsi isə alıcı İddiaçı verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə Mülki Məcəllənin 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanmaqla, onların arasındakı münasibətlər və öhdəliklər həmin müqavilədən yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda istinad olunan maddi hüquq normalarına və işin araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, Cavabdeh şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsinin şərtləri ilə müəyyən olunmuş qaydada razılaşdırılmış cinsdə və keyfiyyətdə cücə məhsulunu və cücə yemini alıcıya təhvil verməməklə, bununla da müqavilənin alıcı qismində digər tərəfi olan İddiaçı qarşısında alqı-satqı müqaviləsindən yaranmış öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin satıcı qismində tərəfi olan Cavabdeh şifahi qaydada bağlanmış alqısatqı müqaviləsinin şərtləri ilə müəyyən olunmuş qaydada razılaşdırılmış cinsdə və keyfiyyətdə cücə məhsulunu və cücə yemini alıcıya təhvil verməməklə, bununla da müqavilənin alıcı qismində digər tərəfi olan iddiaşı İddiaçı qarşısında alqı-satqı müqaviləsindən yaranmış öhdəliyinin icrasından imtina edib və beləliklə də müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu səbəbindən, alqı-satqı müqaviləsinin alıcı qismində tərəfi olan İddiaçı tələbi ilə müqavilə ləğv olunmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin “satıcı” qismində tərəfi olan Cavabdeh alqı-satqı predmeti olan cücə məhsulunu və cücə yemini razılaşdırılmış qaydada alıcıya verməkdən yayınmaqla, bununla da müqavilənin şərtlərini və öhdəliyini əhəmiyyətli dərəcədə pozduğu səbəbindən, alqı-satqı müqaviləsinin alıcı qismində tərəfi olan İddiaçı tələbi ilə müqavilənin ləğv olunmasına baxmayaraq, nəticədə sonuncu həmin məhsulun müqabilində aldığı 995 manat pul vəsaitinin 245 manat hissəsini İddiaçı qaytarmamışdır. Ona görə də, məhkəmə işin araşdırılmış hallarına və istinad olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı alqı-satqı zamanı ödədiyi 995 manat pul vəsaitinin qaytarılmamış 245 manat hissəsini tələb etməkdə haqlıdır və müqavilə üzrə ödənilmiş həmin məbləğin qaytarılmamış hissəsi Cavabdeh tutulub İddiaçı qaytarılmalıdır. Belə ki Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3423/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3423/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver