Məhkəmə qərarları › İş №2(056)-3434/2025

Sabirabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(056)-3434/2025

12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3434/2025 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının Pediatr şöbəsində həkim işləyən Cavabdeh 2022-ci ildə ondan 800 manat borc pul aldı ki, qardaşının pensiyası kəsilib və o, pensiyanı düzəldəcəyinə söz verdi. Həmin verdiyi 800 manatdan 100 manatını 2 ildən sonra yəni 2024-cü ildə güclə qaytardı və qalıq 700 manatı isə bu günədək qaytarılmamışdır. Hər dəfə pulu Xatirədən tələb etdikdə, gündə sabah deyədeyə onun pulunu verməkdə yubadır. Sonuncu dəfə isə 2025-ci ilin noyabr ayının əvvələrində Xatirədən pulunu təkrarən istədikdə verəcəyini bildirdi. Lakin yenə də pulunu qaytarmır. Müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən boyun qaçırır. Telefon əlaqəsi saxlasa da onun zəngini belə açmır. Bu barədə hətta polisə də şifahi müraciət etmişdir. Polis də ona bu işin mülki xarakterli olmasını bildirmişdir. Xatirə isə ona loteriya oynadığını və oradan aldığı pulla onun pulunu qaytarcağını bildirmişdir. Bundan başqa Xatirədən hissə-hissə də pulunu verməsini təklif etmişdir. Hətta səsin belə yazımışdır və bunu da məhkəməyə sübut kimi təqdim edə bilər. Xatirənin ondan başqa şəxslərə də borcu var və onların da pulunu ödəmir. Xatirə isə bu əməllərini davam etdirir. Əlavə olaraq bildirir ki, dələduzluq cinayəti üzrə Cavabdeh barəsində Sabirabad Rayon Məhkəməsində cinayət işi vardır. Ona görə də məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi, eyni zamanda ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxaraq iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxməyaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 238.1-ci maddəsinə əsaslanaraq cavabdehin məhkəmə iclasına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 800 manat məbləğində pul vəsaitini, Cavabdeh vermiş və cavabdeh həmin məbləğin 100 manat hissəsini iddiaçıya qaytarmış, qalan 700 manat məbləğində pul vəsaiti isə qaytarmaqdan yayınmışdır. Beləliklə iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada şifahi borc müqaviləsi bağlanılmış, həmin borc müqaviləsi üzrə tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi tərəflər arasındaki münasibətlər şifahi formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər şifahi formada bağlanmış borc müqaviləsindən irəli gəlmişdir. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Az. Resp. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Beləliklə göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı borc vəsaitini vaxtında və lazımı qaydada qaytarmamış, həmin borc müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh götürdüyü 700 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri əsas hissədə təmin edildiyi üçün, iddianın ödənilmiş dövlət rüsumu əvəzi olan 30 manat pulun cavabdehdən tutulması hissəsi də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış borc müqaviləsindən yaranmış 700 (yeddi yüz) manat əsas borc və iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat ümumilikdə isə 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamənin surətinin alındığı vaxtdan 10 gün ərzində cavabdeh onun ləğvi üçün məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar