Məhkəmə qərarları › İş №2(056)-42/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-42/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-42/2024 15.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 490 manat pulun və dövlət hesabına ödənilmiş 30 manat dövlət rüsumunun alınıb X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla (VÖEN **********) Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 313 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı 900 manat dəyərində malın 150 manatını ilkin olaraq qalan dəyərini isə 15 ay ərzində hər ay 50 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin ödəniş cədvəli üzrə cavabdeh tam şəkildə ödəniş etməmiş və xx.xx.2022-ci il tarixə cavabdehin 490 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehə pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə olunmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdiyi bildirərək izahatında göstərdi ki, cavabdeh onun anasıdır. Əvvəlki məhkəmə iclasılarında da o, bildirmişdir ki, iddiaçı ilə onun anası arasında hər hansı müqavilə imzalanmamışdır. Bu fakt əldə edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Hazırda o, həmin rəyə əsaslanaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və ona əlavələrə görə fərdi sahibkar X5 ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 900 manat dəyərində “LG Smart” markalı televizor 15 müddətinə olmaqla, ilkin 150 manat ödənilməklə, qalan pulu isə hər ay 50 manat ödəməklə satılmışdır. Məhkəmə qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/2079 saylı rəyindən görünür ki, mülki işin 37-38-ci vərəqələrində olan ********* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Cavabdeh” qrafasında olan imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, əldə edilmiş rəylə cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin imzalanmadığı müəyyən edilmədiyi üçün tərəflər arasında müqavilə münasibətinin yaranmasından və cavabdehin həmin müqavilədən irəli gələn iddiaçı qarşısında öhdəlik daşımalı olmasından söhbət gedə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Аzərbаycаn Respublikаsının MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təmin edilməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu, həmçinin məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 126 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxəttşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 126 manat pul vəsaiti iddiaçı X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar