Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-447/2025 10.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırkı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılarkən iş materiallarına əlavə edilmiş MAPS arayışı ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Belə olan halda hazırki iddianın icraata qəbul edilməsi qeyri-mümkündür. İzah edilməlidir ki, belə halda ölmüş borclunun hüquq varisləri müəyyən edilməli, hüquq varisləri müəyyən edildikdən sonra iddia ərizəsi ilə həmin şəxslərin qeydiyyat ünvanları üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-447/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-447/2025
10.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver