Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-45/2023 03.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat məbləğində pulun, MPM-nin 121.1-ci maddəsinə əsasən hüquqi yardım üçün ödənilmiş 500 manat pulun və 60 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4060 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaxın dostu X6 xahişi ilə hazırki iş üzrə Cavabdeh 3500 manat məbləğində borc pul vermiş, Cavabdeh bu barədə öz imzası ilə təsdiq edilmiş qəbz yazaraq ona vermiş, həmçinin özünə məxsus bank kartını ona verərək hər ay həmin kartdan ona olan borcunu hissə-hissə çıxarmasını bildirmişdir. Cavabdehə pul verilən zaman yaxın dostu cavabdehin yaxını olan X8 və cavabdehin qohumu X2 şahidliyi ilə pul verilmiş və adı çəkilən şəxslər bu barədə yazılı qəbz təqdim etmişlər. Cavabdehin verdiyi kartdan pul çıxarmaq istəyərkən məlum olmuşdur ki, kart bağlanmış və istifadəsiz olmuşdur. O, bu barədə cavabdehə bildirdikdə problem olduğunu, qısa müddətdə həllə edəcəyini cavabdeh ona bildirmişdir. Lakin cavabdeh verdiyi vədlərə əməl etməmiş və borclu olduğu 3500 manat pul vəsaitini ona qaytarmaqdan imtina etmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X4 iddia tələbini müdafiə edib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, cavabdehdən 3500 manat məbləğində borc pul almamasını, cavabdehə ümumilikdə 1800 manat məbləğində borcu olmasını, həmin puldan onun tərəfindən 829 manatın iddiaçıya ödənilməsini və onun ödənilməmiş 971 manat borcu olmasını göstərmiş, qəbzdəki imzanın ona məxsus olmadığını bildirərək, bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, həmin izahatı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci ildə 3500 manat borc pulu təhvil almışdır. X8 və X2 imzaları ilə təsdiq edilmiş qəbzdən görünür ki, Mehdiyev X5 Şirin Akif oğluna 3500 manat məbləğində pul vəsaitini onların iştirakı ilə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4/1519 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 37-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli borc qəbzindəki yazılar və “İmza” yazıları qarşısındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər şifahi formada bağlanmış borc müqaviləsindən irəli gəlmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada şifahi borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı öhdəliyini yerinə yetirərək, şifahi borc müqaviləsi üzrə cəmi 3500 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, Cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, qəbul etdiyi pul vəsaitini tam şəkildə iddiaçıya ödəməkdən yayınmışdır. Həmçinin iş materiallarında olan və cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizsinin də məzmunundan görünür ki, cavabdeh iddiaçıdan borc pul almasını qəbul etmiş, sadəcə almış olduğu borc məbləğini və qalıq qalmış borc məbləğini həmin ərizədə mübahisələndirmişdir. Buradan da aydın olur ki, cavabdeh iddiaçıdan həqiqətən də borc pul almış, iddiaçı borc məbləğinin təsdiqi barədə sadə yazılı qəbzi məhkəməyə təqdim etmiş, cavabdeh isə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı 3500 manat pulu vaxtında və lazımı qaydada qaytarmadığı, bununla da iddiaçı ilə bağladığı şifahi borc müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyini icra etmədiyi üçün Cavabdeh 3500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 manat pulun və 500 manat hüquqi yardım haqqının cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyindən bu hissədə də tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat borc məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi 60 (altmış) manat və hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə isə 4060 (dörd min altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 110 manat vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-45/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-45/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver