Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-486/2023 16.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsi üzrə 2788,98 manat əsas, 399,82 manat faiz, cəmi 3188,80 AZN borcu və xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsi üzrə 420,07 manat əsas borcunun, 71,21 AZN faiz, cəmi 491,28 AZN borcun və 56,80 AZN dövlət rüsumunun İddiaçı Açıq Səhmdər Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 17% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetiısə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsi üzrə 2788,98 manat əsas, 399,82 manat faiz, cəmi 3188,80 manat borcu, xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsi üzrə 420,07 manat əsas borcunun, 71,21 AZN faiz, cəmi 491,28 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 17% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsi üzrə 2788,98 manat əsas, 399,82 manat faiz, cəmi 3188,80 AZN borcu və xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsi üzrə 420,07 manat əsas borcunun, 71,21 AZN faiz, cəmi 491,28 AZN əsas borcu qalmışdır. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 56,80 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 17% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və hazırda onun kreditora xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsi üzrə 2788,98 manat əsas, 399,82 manat faiz, cəmi 3188,80 AZN borcu və xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsi üzrə 420,07 manat əsas borcunun, 71,21 AZN faiz, cəmi 491,28 AZN əsas borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli kredit müqavilələrindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən tələb edilən dövlət rüsumu ödənilmiş tələbin məbləğinə müvafiq olaraq cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsi üzrə 2788,98 manat əsas, 399,82 manat faiz, cəmi 3188,80 AZN borcu və xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsi üzrə 420,07 manat əsas borcunun, 71,21 AZN faiz, cəmi 491,28 AZN əsas borc və ödənilmiş 56,80 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5094791A299 saylı kredit müqaviləsi üzrə 2788,98 manat əsas, 399,82 manat faiz, cəmi 3188,80 (üç min bir yüz səksən səkkiz manat səksən qəpik) AZN borcu və xx.xx.2022-ci il tarixli, BBLK5094790A299 saylı kredit xətti müqaviləsi üzrə 420,07 manat əsas borcunun, 71,21 AZN faiz, cəmi 491,28 (dörd yüz doxsan bir manat iyirmi səkkiz qəpik) AZN tutularaq İddiaçı ASC-nə verilsin. Cavabdeh ödənilmiş 56,80 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-486/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-486/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver