Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-5/2025 12.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağirovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əkin sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində məhkəmə binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əkin sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş zərərin əvəzində 1120 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 31,20 manat, MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş hüquqi xidmət xərçinin əvəzi 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2 ədəd Çıxarışa əsasən mülkiyyətinə Sabirabad rayonunun Sarxanbəyli kəndində 1,9872 ha. və 2,2869 ha. torpaq sahəsi əkinçilik məqsədi ilə verilmişdir. Onun tərəfindən 1,9872 ha. torpaq sahəsinin 1 ha. hissəsində arpa, 0.97 ha. hissəsində isə qarışıq arpa-yonca bitkisi əkilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özünə məxsus iri və xırda buynuzlu mal-qarasını xx.xx.2023-cü il tarixdə arpa bitkisi əkilmiş 1,9872 ha. torpaq sahəsinin 0.97 ha. hissəsində sahədə otarmış və nəticədə arpa və yonca əkini məhsuluna ziyan dəymişdir. O, şikayət ərizəsi ilə Sabirabad RPŞ-yə müraciət etmiş, sahəyə baxış keçirilən zaman akt və rəy tərtib olunmuşdur. Tərtib olunmuş rəyə əsasən ona 1120 manat ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz edərək, etirazlarının əsası kimi mal-qaranın otarılması nəticəsində məhv edilməsi istinad edilən məhsulun yerləşdiyi əkin sahəsinin iddiaçıya məxsus deyil, məhz Moranlı Bələdiyyəsinin mülkiyyəti olaraq örüş sahəsi kimi kənd sakinlərinin müddətsiz ümumi istifadəsinə verilməsi və məhz ona görə də özlərinə məxsus malqaranın həmin sahəyə buraxmaları hallarına istinad etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (reyestr nömrəsi: **********22, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il) əsasında İddiaçı (iddiaçıya) Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 1.9872 ha. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüquqları onun adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (reyestr nömrəsi: **********21, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il) əsasında İddiaçı (iddiaçıya) Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 2.2869 ha. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüquqları onun adına qeydiyyata alınmışdır. İş materiallarında olan Sabirabad DAİM-nin aqronom-mütəxəssisi E.R.Əhmədov, Salyan rayonu Bəydili kənd sakini İddiaçı və Moranlı bələdiyyəsinin sədri A.Mansurlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKTdan görünür ki, İddiaçı müracəti əsasında tərəflərindən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı İddiaçı mülkiyyətində olan 4.26 ha torpaq sahəsinin 2.28 hektarının pambıq, 1 hektarının arpa, 0.97 hektarının isə arpa və yonca örtülü əkini altında olduğunu, sahədə olan 0.97 ha. örtülü əkin olan arpayonca əkininin heyvanlara tamamilə yedizdirildiyini və bu sahədən arpa məhsulu gözlənilmədiyini, sahədə arpa və yonca bitkilərinin sıxlığının yaxşı olduğunu və yaxşı məhsul götürmək mümkün olduğunu müəyyən etmişlər. Sabirabad DAİM-in aqronom mütəxəssisi X2 xx.xx.2023-cü il tarixli rəyində İddiaçı arpayonca əkini sahəsinə ümumilikdə 1120 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazlarının əsası kimi mal-qaranın otarılması nəticəsində məhv edilməsi istinad edilən məhsulun yerləşdiyi əkin sahəsinin iddiaçıya məxsus deyil, məhz Moranlı Bələdiyyəsinin mülkiyyəti olaraq örüş sahəsi kimi kənd sakinlərinin müddətsiz ümumi istifadəsinə verilməsi hallarına istinad etsələr də, lakin cavabdehlərin istinad etdikləri həmin xüsusatlar məhkəmə tərəfindən təyin edilmiş torpaqşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 10/5025№-li rəyi ilə təkzib edilmişdir, yəni zərər dəymiş əkin sahəsinin məhz İddiaçı mülkiyyətində olması müəyyən edilmişdir. Beləliklə cavabdehlər özlərinə məxsus iri və xırda buynuzlu malqaranın istinad edilən əkin sahəsinə buraxılmalarını etiraf etmişlər və həmin sahənin iddiaçıya aidiyyətinin olmaması halını etirazlarının əsası kimi qeyd etsələr də, etirazlarının əsası kimi istinad etdikləri həmin halların təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/5025№-li məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı zərər dəyməsi qeyd edilən arpa və yonca əkini sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (reyestr nömrəsi: **********22, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il) əsasında iddiaçıya məxsus Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 1.9872 ha torpaq sahəsinin sərhədləri ilə əhatə olunur və hüdudları daxilində yerləşir. Məhkəmə iclasında araşdırılmış sübutlarla (akt, rəy) müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 1,9872 ha. torpaq sahəsinin 0.97 ha. hissəsində arpa və yonca əkmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iri və xırda buynuzlu heyvanları həmin əkin sahəsinə buraxaraq, mal-qaranın otarılması nəticəsində torpaq sahəsinin 0.97 ha. hissəsində yığılması nəzərdə tutulmuş arpa və yonca məhsulu məhv edilmiş və İddiaçı 1120 manat həcmində maddi ziyan vurulmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə qiymətləndirməklə, iddiaçının izahatını və aktı işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyırlar və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehlərə məxsus mal-qaranın otarılması nəticəsində iddiaçının arpa və yonca əkini sahəsinə zərər vurması faktı öz təsdiqini tapmışdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə tərtib edilmiş Sabirabad DAİM-in mütəxəssis aqronomu X2 xx.xx.2023-cü il tarixli rəyinə və "xxxx" MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 120/DZ/25№-li rəyinə uyğun həll edilməli və rəylə müəyyən edilmiş ziyanın əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Tədqiq olunmuş "xxxx" MMC tərəfindən hazırlanmış əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 120/DZ/25№-li rəyində iddiaçının torpaq sahəsinə dəymiş maddi ziyanın dəyəri 1170 manat məbləğində hesablanmışdır. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1120 (bir min bir yüz iyirmi) AZN məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İddiaçı əsas borcla bərabər onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 31.20 manat dövlət rüsumunun və 50 manat hüquqi xidmət xərcinin əvəzinin də alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 31.20 (otuz bir manat iyirmi qəpik) AZN, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) AZN və hüquqi xidmət xərcinin əvəzi 50 (əlli) AZN cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməli, digər xərclərə aid edilən ekspertiza tədqiqatlarının dəyəri isə cavabdehlərdən müştərək qaydada tutulub ekspertiza təşkilatlarına ödənilməlidir. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 120/DZ/25№-li məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) AZN pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına (Benefisiarın hesabı: AZ51AİİB400600C**********105, Benefisiarın VÖEN-i: **********; Kapitalbank Səbail filialı; Filalın kodu: 200059; VÖEN **********; S.W.İ.F.T. kod: AİİBAZ2XXX; Müxbir hesab: AZ37NABZ********************) köçürülməlidir. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/5025№li məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) AZN pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əkin sahəsinə dəymiş zərərin əvəzi 1120 (bir min bir yüz iyirmi) AZN, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) AZN, ödənilmiş dövlət rüsumunun əvəzi 31.20 (otuz bir manat iyirmi qəpik) AZN və hüquqi xidmət xərcinin əvəzi 50 (əlli) AZN, ümumilikdə isə 1296.20 (bir min iki yüz doxsan altı manat iyirmi qəpik) AZN məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 120/DZ/25№-li məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) AZN pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına (Benefisiarın hesabı: AZ51AİİB400600C**********105, Benefisiarın VÖEN-i: **********; Kapitalbank Səbail filialı; Filalın kodu: 200059; VÖEN **********; S.W.İ.F.T. kod: AİİBAZ2XXX; Müxbir hesab: AZ37NABZ********************) köçürülsün. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/5025№li məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) AZN pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-5/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-5/2025
12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver