Məhkəmə qərarları › İş №2(056)-591/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-591/2023

23.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-591/2023 23.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın və xx.xx.2022-ci il tarixli ******* nömrəli protokolu ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın və xx.xx.2022-ci il tarixli ******* nömrəli protokolu ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi inzibati xəta haqqında qərar və protokol və qərar müki məhkəmə qaydasında mübahisələndirilə bilməz. Beləliklə, yuxarıda göstərilən tələblərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə, son olaraq iddiaçının nəzərinə çatdırır ki, iddiaçı ona borcun hesablanmasının əsasını təşkil edən səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati aktı (qərarı) əldə etdikdən sonra həmin aktın hüquqi nəticələrini ümumi məhkəmə qaydasında mübahisələndirilə bilər. Şərh olunanlara əsasən və MPM-in 153 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın və xx.xx.2022-ci il tarixli ******* nömrəli protokolu ləğv edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, borcun hesablanmasının əsasını təşkil edən səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati akt həmin aktı qəbul etmiş orqana müraciət edilib əldə edilməklə aktın nəticələri ümumi məhkəmə qaydasında mübahisələndirilə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar