Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-678/2023 07.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2424 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATİ: İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, boşanmışdır və 2 azyaşlı uşağı vardır. Boşandıqdan sonra o, X2 ilə tanış olmuş, onunla ailə qurmaq qərarına gəlmişdir. Cavabdeh X1 anasıdır. Samradın anası Fəridə ilə Samrad vasitəsi ilə tanış olmuşdur. Onun şəxsi münasibətlərindən əlavə, Samradla iş birliyi də olmuşdur. Belə ki, aralarında olan razılaşma ilə əlaqədar o, Samrada pul vermiş, samrad da həmin pul ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmuşdur. Samradın anası Fəridə münasibətlərinin yaxşı vaxtlarında ondan borc pul istəmiş, o, Samradla olan münasibətinə görə Fəridəyə ödəniş terminalı vasitəsi ilə ümumilikdə 2424 manat pul vəsaiti borc vermişdir. Münasibətləri pozulduqdan sonra Fəridə ona vermiş olduğu borcu qaytarmamışdır. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir və məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, o, X3 onun oğludur. İddiaçı isə ümumiyyətlə tanımamışdır. Sevinc onun kartına samrata verilməsi üçün pul göndərmiş, həmin pul samrat kartından məxaric etmişdir. Belə ki, Samrat 2020-ci ilin yanvar ayında əkin əkmək üçün qeyri-rəsmi münasibətdə olduğu İddiaçı 3000 (üç min) manat pul almışdır. Birgə razılaşmalarına əsasən əkinin xeyri də, ziyanı də yarı-yarıya olmaqla bölünməli idi. İddiaçı razılaşmadan sonra pulu ona məxsus bank kartına atmış, Samrat pulu çıxarıb əkin işinə başlamışdır. Lakin hava şəraiti gözlənildiyi kimi keçmədiyinə görə əkin sahəsində görülən işlər məhv olmuşdur. Ziyanın da yarı-yarıya ödəniləcəyinə razılaşsalar da, Samrat pulu tam şəkildə İddiaçıə ödəmişdir. X7 Sevincə borcunu MilliÖn vasitəsi ilə kartına ataraq qaytarmışdır. Buna görə də o, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş ödəniş terminalı vasitəsi ilə həyata keçirilmiş ödəniş qəbzlərindən görünür ki, Salyan rayonunun Qarabağlı kəndindən və Qaraçala qəsəbəsindən Cavabdeh kart hesabına ümumilikdə 2424 manat məbləğində pul mədaxil edilmişdir. "xxxx" ASC-nin Sabirabad rayon filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2023/111/4632 saylı məktubdan görünür ki, İddiaçı istifadəsində olan 416974******1624 nömrəli plastik karta xx.xx.2021-ci il tarixində 2680 (iki min altı yüz səksən) manat vəsait MİLLİÖN ödəniş terminalı vasitəsilə mədaxil olunmuşdur. Məhkəmənin İddiaçı istifadəsində olan 416974******1624 nömrəli plastik karta xx.xx.2021-ci il tarixində 2680 (iki min altı yüz səksən) manat vəsaitin haradan və kim tərəfindən mədaxil edilməsi barədə sorğuya “PashaPay” MMc tərəfindən verilmiş cavabdan görünür ki, qeyd edilən məbləğ Sabirabad rayonu Həşimxanlı kəndi ərazisindən həyata keçirilmişdir. Sorğuya cavabda ödənişin kim tərəfindən həyata keçirilməsi barədə məlumat qeyd edilməmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh oğlu Samrat arasında həm qeyri-rəsmi münasibət, həm də iş ortaqlığı münasibəti mövcud olmuş, bu xüsusda İddiaçı ilə Cavabdeh arasında münasibətlər yaranmış, İddiaçı Cavabdeh kart hesabına 2424 manat məbləğində pul mədaxil etmiş, Cavabdeh pul vəsaitinin onun kartına köçürülməsini, yəni pul vəsaitinin onun kartına mədaxil edildiyini qəbul etmiş, lakin həmin pulun ona deyil, oğlu Samrata borc olaraq göndərildiyini, Samratın həmin pul vəsaitini kartdan məxaric etdiyini, 2021-ci ilin dekabr ayında da 2680 manat pulu Sevincə qaytardığını, həmin pula özünün aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə işin hallarına, tərəflərin izahatlarının məzmununa münasibətdə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına tələb erdilən məbləğdə pul vəsaitinin köçürülməsi həm işdə olan qəbzlərlə, həm də cavabdehin öz izahatı ilə təsdiqini tapır. Cavabdeh həmin vəsaitin ona aidiyyətinin olmadığını, aralarında olan iş ortaqlığı ilə bağlı oğlu Samrata göndərildiyini, pulun oğlu tərəfindən kartdan məxaric edildiyini göstərsə də, bu faktı təsdiq edən hər hansı sübuta istinad edə bilməmişdir. Göründüyü kimi, tərəflər arasında hər hansı müqavilə münasibəti yaranmadan oğlu ilə iddiaçı arasında yaranmış münasibətdən istifadə etməklə cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə etmiş, həmin pul vəsaitini iddiaçıya qaytarmamışdır. O, həmin pulu əldə etməsini qəbul etsə də, pulun onun tərəfindən qaytarılmasına dair hər hansı sübuta istinad edə bilməmişdir. Cavabdehin iddiaçının kart hesabına 2021-ci ilin dekabr ayında edilmiş 2680 manat məbləğində ödənişə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh özü məhkəmə iclasında iddiaçı ilə oğlu arasında iş ortaqlığı olduğunu, həmin ödənişin oğlu tərəfindən həyata keçirildiyini bildirmiş, həmin ödənişin hazırki tələb edilən vəsaitlə əlaqədar olması barədə də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin birindən (xx.xx.2022-ci il tarixli) də görünür ki, qeyd edilən iddiaçının hesabına 2680 manat pul vəsaiti mədaxil edildiyi zamandan sonra da iddiaçı tərəfindən Cavabdeh kart hesabına 150 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bu hal da onu təsdiq edir ki, həyata keçirilmiş 2680 manat məbləğində pul köçürməsi hazırki mübahisə ilə əlaqədar deyil, iddiaçı ilə Samrat adlı şəxs arasında olan iş ortaqlığı ilə bağlı münasibətlə əlaqədar həyata keçirilmişdir ki, həmin məbləği də cavabdehin qeyd etdiyi kimi məhz Samrat adlı şəxs həyta keçirmişdir. Belə olan halda iddiaçının göstərilən istinadı iddianın rədd edilməsi əsası, tələb edilən pul vəsaitinin iddiaçıya ödənilmiş hesab edilməsi kimi nəzərə alına və qiymətləndirilə bilməz. Hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsui «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə işin hallarına əsasən hesab edir ki, tərəflər arasındakı mübahisəyə əsassız varlanma ilə bağlı maddi hüquq normaları təbiq olunmalıdır. Çünki, Cavabdeh 2424 manat pulu qaytarmamaqla əsassız olaraq varlanan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənini 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə və ldə edilənləri vermək mümkün olmadıqda da şamil edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin yuxarıda şərh olunan hallarını əsas götürərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiyi və ona məxsus 2424 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddiası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə isə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzində 45 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2424 (iki min dörd yüz iyirmi dörd) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzində 45 manat olmaqla, cəmi 2469 (iki min dörd yüz altmış doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-678/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-678/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver