Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-684/2024 01.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 10000 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 100 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xahişini onunla əsaslandırır ki, cavabdehlə onun arasında xx.xx.2023-cü il tarixində xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə cavabdehə 10000 manat faizsiz olaraq pul verilmişdir. Lakin cavabdeh bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməyərək qaytarmalı olduğu borc məbləğini uzun müddət keçməsinə baxmayaraq tam olaraq geri qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2023-cü il tarixli Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərtib və təsdiq etdiyi «Kredit müqaviləsi»ndən görünür ki, Cavabdeh İddiaçı 10000 (on iki min) mant pulu nəğd şəkildə almış və həmin pulu xx.xx.2023-cü il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırması üçün 100 manat dövlət rüsum ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq , iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi borc müqaviləsini cavabdehin müəyyən edilmiş müddətdə qaytarmaq şərtilə 10000 (on min) manat borc almasını təsdiq edən sübut kimi qəbul edir. Qeyd olunan İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərtib və təsdiq etdiyi «Kredit müqaviləsi»ndən görünür ki, Cavabdeh İddiaçı 10000 (on min) manat pulu nəğd şəkildə almış və həmin pulu xx.xx.2023-cü il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. Həmçinin, kredit müqaviləsinin 6-cı bəndidnə qeyd edilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Kredit müqavilsəinin iş materialına əlavə edilmiş əslindən görünür ki, borc verən və ya borc alan tərəfindən borcun hər hansı bir hissəsinin ödənilməsi barədə müqavilənin üzərində heç bir qeyd aparımamışdır. Cavabdeh üzərində olan borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü bəndinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları,işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf etməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanuna zidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Məhkəmə həmçinin MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbləri əsas hissədə tam təmin edildiyi üçün, iddianın ödənilmiş dövlət rüsumu və bank xidmət haqqısının əvəzində 100 manat pulun cavabdehdən tutulması hissəsi də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzi ilə müəyyən olunur ki, iddiaçının tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu və bank xidmət haqqısı ödənilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddia tələbini tam olaraq etiraf etməsi qəbul edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 10000 (on min) manat borc hesabına yaranmış pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat pul, cəmi 10100 (on min bir yüz) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №2(056)-684/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-684/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver