Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-697/2025 12.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehə satılmış mala görə verilməli olan pul öhdəliyinin icrasının ondan tələb edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «cavabdehə satılmış mala görə verilməli olan pul öhdəliyinin icrasının ondan tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh satılmış mala görə verilməli olan pul öhdəliyinin icrası ilə əlaqədar ödənilməmiş qalmış 3850 (üç min səkkiz yüz əlli) manat, ödənilmiş dövlət rüsumu əvəzində 58 manat 50 qəpik, MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 60 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Kürdəmir şəhərində mebel və digər cehiz əmlakları satışı ilə məşğul olan mağazada işləyir. Vergi ödəyicisidir. Cavabdeh, Sabirabad rayonu, Yolçubəyli kəndində yaşayan Cavabdeh 2017ci ilin iyun ayında mağazadan yataq və qonaq dəstindən ibarət mebel və digər cehizlik malları nisyə olaraq almışdır. Onun götürdüyü malın cəmi qiyməti 3850 manat manat təşkil edirdi. Cavabdehin ondan aldığı “Korona” yataq dəstininqiyməti 2700 manat, künc divanın qiyməti 550 manat, taxt döşəyinin qiyməti 100 manat, “kitayka” stulun qiyməti 250 manat, stolun qiyməti 150 manat və yazı masasının qiyməti 100 manat təşkil edirdi. Cavabdeh aldığı əmlakların dəyərini toy edəndən sonra, yəni aldığı vaxtdan 2 ay sonra verməli idi. Bu günə kimi cavabdeh tərəfindən aldığı malın dəyəri ödənilməmiş və 3850 manat ödənilməmiş qalmışdır. Onun şikayəti ilə əlaqədar Kürdəmir RPŞ-də araşdırma aparılmış, cavabdeh ondan nisyə mal aldığını verdiyi izahatda etiraf etmişdir. Lakin ona bu günə kimi çalın dəyərindən bir manat da olsa belə qaytarmamışdır. O, dəfələrlə cavabdehin evinə getmişdir. Cavabdeh ona həyətində ocaq olduğunu, həyətinin müqəddəs yer olduğunu, onu sıxışdırmamasını bildirmişdir. Çox zaman da cavabdeh Rusiyada olmuş, onu tapa bilməmişdir. O, satıcı olaraq satdığı malı alıcının mülkiyyətinə vermiş, cavabdeh alıcı kimi malları qəbul etsə də, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, bu günə kimi pul öhdəliyinə tam əməl etməmişdir. Hazırda o, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan Cavabdeh Sabirabad RPŞ-də yazılı vermiş olduğu izahatın məzmunundan görünür ki, təxminən 7 il bundan əvvəl o, övladının otyu ilə əlaqədar olaraq ona cehiz almaq üçün İddiaçı məxsus mebel mağazasından 3500 manat dəyərində mebeli nisyə olaraq götürmüş və mebellərin pulunu əlinə pul düşdükcə verməyi razılaşdırmışdır. Maddi imkanı zəif olduğundan Teyfura ödəniş edə bilməmişdir. 2017-ci ilin noyabr ayında o, Kerdəmir rayonunda avtovağzalın qarşısında Teyfura 1500 manat pul vermiş, həmin vaxt onların yanında heç kim olmamışdır. Hazırda onun Teyfura 2000 manat borcu qalmışdır. Maddi imkanı yaxşı olan kimi həmin pulu qaytaracaqdır. Onun pul verməməsinin səbəbi Teyfurun ona söyüş söyməsi olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2017-ci ildə Cavabdeh nisyə olaraq mebel satmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyinə və borcunu qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddiasında cavabdehin nisyə satılmış mala görə ona 3850 manat borcu olmasını göstərib həmin həddə tələb irəli sürmüş, cavabdeh isə Polis şöbəsində aparılmış araşdırma zamanı iddiaçıdan 3500 manat dəyərində mebel almasını etiraf etmişdir. Cavabdeh izahatında da iddiaçıya olan borcunu tam ödəmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarına və sadalanan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə iddia tələbini nisyə satılmış mala görə ödənilməmiş 3850 manat pulun qaytarılması hissəsində qismən əsaslı hesab edir. Belə ki, iddiaçı 3850 manat dəyərində cavabdehə mebel satdığına istinad etsə də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə tələbinə əlavə etdiyi cavabdehin izahatı ilə satılmış malın dəyərinin 3500 manat olduğu müəyyən edilmişdir. Düzdür, cavabdeh həmin izahatında satın aldığı mebelin dəyərindən 1500 manat ödədiyini, 2000 manat borcu qaldığını göstərmiş olsa da, polis orqanında da ödəniş etməsi barədə sübutunun olmadığını elə həmin izahatı daxilində etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi satılmış mala görə pul hissəsində cavabdehin izahatının məzmunu nəzərə alınmaqla qismən, yəni 3500 manat həddində təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,50 manat pulun və MPM-nin 121.1-ci maddəsinə əsasən çəkilmiş xərc olaraq 60 manatın cavabdehdən tutulması hissəsi ilə bağlı isə hesab edir ki, əsas iddia tələbi qismən təmin edildiyindən, iddia tələbi bu hissədə də qismən təmin edilməli, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi və MPM-nin 121.1-ci maddəsinə əsasən çəkilmiş xərc əvəzi olaraq cəmi 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh nisyə satılmış mala görə ödənilməli olan 3500 manat, hüquqi yardıma və ödənilmiş dövlət rüsumunun əvəzinə görə 100 manat olmaqla, cəmi 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-697/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-697/2025
12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver