Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-718/2023 08.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat əsas borc pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 manat pulun, MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaşamaq üçün fərdi yaşayış evi olmadığından Sabirabad şəhərində mənzil almaq qərarına gəlmişdir. Sabirabad MİS-də işləyən Elman adlı şəxs ona bildirmişdir ki, Zaur adlı şəxs mənzil satır. O, bu məqsədlə hazırki iş üzrə Cavabdeh mobil telefon nömrəsini əldə etmiş və onunla əlaqə saxlamışdır. 2020-ci ilin aprel ayının əvvəllərində Sabirabad şəhəri, Pambıq zavodu qəsəbəsi 5 saylı evin Zaurun deməsinə görə ona məxsus olan 4 və 5 nömrəli mənzillərinə baxmışlar. Mənzillər bir birinə bitişik və hər mənzil bir otaqlı olmuşdur. Mənzilləri ayrılıqda almaq mümkün olmadığından mənzilləri almaq üçün 16000 manata razılaşmışlar. Yəni 4 nömrəli mənzili 10 min manata, 5 nömrəli mənzili isə 6 min manata almalı idi. Zaur ona mənzillərin sənədlərinin qaydasında olmasını və sənədləşdirmə zamanı heç bir problem olmayacağını bildmrişdir. O, Zaura 8000 manat ilkin olaraq və 8000 manat isə mənzil sənədləşdirildikdən sonra verəcəyini bildirmiş, Zaur isə ilkin olaraq 10000 manat pul istədiyini, anasının xəstə olmasını və təcili əməliyyat olunmasını bildirmişdir. Bundan sonra onlar 10000 manat ilkin və qalan 6000 manatı isə 2 aya ödəmək şərtilə razılaşmışlar. Zaur bundan sonra 10000 manatın 2000 manat hissəsini ondan beh olaraq istəmiş və evin açarlarını ona verəcəyini bildirmişdir. O, 2000 manatı Zaura vermiş və evin açarlarını almışdır. Bundan sonra o, evi təmir etdirmiş və evin təmirinə 3120 manat xərc çəkmişdir. Lakin sonradan o, evi sənədləşdirmək üçün Sabirabad “ASAN xidmət” mərkəzinə gələn zaman Zaur ondan 8000 manatı və onun şəxsiyyət vəsiqəsini almış və ona maşında gözləməsini, sənədləşdirmə hazır olan kimi onu çağıracağını bildirmişdir. Bir müddət sonra Zaur geri gələrək sənədləşdirmənin evdə qeydiyyatda olan şəxslər olmadığı üçün mümkün olmadığını bildirmişdir. Bundan əlavə Zaur evdə olanların qeydiyyatdan çıxarılması barədə məhkəməyə müraciət edəcəyini və ondan sonra evi onun adına sənədləşdirəcəyini bildirmişdir. Mənzili təmir etdirməyinə baxmayaraq mənzil onun adına qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, Cavabdeh məxsus mənzillərin alınması ilə bağlı pul vəsaitini evində kirayədə yaşadığı Samir Bağırov vasitəsi ilə Cavabdeh ödəmiş, Samir pulu Zaura verdikdən sonra onları telefon vasitəsi ilə danışdırmış, Zaur Samirin pulu ona verdiyini təsdiq etmişdir. Sonradan alqı-satqı alınmadığına görə o, Zaurdan pulunu tələb etməyə başlayanda Zaur pulu Samirə verdiyini bildirmiş, bununla da pulunu qaytarmaqdan imtina etmişdir. Əgər Zaur pulu Samirə vermiş olsa idi, ən azı o da telefon vasitəsi ilə ona pulunu Samirə verdiyini bildirə, bundan sonra o da bu barədə Samirdən maraqlana bilərdi. Bununla belə o, Zaur pulu Samirə verdiyini bildirdikdən sonra Samirdən bu barədə maraqlanmış, samir Zaurun ona pul vermədiyini bildirmişdir. Bundan sonra o, Zaur tərəfindən aldadıldığını başa düşmüşdür. Hazırda o, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, qeyd olunan 10000 manat məbləğində pulu 2000 və 8000 manat olmaqla Samir Bağırovdan beh kimi almışdır. Samir pulu ona iddiaçının pulu kimi 2020-ci ildə əlbəəl vermişdir. Evin 16000 manata onlara satılması barədə aralarında razılaşma olmuşdur. Samirlə Vüsalə borclu qalacaqlarını bildirdikdə bu halın notarial qaydada rəsmiləşdirilməsini tələb etmiş və onlar notariusa gedərək o, pulun 6000 manat hissəsini banka depozit olaraq qoymuşdur. Samirin deməsinə görə əmisinin yeznəsi olan Behbud adlı şəxs qeyd olunan 6000 manat pulu çıxarıb ona verməli idi. Bundan sonra müqavilələri rəsmi forma alacaqdı. O, müqaviləni Samirlə bağlayacağını bildirdikdə Samir sənədlərinin olmadığını bildirmiş və Behbudla bağlamağı onlara təklif etmişdir. O, evində olan şəxslərin qeydiyyatdan çıxarılması üçün iddiaçıdan vaxt almışdır. Lakin alındıra bilməmişdir. Müqavilə bağlandıqdan sonra isə Behbud 6000 manat məbləğində pulu çıxararaq ona verməmişdir. Bu hal Behbud barəsində olan cinayət işi üzrə öz təsdiqini tapmışdır. Onda qalan 4000 manat pulu isə Samir ondan tələb etmişdir. 3 gün sonra qardaşı ona zəng edərək problem yaranmaması üçün pulun qaytarılmasını ona bildirmişdir. Bundan sonra o, Samirə zəng edərək Saatlı rayonu Qırağlı kəndində görüşmüşlər və 3800 manat Samirə pul vermiş, qalan 200 manatı verəcəyini bildirmişdir. Qalıq qalmış pulu 1 həftə sonra Samirə geri qaytarmışdır. O, pulu Samirdən aldığı üçün Samirə qaytarmışdır. Lakin pulun Vüsalənin olduğunu bilmişdir. Çünki həqiqətən də samir ortada vasitəçilik etmiş olsa da belə o, evini Vüsalə adlı xanıma satdığını, ödənişi Vüsalə xanımın həyata keçirdiyini bilirdi. X7 xanımın pulunu ona çatdıran zaman onları telefonla danışdırmış, Vüsalə xanım ondan pulun ona çatıb-çatmadığını soruşmuş, o, çatdığını bildirmişdir. Vüsalə xanımın pulunu Samirə qaytaranda da Samir Vüsalə xanımın pulunu tələb etdiyini bildirib təkidf etmiş, bundan sonra o, pulu Samirə ödəmişdir. Lakin Samirə verdiyi pulun Vüsalə xanıma çatdırılıb-çatdırılmaması ilə maraqlanmamışdır. O, tələb edilən pulu samirə tam ödədiyi üçün iddiaya etiraz edir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Hesab edir ki, Vüsalaə xanım pulunu ala bilməmişdirsə Samirə qarşı iddia qaldırmalı idi. İş materiallarına əlavə edilmiş Saatlı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)- 498/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh mübahisəli mənzilin təmir xərclərinə çəkilmiş 3120 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X1 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktından görünür ki, cinayət işi Sabirabad şəhər sakini İddiaçı Cavabdeh ilə sonuncuya məxsus iki ədəd mənzilin 16000 manata alqı-satqısı barədə danışıb razılaşmaları, bu məqsədlə ona iki dəfəyə 10000 manat pul verməsi, borclu qaldığı 6000 manatla bağlı isə tanışı X2 arasında borc müqaviləsi bağlanılması, sonuncunun isə sonradan həmin məbləği götürüb qaytarmaması barədə barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə başlanmışdır. İttiham aktında olan Cavabdeh izahatından da görünür ki, o, hazırki izahatına uyğun izahat vermiş, həmin zaman da izahatında İddiaçı məxsus 3800 manat pulu Samir Bağırova verdiyini, Samir Bağırovun həmin pulu İddiaçı verib-vermədiyini bilmədiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Cavabdeh mülkiyyətində olan mənzili hazırki iş üzrə İddiaçı 16000 manata satmaq barədə İddiaçı ilə razılaşmış, İddiaçı pulun 10000 hissəsini ilkin olaraq Cavabdeh vermiş, lakin qeyd olunan məbləğdə pulun 6000 manat hissəsi B.H.Əliyevin dələduzluq əməli nəticəsində B.H.Əliyev tərəfindən mənimsənilmiş və bu barədə məhkəmənin müvafiq hökmü qanuni qüvvəsini almışdır. 10000 manat pulun qalan 4000 manat hissəsi İddiaçı tərəfindən Samir Bağırov adlı şəxsin vasitəsi ilə Cavabdeh verilmiş, bu halı Cavabdeh da mübahisələndirməmişdir. Cavabdeh həmin pulu Samir Bağırovdan qəbul edərkən pulun İddiaçı məxsus olmasını, onun ev almaq niyyətində olduğu bilmişdir. Belə ki, pul vəsasiti Cavabdeh verildikdən sonra Samir Bağırov adlı şəxsin telefonu vasitəsi ilə İddiaçı Cavabdeh danışaraq pulun ona verilib-verilmədiyini maraqlanmış, Cavabdeh pulu qəbul etdiyini ona bildirmişdir. Tərəflər arasında alqı-satqı münasibəti alınmadıqdan sonra İddiaçı Cavabdeh ödəmiş olduğu pulunu geri istəmiş, Zaur Kıazmov isə həmin pulu Samir Bağırova qaytardığını bildirsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmiş, nə də pulu qaytardıqdan sonra İddiaçı etdiyi kimi İddiaçı ilə əlaqə saxlayaraq pulun ona çatdırılıb-çatdırılmadığını maraqlanmamışdır. Göründüyü kimi, tərəflər arasında hər hansı müqavilə münasibəti yaranmadan cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə etmiş, həmin pul vəsaitini iddiaçıya qaytarmamışdır. O, həmin pulu əldə etməsini qəbul etsə də, pulun qaytarılmasına dair hər hansı sübuta istinad edə bilməmişdir. Hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsui «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarına əsasən hesab edir ki, tərəflər arasındakı mübahisəyə əsassız varlanma ilə bağlı maddi hüquq normaları təbiq olunmalıdır. Çünki, Cavabdeh 4000 manat pulu qaytarmamaqla əsassız olaraq varlanan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənini 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə və ldə edilənləri vermək mümkün olmadıqda da şamil edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin yuxarıda şərh olunan hallarını əsas götürərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiyi və ona məxsus 4000 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddiası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə iddia tələbinin ödənilmiş 60 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulması hissəsi üzrə isə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzində 60 manat və hüquqi yardım üçün ödənilmiş pulun əvəzində 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzində 60 manat, hüquqi yardımın əvəzində 50 məbləğində pul vəsaiti olmaqla, cəmi 4110 (dörd min bir yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-718/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-718/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver