Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-76/2023 12.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və cavabdeh X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh X5 qarşı «borc verilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasınd, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «borc verilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat, ödənilmiş dövlət rüsumu əvəzində 38 manat, MPM-nin 121.1-ci maddəsinə əsasən 50 manat pulun alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə baxışının gedişində X4 başqa cavabdeh kimi cəlb edilməsi zərurəti yarandığından MPM-nin 51.3-cü maddəsinə əsasən X4 başqa cavabdeh kimi iddiaçı olduğu mülki iş üzrə cəlb edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2016-cı il tarixdən tanıyır. Cavabdeh 2021-ci ilin dekabr ayında hamiləliklə bağlı Bakı şəhərində xəstəxanaların birində doğuşla əlaqədar yatmağa getmək üçün ondan 2000 manat borc pul istəmişdir. 22 dekabr 2021-ci ildə qaynanası Leylanı yanına göndərmiş və o, 2000 manat pulu ona göndərmişdir. Cavabdeh Leyla Mürsəlova pulu aldıqdan sonra telefonla ona zəng edərək təşəkkür etmişdir. Cavabdeh Leyla Mürsəlova ondan borc aldığı 2000 manat pulu aldığı vaxtdan 3 ay ərzində qaytarmağı söz vermişdir. Lakin söz verdiyi 3 ay ərzində cəmi 200 manat qaytarmışdır. Cavabdehlərin hazırda ona 1800 manat borclu qalmışdır. O, cavabdehlərlə dəfələrlə üzbəüz, telefonla danışaraq pulunu istəmişdir. Borclu olmağı barədə ifadələrini telefonda qeydə almış, hazırda audio diskə köçürərək mülki işə əlavə edir. Belə ki, Konstitutsiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübutlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-nin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bundan əvvəl də o, bir dəfə cavabdehə 3000 manat borc pul vermiş, şərtləşdiyi vaxtda qaytardığından ona 2ci dəfə 2000 manat borc vermişdir. Cavabdehlə razılaşmaları şifahi qaydada olmuşdur. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək, tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Nuranə dekabrın 30-u doğumda olub Bakıda şəhərində. Pul tapa bilmədiyi üçün o, iddiaçıdan 2000 manat almışdır. Bu ilin fevral ayında 2520 manat ödəyib pulu qurtarmışdır. Pulu gəlini Nuranə almamışdır. Özü almışdır və iddiaçıya olan borcu tam ödəmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı Əfsunla qonşudur. Leyla xanım onun yanında iddiaçıdan dəfələrlə pul alıb qaytarmışdır. Axırıncı dəfə təxminən 1 ilə yaxın olar 2000 manat cavabdeh iddiaçıdan pul almışdır. Əfsun öz iş yerində vermişdir. Ondan başqa 2 nəfər də qadın olmuşdur. Bildiyi qədəri ilə Leyla Əfsuna olan borcunu qaytarmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun rəfiqəsi və iş yoldaşı olmuşdur. Leyla mağazaya keçən ilin dekabr ayının 22-də gəlmiş, Əfsundan borc pul istəmiş, Əfsun ona 2000 manat pul vermişdir. Əfsun tez-tez zəng edir ki, pulunu qaytar. Sonda Leyla xanım onu şərlədi ki, guya 2000 manatı Əfsuna vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 digər şahid X1 ilə eyni məzmunlu ifadə verərək, X10 Sadayevadan 2000 manat borc pul aldığını bildirdi. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: CD diskdəki audio yazıdan görünür ki, cavabdehlər Cavabdeh İddiaçı səsli ismarıc göndərərək, narahat olmamasını, yadında olmasını, alacaqları pulun bank tərəfindən kreditlərə tutulduğunu, borcunu unutmadığını, arvadın (qaynanası Leylanın) həm işlədiyi xəstəxanadan pul alacağını, həm korona ilə işlədiyinə görə pul alacağını, buna görə də düzəldib mart ayında ödəniş edəcəyini bildirmişdir. Məhkəməyə İddiaçı tərəfindən təqdim edilmiş “whatsapp” yazışmalarından çıxarışdan görünür ki, yazışmaların məzmununda +**********98 nömrədən 13 may-30 may 2022-ci il tarixləri aralığını əhatə edə yazışmalarda Cavabdeh Əsfun Sadayevaya həll edəcəyini, bütov yoluna qoyacağını, koronanın maaşının hələ verilmədiyini, alan kimi göndərəcəyini, Leylanın maaşının hələ vurulmadığını, bu həftə vurulacağını, pulun duz çörəkdən irəli olduğunu, verəcəyini qeyd etmişdir. Cavabdeh Leyla Mürsəlova tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki video yazıdan görünür ki, iki qadın divanda əyləşmiş, biri digərinə sayaraq 2500 manat olduğunu, 20 manat borcu qaldığını bildirmiş, lakin şəxslərin siması videoda öz əksini tapmamış, nə də videoda hər hansı ad çəkilməmiş, videonun hansı tarixə aid olduğu da məlum deyildir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, cavabdehlərdən Leyla Mürsəlova pulun onun tərəfindən iddiaçıdan borc alındığını, həmin pulun da bu ilin fevral ayında iddiaçıya tam ödənildiyini bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həm səs yazısından, həm də “whatsapp” yazışmalarından çıxarışdan görünür ki, fevral ayından sonra cavabdehlərdən X13 Sadayevaya borcunu mart ayında qaytaracağını bildirmiş, may ayındakı yazışmalarda isə hələ də borcun ödənilmədiyi öz əksini tapmışdır. Buna görə də cavabdehlərdən Leyla Mürsəlovanın borcun tam ödənilməsi barədə həqiqətəuyğun hesab edilə bilməz. Bundan əlavə, Leyla Mürsəlova iddiaçıdan 2000 manat borc alınmasını qəbul edib həmin borcun tam iddiaçıya ödənilməsini bildirmiş olsa da, borcun ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu xüsusda məhkəmə hesab edir ki, iddia tələbi borc məbləğinə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasına gəldikdə isə qeyd edilməlidir ki, cavabdehlərdən Leyla Mürsəlova İddiaçı borc pulu özünün almış olduğunu qəbul edib, gəlini X11 Sadayevadan borc almadığını bildirsə də, səs yazısı və yazışmaların mətnindən də görünür ki, Cavabdeh da İddiaçı ondan borc almasını etiraf etmiş, sadəcə borcun qaytarılması üçün vaxt verilməsini xahiş etmişdir. Bu xüsusatı da nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbinin borc məbləğinin cavabdehlərdən müştərək tutulması hissəsi də əsaslı hesab edilməli, tələb edilən borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı öhdəlik münasibəti şifahi formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, iddiaçı Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə istinadən hüquqi yardıma görə 50 manat pulun da cavabdehlərdən alınıb ona verilməsini tələb etsə də, iş materiallarında bu barədə hər hansı sübutun olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkili göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə və təmin edilə bilməz. İddia tələbinin ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat deyil, 30 manat məbləğində pul cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 1800 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul olmaqla, cəmi 1830 (bir min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-76/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-76/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver