Məhkəmə qərarları › İş №2(056)-774/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-774/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-774/2024 20.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 manat vurulmuş zərərin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat vurulmuş zərərin və 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı X1 yaranmış problemlərlə bağlı ona guya təqaüd düzəldilməsində kömək etmək adı ilə aldadaraq 2020-ci ilin yay aylarında 3500 manat pul almış, verdiyi vədə əməl etməmiş, bir müddət sonra həmin puldan 400 manat qaytarmışdır. İşin faktiki halı ondan ibarətdir ki, yoldaşı Arzu Məmmədova ruhi xəstədir. Buna görə də o, yoldaşına təqaüd düzəltdirmək istəmişdir. Cavabdeh onun uzaq qohumudur. 2020-ci ilin yay ayında cavabdehlə birlikdə olan zaman yoldaşına təqaüd düzəltdirmək istədiyini bildirmiş, cavabdeh ona bu məsələni həll etməyin mümkün olduğunu, 3500 manat xərci olduğunu bildirmiş, o, bu qədər pulu olmadığını bildirdikdə cavabdeh həmin pulu hissə-hissə verə biləcəyini bildirmiş, buna görə də o, cavabdehlə razılaşmışdır. 2020-ci ilin yay ayında cavabdeh onun yaşadığı ünvana gəlmiş və o, cavabdehə 1500 manat pul, həmçinin yoldaşının xəstəliyi ilə bağlı müəyyən sənədləri vermişdir. Pulu aldıqdan bir neçə gün sonra cavabdeh 1000 manat əlavə pul verməsini istəmiş, təxminən bir həftə sonra onun yaşadığı ünvana gəlmiş və 1000 manat pulu almışdır. Bir müddət sonra cavabdeh onu öz evinə çağırmış, bu məsələnin tezliklə həll olunacağını bildirmiş və yenə də əlavə 400 manat pul almışdır. Bu hadisədən bir müddət sonra cavabdeh ona zəng etmiş, maşınının xarab olduğunu bildirərək işi ilə əlaqədar ondan yenə də 300 manat pul istəmiş, Şirvan şəhəri, M.Mirzəyev küçəsində o, cavabdehə 300 manat pulu vermişdir. Lakin cavabdeh bu məsələni həll etməmiş, 2020-ci ilin sonlarında eyni əməlləri başqa şəxslərə qarşı da etdiyi üçün həbs edilmişdir. Həmin zaman cavabdehlə danışarkən narahat olmamasını, sənədlərinin hazırlandığını bildirmişdir. Cavabdeh həbsdə olduğu zaman onunla danışaraq müxtəlif adamları yanına sənəd almaq üçün göndərmiş, həmin müddət ərzində də cavabdehə 300 manat da əlavə pul xərcləmişdir. Həbsdən çıxdıqdan sonra cavabdeh işinin düzələcəyini bildirsə də, o, pulunu geri istəmişdir. 2023-cü ilin iyul ayında cavabdeh həmin puldan 400 manat geri qaytarmışdır. Halzırda cavabdeh qalan pulu qaytarmaqdan imtina edərək müxtəlif bəhanələr gətirir. O, cavabdehin onu aldatdığını düşünərək Şirvan ŞPŞ-yə müraciət etmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirdi ki, cavabdeh məhkəmə iclaslarına gəlməsə də, iclaslar barədə məlumatlıdır. Belə ki, məhkəməyə müraciət edəndən sonra cavabdeh qardaşı vasitəsi ilə ona 500 manat pul göndərmişdir ki, iddia tələbini məhkəmədən geri götürsün, qalan pulu da qısa müddətdə ödəyəcəkdir. Lakin o, razılaşmamış, həmin pulu qəbul etməmiş, pulunun tam ödənilməsini istəmişdir. Hazırda o, tələbinin azaldılmış həcmdə təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Polis şöbəsinin baş müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh iddiaçının göstərmiş olduğu işin faktiki halını təsdiq etmiş, iddiaçıdan ümumilikdə 2500 manat pul aldığını göstərmiş, müstəntiq araşdırmanın nəticəsində cavabdehin iddiaçıdan 3500 manat pul almasını, onun əməlində CM-nin 178.1-ci maddəsinin tərkibinin olmasını, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini müəyyən etmiş, bu əsasla cinayət işinin başlanmasının rədd edilməsi qərarına gəlmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçının həyat yoldaşına təqaüd düzəldilməsi ilə bağlı şifahi razılaşmadan sonra iddiaçı tərəfindən cavabdehə 3500 manat pul verilmişdir. Lakin sonradan cavabdeh təaqüdü düzəltmədiyi üçün tərəflər arasında mübahisə yaranmışdır. Hazırkı mübahisədən görünür ki, Cavabdeh İddiaçı qanuni əsas və ya müqavilə olmadan aldığı pul vəsaitini ona tam qaytarmaqdan yayınmış, iddiaçı edilmiş ödənişi nəzərə alaraq iddia tələbinin həcmini azaltmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunvericiliyin göstərilən tələblərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1600 manat pul verilərkən, iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi olmamışdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə yoldaşına təqaüdün düzəldilməsi adı ilə pulun verilməsinin gözlənilən məqsədi, təqaüd məbləğinin iddiaçının sərəncamına verilməsi olmuşdur. Lakin iddiaçı gözlənilən məqsədi əldə edə bilmədiyindən məhrum olan şəxs kimi verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən iddiaçıdan alınmış və ödənilməmiş qalan 2500 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə əsaslı olub təmin edildiyindən göstərilən hissədə də tam təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində pul vəsaiti, məhkəmə xərclərinə aid edilən ödənilmiş 51 manat dövlət rüsumu olmaqla, ümumilikdə isə 2551 (iki min beş yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Bəhulu oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar