Məhkəmə qərarları › İş №2(056)-8/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-8/2023

13.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-8/2023 13.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi. Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçı "xxxx" İB-nin etibbamamə üzrə nümayəndəsi X4 və cavabdeh X1 iştirakı ilə, iddiaçı "xxxx" İB-nin - cavabdeh X2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki işə 13 iyul 2023-cü il tarixdə, Sabirabad şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İstehsalat Birliyi - cavabdeh X2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən Sabirabad rayonunun Kovlar kəndində "xxxx" İB-nin X14 İstismar İdarəsinin balansında və istismarında olan 57 mm-lik diametrli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" İB-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayon Salmanlı kəndində yaşayan Sabirabad rayonunun Kovlar kənd sakini X5 tərəfindən “Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq "xxxx" istehsalat X6 Qaz İstismarı İdarəsinin balansında və istismarında olan, d57- mm-lik küçə qaz xəttinin müəyyən hissəsinin həyətyani sahəsinə salmışdır. Qaz xəttinin həyətyani sahəyə daxil edilməsinin qanunvericiliyə zidd olduğu barədə Sabirabad rayon İcra Hakimiyyəti başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və tərəfimizdən X2 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh qeyd olunan nöqsanı aradan qaldırmamışdır. Qeyd olunanlarla bağlı Salyan RQİİ- tərəfindən xx.xx.2021-ci il tarixində Sabirabad RPŞ- nə müraciət olunmuşdur. Baş vermiş əməl "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999 -cu il tarixli 103 saylı qərarının tələblərinə ziddir. Bu da qaz kəmərlərini xarici təsirdən qorumaq, habelə insanların həyatını, əmlakını mühafizə etmək, qaz kəmərinin texniki vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlamaq, zəruriyyət yarandıqda qaz kəmərində təmir-bərpa işlərinin aparılmasına maneçilk yaradır və hər an insan tələfatı ilə nəticələnə bilən bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. “Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər qanunamüvafiq qaydada məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh X5 iddiaya etiraz edərək izahatında göstərdi ki, mübahisəli qaz xətti ona məxsus həyətyanı sahənin daxilindən çəkilmişdir. Torpaq sahəsini o, 2002-ci ildə almış, qaz xətti isə 2015-ci ildə çəkilmişdir. Belə olan halda iddianın əsassız olaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan TBX-nın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sabirabad rayon Kovlar kənd sakıni X3 dəfələrlə sosial şəbəkə vasitəsilə “Azərıqaz” İB-nin rəhbərliyinə müraciətini nəzərə alaraq xx.xx.2021-ci il tarixində qonsusu X1 2015-ci ıl dövlət proqramı ilə evinə çəkilmiş D57 mm-lik küçə qaz kəmərinin qeyri qanuni qamış çəpərlə əraziyə salınması ilə bağlı muracıyyətləri tərəflərindən yerində hər iki tərəfin ıştıakı ilə təkrarən araşdırılmışdır. Araşdırılma zamanı Məmmədov İsrailın atası Məmmədov Ataxanın və Ağayev Mircəmilin iştrakı ilə məlum olmuşdur ki, həqiqətən qazlaşamadan sonra qonsusu Ataxan tərəfindən Ağayev Mircəmilin evinə çəkilmiş qaz kəmərinin bır hissəsi və ona məxsus qaz sayğacı qamış çəpərlə ətrafı bağlanaraq D57 mm-lık qaz kəmərinin mühafizə zonası kobud şəkildə pozulmuş və sayqacın dik borusu qonşunun həyətinə tərəf basılmışdır. Məmmədov Ataxana bu barədə təkrarən borunun və sayğacın ətrafındakı çəpərin götürülməsi tapşırılsa da heç bir konkret addım atılmamışdır. Belə ki məhkəmənin 28 aprel 2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tikintitexniki ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6038№-li rəyindən görünür ki, qərardadın üçüncü sualı üzrə Sabirabad rayonu Kovlar kəndində X1 istifadəsində olan həyətyanı sahədə qamışdan inşa edilmiş çəpər "xxxx" İB-nin X14 İstismar İdarəsinin balansında və istismarında olan Sabirabad rayonu Kovlar kəndində yerləşən 57 mm diametri qaz kəmərinə bitişik olmaqla, kəmərin müahizə zonasında yerləşdiyi müəyyən edlmişdir. Qərardadın üçüncü sualı üzrə Sabirabad rayonu, Kovlar kəndində X1 istifadəsində olan torpaq sahəsi və tikililər "xxxx" İB-nin X14 İstismar İdarəsinin balansında və istismarında olan Sabirabad rayon Kovlar kəndində yerləşən 57 mm diametrli qaz kəmərinin üzərində və ya kəmərin mühafizə zonasında (məsafə göstərilməklə) yerləşməklə, hazırki mövcud vəziyyətin texniki baxımdan kəmərin fəaliyyətinə məhdudiyyət və ya maneçilik yaratması, həmçinin insanların həyat və sağlamlığına, əmlakın zərər vurma, yaxud hər hansı bədbəxt hadisəyə səbəb olma təhlükəsinin olub-olmamasının müəyyənləşdirilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın dördüncü sualı üzrə Sabirabad rayonu, Kovlar kəndində X1 istifadəsində olan torpaq sahəsi və tikililər “Azəriqaz" İB-nin X14 İstismar İdarəsinin balansında və istismarında olan Sabirabad rayon Kovlar kəndində yerləşən 57 mm-lik diametrli qaz kəmərinin mühafizə zonasında (məsafə göstərilməklə) yerləşdiyi halda, həmin torpaq sahəsini boşaltmadan istifadə etməklə və qaz kəmərinin təyinatı üzrə istifadəsi mümkündür. Hazırda qaz kəmərindən istifadə edildiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə X1 istifdəsində olan torpaq sahəsinə və tikililərə müdaxilə etmədən kəmərin həmin hissəsinin mühafizə zonası təmin edilməklə digər torpaq sahəsindən çəkilməsi imkanı mövcuddur. Hazırda qanışıqdan inşa edilmiş çəpərin o biri tayı boş torpaq sahəsi olduğu müəyyən edilmişdir. Beləliklə Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.11-ci bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, şəhərdə, qəsəbədə, yaxud kənd yaşayış məntəqəsində qazın paylaşdırılması sistemi, istehlakçıların qaz ilə aramsız təchiz edilməsini, qaz kəmərlərinin təhlükəsiz istismarını və ayrı-ayrı qaz təchizatı rayonlarının qaz kəmərindən açılmasını təmin etməlidir. Həmin Qaydaların 3.4-cü və 3.5-ci bəndlərinə görə isə, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Binaların divarının xarici hissəsindən yeraltına keçən bütün yeraltı kommunikasiyaların (su kəmərləri, kanalizasiya, istilik şəbəkəsi, telefon və elektrik kabelləri və s.) girişləri və çıxışları kipləşdirilməlidir. Qaz kəməri müəssisənin, anbarın və s. ərazisindən keçərkən, ona nəzarət və təmir işləri aparmaq üçün qaz təsərrüfatı istismar işçilərinin həmin ərazilərə girməyə daimi icazəsi olmalıdır. Sənaye müəssisəsinin, yaxud anbarın ərazisindən keçən yeraltı qaz kəməri xətti boyunca ən azı 4 metr enində sahə ayrılmalıdır; həmin sahədə material və avadanlıqların yığılmasına icazə verilmir. Onun üzərində tikinti işlərinin aparılmasına, sənaye müəssisəsinin baş planı və layihələşdirmə normaları üzrə Dövləttikintikom tərəfindən təsdiq edilmiş Tikinti Norma və Qaydaları ilə (TN və Q) təyin olunan arakəsmələrin saxlanmasına əməl edilməsi şərti ilə icazə verilir. Qaydaların 3.8-ci bəndinə əsasən, təzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri tikişsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalardan ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqraflama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı qurğulara qədər olan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının layihələşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Qanunun 19-cu maddəsinin 2-ci bəndinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6038№-li rəyinə əsaslanaraq məhkəmə hesab edir ki, Sabirabad rayonunun Kovlar kəndində “Azəriqaz" İB-nin X14 İstismarı idarəsinin balansında və istismarında olan 57 mm-lik diametrli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin cavabdehin vəsaiti hesabına sökülməli və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi vəzifəsi cavabdeh X2 həvalə edilməlidir. İşə materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumundan və 50 (əlli) manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və hazırkı iddia tələbi isə tam təmin olunduğu halda, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməli, həmçinin ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sabirabad rayonunun Kovlar kəndində “Azəriqaz" İB-nin X14 İstismarı idarəsinin balansında və istismarında olan 57 mm-lik diametrli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililər cavabdehin vəsaiti hesabına sökülsün və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi vəzifəsi cavabdeh X2 həvalə edilsin. İddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınıb "xxxx" İB-nin hesabına ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar