Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-857/2023 11.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddiaya dair mülki işə Sabirabad şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh3, X5, X4 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 021CASA193310007 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada 9331,62 manat əsas kredit borcu, 76,75 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 9408,37 manat borcu həmçinin 114,09 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 021CASA193310007 saylı xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh3 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9331,62 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər X8 ilə “Bank Respublika" ASC arasında xx.xx.2019-cu il tarixli 021FİZAM12955903 saylı və Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli 021FİZAM78083901 saylı bağlanmış Zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 9331,62 manat əsas kredit borcu, 76,75 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 9408,37 manat borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 bağlanmış 021CASA193310007 saylı xx.xx.2019-cu il tarixli Kredit müqaviləsindən görünür ki, Cavabdeh3 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9331,62 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 021FİZAM12955903 saylı və xx.xx.2019-cu il tarixli 021FİZAM78083901 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 bağlanmış 021CASA193310007 saylı xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər X8 və Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 021CASA193310007 saylı Kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə Banka 9331,62 manat əsas, 76,75 manat faiz borcu olmaqla, ümumi borcu 9408,37 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliyi yerinə yetirilərək, cavabdehə kredit müqaviləsi üzrə 9331,62 manat kredit məbləğində kredit verilmiş, Cavabdeh3 isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka tam qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 021CASA193310007 saylı Kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı, iddiaçı ilə bağladığı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün tələb olunan əsas və faiz borcunu iddiaçı təşkilata ödəməlidir. Eyni zamanda məhkəmə digər cavabdehlər X8 və Cavabdeh2 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən Cavabdeh3 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, eyni zamanda zaminlər X8 və Cavabdeh2 həmin müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsi ilə əlaqədar bank qarşısında üzərlərinə öhdəlik götürdükləri üçün borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin məhkəmə cavabdehin Kredit Müqaviləsinin şərtlərinin əhəmiyyətli dərəcədə pozduğu halına və Mülki Məcəllənin 421.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələblərinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 114,09 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 114,09 manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021CASA193310007 saylı Güzəştli Kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021CASA193310007 saylı Güzəştli Kredit müqaviləsindən yaranmış borc üzrə 9331,62 manat əsas, 76,75 manat faiz və 114,09 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9522,46 (doqquz min beş yüz iyirmi iki manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-857/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-857/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver