Məhkəmə qərarları › İş №2(056)-86/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-86/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-86/2023 12.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əsədli Elçin Ayaz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Pul tələbinə dair» mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 3720 manat əsas borc, MPM-nin 121.1-ci maddəsinə əsasən 50 manat hüquqi yardıma görə ödənilmiş pulun, ödənilmiş dövlət rüsumu əvəzində 57,20 manat, cəmi olaraq 3827,20 (üç min səkkiz yüz iyirmi yeddi manat iyirmi qəpik) AZN alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xahişini onunla əsaslandırır ki, onunla borclu Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Sabirabad Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq olunmuş borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, cavabdehə 3720 manat borc vermişdir. Borcalan hər ay 150 manat ödəməklə üzərində olan borcu xx.xx.2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin borclu tərəfindən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlik tam olaraq yerinə yetirilməmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qtam etiraf edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2020-ci il tarixli Sabirabad Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq olunmuş «Kredit müqaviləsi»ndən görünür ki, Cavabdeh, İddiaçı 3720 (altı min) manat pulu nəğd şəkildə almış və hər ay 150 manat ödəməsi şərtilə xx.xx.2022-ci il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iddia qaldırılmasından ötrü 57,40 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2018-cı il tarixli 121601 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Qurbanov X2 Rayon Məhkəməsində pul tələbinə dair iddia ərizəsi hazırlanması üçün vəkil X1 50 (əlli) manat məbləğində haqq ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırık iş üzrə İddiaçı ilə hazırkı iş üzrə Cavabdeh faizsiz olaraq 3720 manat borc pul vermişdir. Bu barədə tərəflər arasında notarial formada kredit «Kredit müqavilə» bağlanmışdır. Müqaviləyə əsasən borcalan aldığı pulu hər ay 150 manat olmaqla xx.xx.2022-ci il tarixə kimi tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də borcverən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, cavabdeh də iddianı etiraf edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqaisəli təhlil etməklə, hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirməklə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi kimi təqdim etdiyi sübutları işin faktiki hallarına və mülki işin digər materiallarına (notarial qaydada bağlanmış kredit müqaviləsinə) uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı münasibət notaril formada bağlanmış bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, borcalan Cavabdeh borcverən İddiaçı almış olduğu 3720 manat borc pulu xx.xx.2022-ci il tarixə kimi tam həcmdə qaytarmağı öhdəsinə götürsə də, bunu etməməmiş və öhdəliyini icrasından birtərəfli qaydada yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı əsas borcla bərabər onun tərəfindən mülki işin hazırlanması üçün hüquqi yardım kimi vəkilə ödənilmiş 50 manat manat məbləğində haqqın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 57,20 manat dövlət rüsumunun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə də haqlı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3720 (altı min) manat borc pul, hüquqi yardım üçün ödənilən 50 manat və dövlət rüsumu əvəzində ödəmiş olduğu 57,20 manat, cəmi 3827,20 (üç min səkkiz yüz iyirmi yeddi manat iyirmi qəpik) manat tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3720 manat borc pul, hüquqi yardım üçün ödənilən 50 manat və dövlət rüsumu əvəzində ödəmiş olduğu 57,20 manat, cəmi 3827,20 (üç min səkkiz yüz iyirmi yeddi manat iyirmi qəpik) AZN tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar