Məhkəmə qərarları › İş №2(056)-867/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-867/2025

07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-867/2025 07.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğ tutularaq iddiaçı ona yəni İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu Əzizzadə Emil 3 il bundan əvvəl avto qəza etmişdir. Baş vermiş avtoqəza nəticəsində zərərçəkmiş Zaurun beli sınmış, Şahin adlı şəxs isə dünyasını dəyişmişdir. Ağır Cinayətlər Məhkəməsi oğluna 6 il 6 ay cəza vermişdir. Hadisədən sonra baldızı oğlu Cavabdeh mütəmadi olaraq Zaurun ailəsi ilə görüşüb barışıq əldə etməyin mümkün olmasını bildirmişdir. Beləliklə də, Orxan 2023-cü dekabr ayında Zaurun ailəsinə 10000 manat vermək şərti ilə Zaurun ailəsi ilə barışıq əldə edə biləcəyini bildirmişdir. 10000 manatı bankdan kredit götürərək düzəltmiş, yaşadığı ünvanda cavabdeh Orxana vermişdir. Orxan sonradan zərərçəkmişin ailəsinin daha 2500 manata ehtiyacı olduğunu bildirmiş və bu məbləğin ona verilməsini tələb etmişdir. Hissə-hissə olaraq Orxanın bank kartına 2500 manat məbləğində köçürmə etmişdir. Ümumilikdə Emilin həbsdən çıxması üçün 18000 manat məbləği Orxana vermişdir. Sonradan öyrənmişdir ki Orxanın Zaurun ailəsi ilə heç bir əlaqəsi olmamışdır. Bir müddət sonra Orxandan heç bir iş görmədiyini görüb pulunu ondan geri tələb etmiş, Orxan qarşılığında onu təhqir edərək pulu qaytarmayacağmı bildirmişdir. Buna görə də polisə müraciət etmiş, köçürmə etmiş olduğu pul qəbzlərini hüquq mühafizə orqanlarına təqdim etmişdir. Orxan isə bildirmişdir ki o, da onunla ferma üçün şəriklik münasibəti qismində əlaqə yaradıb borc vermiş, lakin bu yalandır. Başqa sözlə, cavabdeh ondan 18000 manat pul məbləği almış və bu məbləğin hər hansı bir qismin qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ərizəsi tərtib edilərkən məsələnin mahiyyəti üzrə düzgün qeydiyyat aparılmamışdır. Belə ki, oğlu tərəfindən yol-nəqliyyat hadisəsi törədildikdən sonra o, zərərçəkmiş şəxslə barışıq üçün pul yığmış, zərərçəkmiş şəxs də onun baldızı oğlu Cavabdehla dost olmuşdur. Orxan onun barışıq üçün pul yığmasını bildiyi üçün ondan həmin pulu borc olaraq istəmiş, ona barışığı əldə edəcəyinə söz vermişdir. O, Orxana əvvəlcə 10000 manat, daha sonra isə 8000 manat borc vermişdir. Orxan həmin pulu özünün cücə fermasında işlərini genişləndirmək üçün borc götürmüşdür. Daha sonra o, pulunu tələb etdikdə Orxan müflis olduğunu və pulu batırdığını bildirmiş, pulunu imkan etdikcə ödəyəcəyini demişdir. Lakin bu günə qədər onun pulu ödənilməmişdir. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Səbail RPİ-nın İŞ-nın müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarında olan araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, ünvan 1i ünvanında ailəsi ilə birlikdə yaşayır. İddiaçı onun rəhmətlik dayısı Firdovsinin yoldaşıdır. Dayısı oğlu Emil Əlizadə 3 il əvvəl yol nəqliyyat hadisəsi törətmiş və tutulmuşdur, Gəlinbacı Nəcibə qarşı tərəflə barışıq üçun 18000 manat pul yığmışdır. Həmin vaxt onun Cücə ferması olmuş, həmin ferma Müşviqdə Çaylı qəsəbəsində olmuşdur. O, həmin fermanı icarəyə götürmüşdür. Həmin vaxı ziyan etdiyi üçün pulu qalmamışdır. Lakin yenə də cücə almalı olduğu üçün Nəcibə xanımdan Emil üçün yığdığı 18000 manatın 10000 manatını istəmişdir. O, Nəcibəyə həmin pulu 2024-cü ilin aprel ayında qaytaracağını bildirmişdir. 2023-cü ilin dekabr ayında 10 min manatı golurub öz biznesinə yatırmış, lakin həmin pulu biznesdə batırmışdır. Bundan sonra hissə-hissə olmaqla müxtəlif vaxtlarda 8000 manat pulu da İddiaçı götürmüşdür. Lakin o, həmin pulu Emilin barışığı uçün deyil, öz işləri üçün almışdır. Lakin Nəcibə xanıma bildirmişdir ki, nə vaxt Emilin işində barışıq olsa, həmin pulu ona qaytaracaqdır. Lakin işləri yolunda getmədiyi üçün bu günədək pulu geri qaytara bilməmişdir. Həmçinin Nəcibə xanımın tanışları olan İradədən 1100 manat. Sədayədən isə 1600 manat pul götürmüşdür. O, İradəyə 510 manat. Sədayəyə isə 300 manat pul qaytarmışdır. Həmin pulları oz cücə fermasındakı işlərini səliqəyə salmaq üçün borc kimi götürmüşdür. İddiaçı dedikləri həqiqətə uyğun deyil, pulu götürdükdə Nəcibəyə pulun öz biznesinə lazım olduğunu və pulu 1 aya qaytaracağını bildirmişdir. Emilin barışığı üçün isə qarşı tərəflə 6 dəfə görüşmüşlər, lakin qarşı tərəf 20000 dollar pul istədiyini bildirdiyi uçün razılaşma olmamışdır. İddiaçı həmin məbləğdə pulları götürmüş, lakin həmin pulları barışıq üçün deyil, borc kimi götürmüşdür. Həmçinin Nəcibə xanıma da qarşı tərəfi 10 min manata razı salmaqla bağlı heç bir vəd verməmişdir. Sevanədən 18270 manat pul borc götürmüşdür. O, həmin pulu götürdükdə ona bildirmişdir ki. qazancına şərik olacaqdır, lakin həmin pulu da batırmış, bu səbəbdən onun da borcunu qaytara bilməmişdir. Məhkəməyə təqdim edilmiş flashkartda olan səs yazısı və vodeogörüntüdən görünür ki, Cavabdeh İddiaçı 18000 manat pul almasını etiraf etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılığa əsasən iddiaçı cavabdehə 18.000 (on səkkiz min) manat məbləğində pul vermiş və tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Cavabdeh həmin münasibətlərdən yaranan öhdəliklərini icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə yuxarıda qeyd edilən, həmçinin məhkəməyə təqdim edilmiş səs və viddeo yazılarında əksini tapan halları və aşağıda sadalanmış qanunvericilk normalarını, səs və video yazısının sübut kimi nəzərə alınması ilə əlaqədar Plenum Qərarında əks olunmuş mövqeni nəzərə alaraq hesab edir ki, iddia tələbi məhkəməyə təqdim edilmiş sübutlar əsasında tam əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar