Məhkəmə qərarları › İş №2(056)-94/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-94/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-94/2024 26.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «kredit üzrə borcun qaytarılması» barədə kiçik iddiaya dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «kredit üzrə borcun qaytarılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə 7076,92 manat məbləğində əsas borc, 1342,36 manat məbləğində faiz borcu, 268,98 manat məbləğində cərimə borc, ümumilikdə isə 8688,26 manat borcun və 108 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmaslını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 28% olmaqla 8000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən Bank qismində çıxış edən “Bank of Baku" ASC müştəri qismində iştirak edən Cavabdeh 36 ay müddətinə, illik 28% olmaqla 8000 manat məbləğində kredit vermişdir. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 7076,92 manat məbləğində əsas borc, 1342,36 manat məbləğində faiz borcu, 268,98 manat məbləğində cərimə borcu, cəmi 8688,26 manat borcu qalmışdır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 108 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 28% olmaqla 8000 manat məbləğində kredit vermişdir. Borcalan Cavabdeh aldığı kredit üzrə əsas və faiz borcunun müəyyən hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun kredit müqaviləsi üzrə 7076,92 manat məbləğində əsas borc, 1342,36 manat məbləğində faiz borcu, 268,98 manat məbləğində cərimə borcu, cəmi 8688,26 manat kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmiş və buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh İddiaçı ASC qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanmaqla Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3cü maddələrinə əsaslanıb və işin faktiki hallarına qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada ödəmədiyi üçün, bununla da o, kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddia faiz və əsas borcu hissəsində tam təmin edilərək borc məbləği cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 268,98 manat məbləğində cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin cərimə məbləği azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kredit Müqaviləsindən irəli gələn əsas kredit borcunun 7076,92 manat və faiz borcunun 1342,36 manat məbləğində müəyyən olunduğu halda, cavabdeh təşkilat tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 268,98 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 30 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin MPM-nın 119.1-ci və 220.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə digər hissədə qismən təmin olduğu halda, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 108 manat dövlət rüsumunun 90 manat məbləğində hissəsi cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7076,92 manat məbləğində əsas borc, 1342,36 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, cəmi 8445,28 manat və ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi Cavabdeh tutulub İddiaçı ASC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Bank of Baku" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 7076,92 manat məbləğində əsas borc, 1342,36 manat məbləğində faiz borcu və 30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 8449,28 (səkkiz min dörd yüz qırx doqquz manat iyirmi səkkiz qəpik) AZN məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar