Məhkəmə qərarları › İş №2(056)-972/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-972/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-972/2023 12.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasınd, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 11800 (on bir min səkkiz yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 aralarında olan tanışlıq münasibətlərindən istifadə edərək 2021-ci ildə müxtəlif bəhanələrlə ondan 11800 (on bir min səkkiz yüz) manat borc pul almış və bu günki günədək həmin pulu qaytarmamışdır. Belə ki, 2021-ci il ərzində aralarındakı şifahi razılığa əsasən cavabdeh götürdüyü borcu 1 ay müddət ərzində qaytarmalı olduğu halda dəfələrlə müraciət etməsinə baxmayaraq qaytarmamışdır. Bundan sonra cavabdeh pulu ödəməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirmiş və nəticədə onun borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehə zəng edib pulunu tələb etsə də o, pulu sonra verəcəyini bildirmişdir. Lakin bu günki günə pulunu ala bilməmiş və nəticədə ona maddi və mənəvi ziyan vurmuşdur. O, bu barədə Sabirabad RPŞ-yə ərizə ilə müraciət etmiş və Sabirabad RPŞ-nin sahə rəisi X3 tərəfindən ərizəsi əsasında araşdırılma aparılmış, cavabdeh ona borclu olmasını aparılan araşdırma zamanı etiraf etmişdir. Bundan əlavə, cavabdeh ona yazılı qəbz verərək borclu olmasını öz imzası ilə təsdiq etmişdir. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 iddia ərizəsində qeyd edilənləri təkrar edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Sadə yazılı formalı 2022-ci ilə aid qəbzdən görünür ki, cavabdeh X1 Səkinə xanıma 11800 (on bir min səkkiz yüz) manat borcu olmasını qeyd etmiş və qəbzə imza etmişdir. Məhkəmə sorğusu əsasında Sabirabad RPŞ-dən əldə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materialda olan X4 xx.xx.2023-cü il tarixli izahatının məzmunundan görünür ki, onun İddiaçı həqiqətən də 11800 (on bir min səkkiz yüz) manat borcu vardır. Hal-hazırda maddi vəziyyətində çətinliklər olduğu üçün ona olan pul borcunu ödəyə bilmir. Buna baxmayaraq söz verir ki, yaxın vaxtlarda pulu olan kimi İddiaçı borcunu ödəyəcəkdir. Əgər İddiaçı onun bu qeyd etdiklərindən narazıdırsa mülki iddia qaydasında məhkəməyə müraciət edə bilər. Əslində o, da istəyir ki, İddiaçı məhkəməyə müraciət etsin və bundan sonra onu narahat etməsin. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həqiqətən də cavabdeh Nazli Məlikova hazırda tələb edilən məbləğdə pulu iddiaçıdan borc olaraq almış, borc olaraq aldığı pulu və ya onun bir hissəsini iddiaçıya qaytarmamış, bunun nəticəsində iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2023-cü ildə ərizə ilə Sabirabad RPŞ-yə müraciət etmiş, həmin müraciət əsasında həyata keçirilmiş araşdırma ilə bağlı cavabdeh Nazli Məlikovanın izahatı alınmış, izahatı alınarkən də cavabdeh iddiaçıya tələb edilən məbləğdə borcu olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə tələb edilən məbləğdə pul vəsaitini borc olaraq vermiş, cavabdeh isə müqavilə öhdəliyini pozaraq iddiaçının xeyrinə heç bir məbləğdə ödəniş etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik normaları kontekstində mübahisəyə yanaşan məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən hazırki iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 11800 (on bir min səkkiz yüz) manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar