Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-975/2024 30.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Mirəcəfər oğlu ilə xx.xx.2018ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir nəfər uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsi ilə nikahlarının pozulması, uşağın onun himayəsində saxlanması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 150 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Son illərdə gedən inflyasiya nəticəsində göstərilən məbləğlə uşağı saxlamaq qeyri-mümkündür. Hazırda uşaq böyüyür, o, isə uşağın ehtiyaclarını ödəyə bilmir və heç yerdə işləmədiyindən uşağın saxlanması üçün çətinlik çəkir. Cavabdeh isə əlavə heç bir yardım göstərmir. Ona görə də o, alimentin artırılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsi qətnaməsi ilə hazırki tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 X2 yanında saxlanmasının müəyyən olunması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, qətnamənin qəbul edildiyi zamandan bu günə kimi keçən müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübuta istinad edə bilməmiş və məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bundan əlavə, Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsi ilə də alimentin miqdarı müəyyən edilərkən iddiaçının hər ay üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etməsinə baxmayaraq, məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyindən bu hissədə iddia qismən təmin edilməli, hər ay üçün alimentin məbləğinin 150 manat müəyyən edilməsi məqsədəuyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-975/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-975/2024
30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver