Məhkəmə qərarları › İş №2(057)-1001/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1001/2023

05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1001/2023 05.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(057)-1412/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 11 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə nikahları Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ilə birgə nikahlarından 11 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 iyun 2013-cü il təvəllüdlü X5 olmuşdur. Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 11 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş miqdar dəyişdirilərək, cavabdehdən hər ay qazancının(başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında, eyni zamanda hər uşağa 85 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir.Uşaqlar böyüdükcə onlara sərf olunan xərclər də artmışdır. Ona görə də uşaqların maddi təminatını təmin edə bilmir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, sonuncu məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Həmin səbəbdən məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(057)-1412/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 11 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Salyan Rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli, 2(057)- 948/2015 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh X1 hər ay qazancının(başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında, eyni zamanda hər uşağa 85 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 11 dekabr 2009cu il təvəllüdlü X4 və 12 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş miqdar dəyişdirilərək, cavabdehdən hər ay qazancının(başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında, eyni zamanda hər uşağa 85 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. O heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Alimenti vaxtı vaxtında ödəyə bilmədiyi üçün aliment borcu yaranmışdır. Aliment borcunu valideynləri ödəyir. Hər ay kəsilmiş 250 manat alimentdən başqa 100 manatda aliment borcundan ödənilir. Əgər aliment qaldırılarsa onun hüquqları kobud şəkildə pozulacaq. Aliment kəsilən müddətdən sonra onun maddi vəziyyətində dəyişiklik baş verməmişdir. Bundan əlavə Bakı şəhərində kirayədə qalır. Onun Salyan rayonunda qalmağa evi vardır. Ailə Məcəlləsində də qeyd edilir ki, uşaqları saxlamaqda valideynlər bərabər hüquqludur. O öz üzərinə düşən öhdəliyi yerinə yetirir. Alimenti vaxtı-vaxtında ödəyir. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan "xxxx" MMC-nin rəisi Q.Rzayev tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də bağban vəzifəsində işləyir və aylıq 359 manat əmək haqqı alır. Salyan Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(057)-809/2019 saylı icra vərəqəsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 11 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(057)- 1412/2018 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh X1 29 may 2019-cu ildən başlayaraq hər ay hər uşağa 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, qətnamədən sonrakı müddət ərzində iddiaçı və cavabdehin maddi və ailə vəziyyətində hər hansı bir dəyişiklik olmamış, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübutu təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqdan sonra alimentin artırılması və ya azaldılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(057)- 1412/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 11 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar