Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1006/2023 14.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 830 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyini, iş üzrə Cavabdeh Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olduğunu bildirmişdir. İş materillarına əlavə edilmiş şəxsiyyəti ilə bağlı sənəddən görünür ki, Axundov X1 rayonu, Qaraqaşlı kəndində qeydiyyatdadır. Məhkəmə işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul olunmuşdur. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh Axundov X1 rayonu, Qaraqaşlı kəndində qeydiyyatdadır. Ona görə də mülki iş aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı işin aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əsasında qeydə alınmış 2(057)- 1006/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1006/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1006/2023
14.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver