Məhkəmə qərarları › İş №2(057)-1018/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1018/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1018/2023 20.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, iddiaçı "xxxx" X1 Cavabdeh qarşı “borc pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 (bundan sonra "xxxx") Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh № 22376088 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********65756 “Samsung Galaxy A10S” markalı telefon üçün 165.8 manat ödənilməmiş hissə, 16.2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Dondurucu Hoffmann” üçün 359.6 manat ödənilməmiş hissə, 35.4 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Soyuducu Hoffmann” üçün 276.5 manat ödənilməmiş hissə, 27.5 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “TCL LED TV” üçün 293.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə pulu, ümumilikdə 1204 manat borc, 32.04 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********65756 “Samsung Galaxy A10S” markalı telefon, “Soyuducu Hoffmann” “Soyuducu Hoffmann” və “TCL LED TV” almış və nəticədə 1204 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 310 manat (yəni 15 ay x 16.6 manat + 61 manat ilkin ödəniş) olan İMEİ KOD **********65756 “Samsung Galaxy A10S” markalı telefon üçün ümumilikdə, 182 manat olmaqla, ondan, 165.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.2 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqviləsinə əsasən, alqı-satqı qiyməti 720 manat (yəni 18 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan “Dondurucu Hoffmann” üçün 395 manat olmaqla, ondan, 359.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.4 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552.6 manat (yəni 18 ay x 30.7 manat + 0 manat ilkin ödəniş) olan “Soyuducu Hoffmann” üçün 304 manat olmaqla, ondan, 276.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.4 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqviləsinə əsasən, alqı-satqı qiyməti 482.4 manat (yəni 18 ay x 26.8 manat + 0 manat ilkin ödəniş) olan “TCL LED TV” üçün ümumilikdə 323 manat olmaqla, ondan, 293.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.4 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 969.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Odur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********65756 “Samsung Galaxy A10S” markalı telefon üçün 165.8 manat ödənilməmiş hissə, 16.2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Dondurucu Hoffmann” üçün 359.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Soyuducu Hoffmann” üçün 276.5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “TCL LED TV” üçün 293.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.4 manat cərimə, ümumilikdə 1204 manat borc və 32.04 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********65756 “Samsung Galaxy A10S” markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 22376088 saylı müqaviləyə əsasən, “Dondurucu Hoffmann” satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Soyuducu Hoffmann” satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “TCL LED TV” satılmışdır. "xxxx" MMC-nin 21 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh telefon üçün ümumilikdə 1204 manat olmaqla, ondan, 1095.5 manat ödənilməmiş hissə, 108.5 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-nə gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 32.04 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********65756 “Samsung Galaxy A10S” markalı telefon üçün tələb edilən cərimə pulunun miqdarı yaranmış müqaviləsi üzrə kredit borcu 165.8 manata mütənasib olmadığından 16.2 manat məbləğində cərimə pulunun 01 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Dondurucu Hoffmann” üçün tələb edilən cərimə pulunun miqdarı yaranmış müqaviləsi üzrə kredit borcu 359.6 manata mütənasib olmadığından 35.4 manat məbləğində cərimə pulunun 02 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Soyuducu Hoffmann” üçün tələb edilən cərimə pulunun miqdarı yaranmış müqaviləsi üzrə kredit borcu 276.5 manata mütənasib olmadığından 27.5 manat məbləğində cərimə pulunun 02 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “TCL LED TV” üçün edilən cərimə pulunun miqdarı yaranmış müqaviləsi üzrə kredit borcu 293.6 manata mütənasib olmadığından 29.4 manat məbləğində cərimə pulunun 02 manat məbləğinə azaldılması məqsədə uyğundur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********65756 “Samsung Galaxy A10S” markalı telefon üçün 165.8 manat ödənilməmiş hissə, 01 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Dondurucu Hoffmann” üçün 359.6 manat ödənilməmiş hissə, 02 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Soyuducu Hoffmann” üçün 276.5 manat ödənilməmiş hissə, 02 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “TCL LED TV” üçün 293.6 manat ödənilməmiş hissə, 02 manat cərimə borcu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********65756 “Samsung Galaxy A10S” markalı telefon üçün 165.8 manat ödənilməmiş hissə, 01 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Dondurucu Hoffmann” üçün 359.6 manat ödənilməmiş hissə, 02 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Soyuducu Hoffmann” üçün 276.5 manat ödənilməmiş hissə, 02 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “TCL LED TV” üçün 293.6 manat ödənilməmiş hissə, 02 manat cərimə borcu və 32.04 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar