Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1020/2023 07.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul“ tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12396.49 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “N” saylı hərbi hissədə uzun müddət bir yerdə işləmişlər. 2016-cı ildə Cavabdeh pula ehtiyacı olduğu üçün bankdan pul götürmək istədiyini və ondan zamin durmağını xahiş etmişdir. O, da iş yoldaşı kimi ona inanıb 05 may 2016-cı il tarixdə Sumqayıt şəhərində "xxxx" ASC-nin Qubadlı filialına getmişlər. 05 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə 28.23 faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit götürmüş. Onunla bank arasında 05 may 2016cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən borc ödənilmədiyi üçün onun əmək haqqı kartı "xxxx" ASC-yə məxsus olduğundan 2016-cı ilin ayrı-ayrı vaxtlarında onun hesab kartından ümumilikdə 2842 manat məbləğində pul çıxılmışdır. Hesabdan çıxarışını ərizəyə əlavə etmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn pul vəsaiti ödənilmədiyi üçün "xxxx" ASC onlara qarşı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh və İddiaçı Dağbəy oğlundan 05 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 9701.83 manat məbləğində əsas borc, 737.65 manat məbləğində faiz borcu, cəmi 10439.48 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Kredit müqaviləsi üzrə kredit borcu tərəfindən banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcud deyildir. Bununla bağlı "xxxx" ASC-nin 15 iyul 2022-ci il tarixli arayışı ərizəyə əlavə edilmişdir. Tərəfindən cavabdehin əvəzinə banka ödənilmiş ümumilikdə 12396.49 manat məbləğində pulun ona qaytarılması üçün dəfələrlə cavabdehlə əlaqə saxlanılsa da heç bir nəticə əldə edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 12396.49 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh ilə kredit götürülən vaxtda bir yerdə işlədiyini. Turalın anası xəstə olduğu üçün bankdan pul götürmək istədiyini ona bildirdiyini, o da Turala inandığı üçün zamin olmuşdur. Tural borcunu ödəmədiyi üçün bu məsələ hərbi hissədə müzakirə olunmuş, lakin sonradan Tural işdən çıxarıldığı, işsiz olduğu üçün onun əmək haqqısından yönəlmiş və əmək haqqı kartından pul tutulmuşdur. Bu barədə Turalın valideyinlərinə müraciət etmiş, onlar bildirmişlər ki, Tural yalan danışıb, Turalın anasının heç bir ağır xəstəliyi yoxdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçının iddia ərizəsində və izahatında göstədikləri ilə qismən razı olduğunu, Kənandan onun deyil Həsənov Turalın xahiş etdiyini, bankdan kredit götürülmüş pulun Həsənov Turala lazım olduğunu və ona da verildiyini, 9554.59 manat borcu qəbul etdiyini bildirmişdir. Eyni zamanda göstərmişdir ki, banka birinci ay 410 manat ödəniş etmişdir. Əlavə olaraq Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı ona qarşı verdiyi iddia ərizəsi ilə tanış olduğunu, iddianı qismən qəbul edərək, iddiaçıya 9554.59 manat borcu olduğunu, gələcəkdə işləyib borcunu tam ödəcəyini göstərmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(057)-1021/2017 saylı məhkəmə əmrinə əsasən Salyan rayonu, Yenikənd kəndində yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh və Bərdə rayonu, Hacallı kəndində yaşayan, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı müştərək qaydada xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9701.83 manat əsas borc, 737,65 manat faiz borcu olmaqla, cəmi 10.439.48 manat borc və 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nın xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, Z-126GTKR161260505 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı kredit götürən Cavabdeh öhdəlikləri üçün bank qarşısında zamin kimi öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İddiaçı verilmiş arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Qubadlı filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 126GTKR161260505 nömrəli 10000 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 9554,59 manat məbləğində ödəniş edilmiş, xx.xx.2022-ci il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı məktubdan görünür ki, Salyan Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 2(057)-1021/2017 saylı məhkəmə əmri üzrə "xxxx" ASC-yə olan borc ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehlərin iddianı qismən etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən üzrə aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Salyan Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh və İddiaçı Dağbəy oğlundan 05 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 9701.83 manat məbləğində əsas borc, 737.65 manat məbləğində faiz borcu, cəmi 10.439.48 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borcuna görə məhkəmə əmri ilə iddiaçının əmək haqqısına yönəldildiyindən 9554,59 manat məbləğində pulun tutulması işin mübahisəsiz halını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh ilə "xxxx" ASC arasında 16 fevral 2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı zamin olmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı üzərinə düşən öhdəliyi icra etməmiş, İddiaçı zamin olduğundan üzərinə düşən öhdəliyi icra etmişdir. Ona görə də, məhkəmə iddiaçının tələbini əsaslı hesab edərək iddianın qismən təmin olunmasını məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 97.90 (doxsan yeddi manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi öhdəliyin icrasını həyata keçirdiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən Cavabdeh 9554,59 manat məbləğində "xxxx" ASC-yə ödənilmiş pul və dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 213, 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9554,59 (doqquz min beş yüz əlli dörd manat əlli doqquz qəpik) məbləğində pul və 97.90 (doxsan yeddi manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1020/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1020/2023
07.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver