Məhkəmə qərarları › İş №2(057)-1033/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1033/2024

21.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1033/2024 21.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçı X1,Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki,Cavabdeh televiziyada işlədiyi üçün özünü böyük biznes adamı kimi qələmə vermişdir.Cavabdeh borc istədiyi üçün ona inanmış və 2022-ci ildə müxtəlif vaxtlarda və müxtəlif adamlardan pul alaraq ona vermişdir. Cavabdeh yüksək qazanc əldə edərək iki həftəyə pulunu qaytaracağını demişdir.Ona görə də Natiqdən 1900 manat dəyərində qızıl, Əfsərdən 2100 manat dəyərində qızıl, Etibardan 2000 manat, Təranədən 8600 manat, Dilarədən 2400 manat, Zəminədən 1500 manat, Səbinədən 2000 manat alaraq Narınca vermişdir. Narıncın göstərdiyi vaxt keçməsinə baxmayaraq pulunu qaytarmamışdır. Dilarə,Səbinə və Zəminə pullarını tələb etdikləri üçün qızının qızıllarını sataraq həmin şəxslərin pullarını qaytarmışdır.Cavabdehin ona 20500 manat cəmi borcu yaranmışdır.Odur ki, Cavabdeh 20500 manat pulun alınıraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdehlə 2021-ci ildə qonşusu Mədinə vasitəsi ilə tanış olmuşdur.Cavanşir Ağalarovla bağlı aralarında olan münaqişənin həll olunması məqsədi ilə həmin mübahisənin “Dünya TV”-də işıqlandıracağına cavabdeh ona söz vermişdir. Mübahisəni televiziyada işıqlandırsa belə heç bir nəticəsi olmamışdır. Aralarında səmimi münasibətlər yaranmış, özü qadın salonunda işlədiyi üçün cavabdeh həftədə bir dəfə yanına gəlmişdir. 2021-ci ilin təxminən iyul ayında Narınc ona zəng vurmuş və yoldaşının işdən çıxarıldığını və onun üçün 4000 manat pul tapmasını xahiş etmişdir. Səliqə adlı xanımdan pul alaraq ona 4000 manat vermiş, Narınc həmin pulu özü Səliqəyə qaytarmışdır.Sonradan Narınc müxtəlif şəxslərdən qızıl alıb ona verməsini xahiş etmişdir.Özü həmin qızılları aparıb lombarda qoyub pul götürüb öz borclarını verəcəyini demişdir. Birinci dəfə Təranə adlı şəxsdən təqribən 15000-16000 manat dəyərində bir il ərzində müxtəlif məbləğlərdə qızıl götürüb Narınca vermişdir.Həmin qızılın pulundan ona bir hissəsini ödəmiş, 8600 manat isə borclu qalmışdır.İkinci dəfə Səbinə adlı qadından 10000 manat dəyərində 100 qram qızıl alaraq Narınca vermişdir.Narınc həmin qızılların pullarını ayda 2000 manat olmaqla 5 aya qaytarmalı idi. Lakin 3 ay, hər ay 2000 manat olmaqla, cəmi 6000 manat vermiş, 4000 manat isə qalmışdır.Üçüncə dəfə Natiq adlı şəxsdən 2100 manat dəyərində qızıl alaraq Narınca vermiş, həmin qızılların pulunu Narınc 2-3 aya qaytarmalı olduğu halda qaytarmamışdır. Qeyd olunan puldan 200 manatı vermiş, 1900 manatı qalmışdır.Həmin ərəfələrdə Əfsərdən 4800 manat dəyərində qızıl götürmüş, ayda 400 manat qaytarmaq şərti ilə Narınca vermiş, sonradan Narınc həmin qızılın pulundan 2700 manatını qaytarmış, 2100 manatı qalmışdır.Dilarədən 8000 manat dəyərində qızıl götürüb Narıca vermiş, Narınc bir hissəsini ödəmiş, 2400 manatı qalmışdır. Narıncın pula ehtiyacı olduğu üçün ona lotoreya oyunu qurmuş 10 nəfərin iştirakı ilə hərəsi 500 manat vermək şərti ilə , birinci yeri ona 5000 manat, ikinci şəxsin pulunu da 5000 manatı ona vermiş,pulları da ondan almışdır.Lakin axırıncı adam Zəminə adlı şəxsin 1500 manat pulu kəsərək verməmişdir.Həmin pulu özü Zəminəyə vermişdir.Ümumilikdə Narıncın ona 20500 manat borcu qalmış, həmin pulun hər ay 1000 manat olmaqla qaytarılmasına etirazı olmadığını qeyd edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə Cavanşir Ağalarov arasında olan münaqişəyə görə tanış olmuş və özü Dünya TV-də işlədiyi üçün onların problemlərini televiziyada işıqlandıracağına söz vermişdir.Buna görə də aralarında münasibətlər yaranmışdır.2021-ci ildə iddiaçıdan ərinin işi ilə bağlı 4000 manat borc almış və həmin pulu iddiaçının aldığı şəxsə qaytarmışdır.Sonradan özünün borclarını qaytarmaq üçün iddiaçıdan müxtəlif vaxtlarda qızıllar götürmüş və həmin qızılları lombarda qoyaraq pul götürmüşdür.Götürdüyü pullardan bir hissəsini iddiaçıya olan borcunu vermişdir.Qalan məbləğlər isə qalmışdır.Nəticədə iddiaçıya 20500 manat yaranmışdır.Axırıncı dəfə iddiaçıya lotoreya pulundan 3500 manat ödəmişdir.İddiaçıya olan 20500 manat borcunu etiraf edir.Həmin pulun hər ay 500 manat olmaqla hissə-hissə qaytaramasına razı olduğunu və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə elan olunmuş Cavabdeh vermiş olduğu ərizədən görünür ki, o, iddiaçıya 20500 manat borcunu etiraf edir və həmin borcun hissə-hissə qaytaracağına çöz verir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan müxətlif vaxtlarda nisyə olaraq qızıl almış, aldığı qızılların pulundan bir hissəsini ödəmiş, bir hissəsini isə ödəməmiş və nəticədə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında özünün verdiyi ərizəsində borcunu etiraf etmiş və həmin borcu hissə-hissə qaytaracağına çöz vermişdir.Tərəflər öz aralırnda tələbin hissə-hissə ödənilməsi barədə razılığa gəldikləri üçün məhkəmə borcun hər ay 1000 manat, axırıcı ay isə 500 manat olmaqla cavabdehdən tutulub iddiaçıya verilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.6-cı maddəsində qeyd olunmuşdur ki, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay 1000 manat, axırıncı ay isə 500 manat olmaqla, hissə-hissə cəmi 20500 manat (21 ay ərzində) və 152 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar