Məhkəmə qərarları › İş №2(057)-1040/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1040/2024

24.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1040/2024 24.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan **********42-10301 reyestr nömrəli ünvan 1 ünvanda 66.4 kv.m fərdi yaşayış evinin yerləşdiyi mülkiyyətində və istifadəsində olan faktiki 0.05873 ha torpaq sahəsinə maneçilik hərəkətlərinə son qoyulmasını, mülkiyyətində və istifadəsində olan 0.05873 ha torpaq sahəsindən çıxarılmasını, Cavabdeh mülkiyyətində və istifadəsində olan həyətyanı torpaq sahəsinə girişin qadağan edilməsini və Cavabdeh onun həyətində hasar tikməyinə maneə törətməsinə, həyətindəki darvazasından girib-çıxmasına, 35.1 kv.m yardımçı tikilidən istifadəsinə qadağan qoyulmasını və dəmir tor hasarın öz vəsaiti hesabına sökülməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan şəhəri E.İmanov küçəsi ev 9 yaşayır, onun xüsusi mülkiyyətində **********42-10301 reyestr nömrəli ünvan 2 ünvanda 66.4 kv.m fərdi yaşayış evi və mülkiyyətdə olan 0.03 ha, faktiki 0.05873 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində qonşuluqda yaşayan Cavabdeh (AA*******, FİN: 36C4VV53) tərəfindən maneəçilik hərəkətləri törədilmiş və mülkiyyət hüququ müxtəlif vasitələrlə məhdudlaşdırılmışdır. Cavabdeh onu və ailəsini öz evində və həyətində rahat yaşamağa imkan vermir. Həyətini hasarlamağa imkan vermir, həyətində olan tikililərin ona məxsus olduğunu deyir. Halbuki həmin tikililər onun mülkiyyətində yerləşir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən açıq-aydın görünür ki, torpaq sahəsi Cavabdehla qonşuluqda yerləşir və torpaq sahəsinin koordinatlarına əsasən həyətdə yerləşən torpaq sahəsi ona məxsusdur. Hazırda bu cavabdeh onun həyətini hasarlamağa imkan vermir və zəbt eləmək istəyir. Cavabdeh özbaşına olaraq öz həyətindən qanunsuz olaraq onun həyətindən girib çıxır, öz ərazisində darvaza yeri ola-ola oradan istifadə etmir və mülkiyyətinə qanunsuz müdaxilə edir. Həmin yerdə qanunsuz olaraq onun damlarını zəbt edərək toyuq saxlayır, əkinə yararlı torpaq sahəsini zədələyirlər və yararsız hala salırlar. Hazırda bu müdaxilə hərəkətləri davam etdirilir. Bütün cəhdlərə baxmayaraq, bu günə kimi cavabdeh törətdiyi maneələri aradan qaldırmaq mümkün olmamışdır. Bu hərəkətlər nəticəsində mənəvi zərər çəkmiş və ailəsinin yaşayışı çox pis vəziyyətə düşmüşdür. Bütün ailənin əsəb sinir sistemi pozulmuşdur. DİN 102 Xidmətinə də bu barədə şikayətlər olmuşdur. Amma mülki xarakterli olduğundan bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Hazırda mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən sərbəst istifadə etmək istəyir, lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh evindən, həyətyanı torpaq sahəsindən onun sərbəst istifadə etməsinə maneçilik törədir, torpağını zəbt edir, ailəsinin normal yaşayışını pozur, AR MM-nin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər, bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. AR MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehlərin hərəkətləri birbaşa mülkiyyət hüququna müdaxilədir və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilikdir. Buna görə də, cavabdehlər tərəfindən mülkiyyətində yerləşən zəbt etdiyi torpaq sahəsi ona təhvil verilməli, tikdiyi hasar öz vəsaiti hesabına sökülməli, mülkiyyətinə qeyd etdiyi kimi özbaşına girişləri qadağan edilməli, darvaza qoyulması qadağan edilməli, hazırda olan qapı çıxarılaraq hasarlanmalı, maddi və mənəvi ziyanın, ödədiyi dövlət rüsumu daxil olmaqlaa iddiası təmin edilməlidir. Yuxarıda qeyd olunanları əsas tutaraq, Cavabdeh onun mülkiyyətində olan **********42-10301 reyestr nömrəli ünvan 1 ünvanda 66.4 kv.m fərdi yaşayış evinin yerləşdiyi mülkiyyətində və istifadəsində olan faktiki 0.05873 ha torpaq sahəsinə maneçilik hərəkətlərinə son qoyulmasını, mülkiyyətində və istifadəsində olan 0.05873 ha torpaq sahəsindən çıxarılmasını, Cavabdeh mülkiyyətində və istifadəsində olan həyətyanı torpaq sahəsinə girişin qadağan edilməsini və Cavabdeh onun həyətində hasar tikməyinə maneə törətməsinə, həyətindəki darvazasından giribçıxmasına, 35.1 kv.m yardımçı tikilidən istifadəsinə qadağan qoyulmasını və dəmir tor hasarın öz vəsaiti hesabına sökülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun doğma qardaşı oğludur. Onun iddia etdiyi torpaq sahəsi və ev faktiki olaraq əvvəllər onun valideynlərinə məxsus olmuşdur. Valideynlərinin sağlığında onların razılıqları ilə həyətində öz ailəsi üçün ev tikdirmişdir və hazırda da orada yaşayır. Hazırda ona məxsus və faktiki olaraq yaşadığı ev və torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə rəsmi çıxarışı vardır. Torpaq sahəsi Sərdarın ola bilməz. Həmin torpaq sahəsi və həyətdəki 2 mərtəbəli ev ona məxsusdur. Bu DƏDRX-nin verdiyi rəsmi sənədlə təsdiq olunmuşdur. Həmin həyətin onun yaşadığı hissəsinə o, heç vaxt müdaxilə etməmişdir. Odur ki, İddiaçı ona qarşı qaldırdığı iddia ədalətsiz və əsasız olduğundan həmin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Salyan şəhərində yerləşən 399.75 kv.m sahəsi olan həyatyanı torpaq sahəsi X2 məxsusdur və Salyan rayon İcra Hakimiyyətinin 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamına əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və ona aid torpaq sahəsi İddiaçı məxsusdur. Torpaq sahəsinin ümumi sahəsi 0.03998 hektar, faktiki sahəsi 0.05873 hektar, tikinti sahəsi isə 0.00912 hektar təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 7 (yeni qaydalarla: ünvan 4 ünvanında 0,03 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı daşınmaz əmlak tam mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya aid torpaq sahəsində tikinti işləri aparmaq üçün qanuni icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qızılağac kəndində 120,40 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş torpaq sahəsində dəmir torun və yardımçı tikililərin mövcud vəziyyətini əks etdirən fotoşəkillər iddiaçının torpaq sahəsində müdaxilə və qanunsuz tikililərin olduğunu vizual sübut edir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 5 ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququ qanuni qaydada qeydiyyata alınmışdır. Baxış zamanı qonşusu Cavabdeh məxsus 9A ünvanında yerləşən fərdi yaşayış evi ilə həmsərhəd olan torpaq sahələri arasında fiziki sərhəd mövcud olmamışdır. Lakin Cavabdeh qanunsuz olaraq 2 metr sərhəd xəttini keçərək İddiaçı məxsus torpaq sahəsindən qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-3082/2024 saylı, xx.xx.2024-cü il saylı mütəxəssis M.Vəliyevin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, araşdırma nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:

1. Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən (Yeni qaydalarla : Az 5201 ünvan 9açı İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada sərhədləri GPS aləti vastəsilə müəyyən edildi.

2. Elektron kadastr baza məlumatlarında, Reyestr nömrəsi **********54-10301 olan Çıxarışa əsasən iş üzrə Cavabdeh məxsus fərdi yaşayış evi və onun altındakı 103.0 kv.m torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsi, istifadəsində olan 302.0 kv.m torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir.

3. İş üzrə Cavabdeh İddiaçı mfüilkiyyətində olan torpaq sahəsinin 12.5 kv.m -dən istifadə edir.

4. Sualın cavablandırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir.

5. Faktiki olaraq hasar çəkilmədiyi üçün, Cavabdeh hasar çəkmək istədiyi yerin kimin mülkiyyətində olmasını müəyyən etmək mümkün olmadı.

6. İddiaçının tələb etdiyi 35.1 kv.m yardımçı tikilinin yerləşdiyi torpaq sahəsi, İddiaçı istifadəsində olan bələdiyyə mülkiyyyətinə aid torpaq sahəsidir.

7. İddiaçının tələb etdiyi dəmir tor, elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********42 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində quraşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/8929 saylı, xx.xx.2024-cü il tarixli, ekspert Amid Aliyevin tərtib etdiyi ekspert rəyinə əsasən, Tədqiqat Salyan şəhəri, E.imanov küçəsində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyində olan məlumatlara əsasən aparılır. Təhqiqat zamanı mülki iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinin məlumatlarından istiadə olunmuşdur. Mərkəzə təqdim olunan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 11.09.24 tarixli 3-21-3-38/2-3082/2024 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: - Mütəxəssis rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən (Yeni qaydalarla: Az 5201 ünvan 9açı İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada sərhədləri GPS aləti vastəsilə müəyyən edildi. Elektron kadastr baza məlumatlarında, Reyestr nömrəsi **********54-10301 olan çıxarışa əsasən iş üzrə Cavabdeh məxsus fərdi yaşayış evi və onun altındakı 103.0 kv.m torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsi, istifadəsində olan 302.0 kv.m torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. İş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 12.5 kv.m-dən istifadə edir. Faktiki olaraq hasar çəkilmədiyi üçün, Cavabdeh hasar çəkmək istədiyi yerin kimin mülkiyyətində olmasını müəyyən etmək mümkün olmadı. İddiaçının tələb etdiyi 35.1 kv.m yardımçı tikilinin yerləşdiyi torpaq sahəsi, İddiaçı istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçının tələb etdiyi dəmir tor, elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********42 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində quraşdırılmışdır. TƏDQİQATİN NƏTİCƏSİ: Birinci — səkkizinci suallar üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 11.09.24 tarixli 3-21-3-38/2-3082/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən (Yeni qaydalarla: Az 5201 ünvan 9açı İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada sərhədləri GPS aləti vastəsilə müəyyən edilmişdir. Elektron kadastr baza məlumatlarında, Reyestr nömrəsi **********54-10301 olan Çıxarışa əsasən iş üzrə Cavabdeh məxsus fərdi yaşayış evi və onun altındakı 103.0 kv.m torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsi, istifadəsində olan 302.0 kv.m torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. İş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 12.5 kv.m-dən istifadə etdiyi müəyyən edilir. 4-cü sualın cavablandırılması mütəxəssisin səlahiyyətlərinə aid olmadığı müəyyən edilmişdir. Faktiki olaraq hasar çəkilmədiyi üçün, Cavabdeh hasar çəkmək istədiyi yerin kimin mülkiyyətində olmasınLmüəyyən etmək mümkün olmamışdır. İddiaçının tələb etdiyi 35.1 kv.m yardımçı tikilinin yerləşdiyi torpaq sahəsi, İddiaçı istifadəsində olan bələdiyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçının tələb etdiyi dəmir tor, elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********42 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində quraşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertizanın rəyini müzakirə edərək həmin rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 10 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi qanuni şəkildə İddiaçı məxsusdur və mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli, ********** nömrəli dövlət qeydiyyat çıxarışı əsasında rəsmiləşdirilmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh məxsus qonşu torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsi arasında fiziki sərhəd xətti mövcud olmamış, lakin Cavabdeh həmin sərhədi qanunsuz olaraq 2 metr keçməsi və İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi faktı təsbit edilmişdir. Həmçinin iş üzrə təqdim edilmiş mütəxəssis rəyləri və elektron kadastr bazası məlumatlarına əsasən, Cavabdeh qanunsuz hasar çəkməsi səbəbindən yaranmış mübahisənin həlli məqsədilə müvafiq tədbirlərin görülməsi tövsiyə olunmuşdur. Eyni zamanda, mübahisəli torpaq sahələrinin sərhədlərinin GPS vasitəsilə müəyyən edilməsi nəticəsində mülkiyyət hüquqlarının pozulması ilə bağlı dəqiq məlumatlar əldə edilmişdir. Azərbayсan Respublikasının Mülki Məсəlləsinin; 152.1-сi maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənсam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-сi maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-сi maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-сü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ünvan 10 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və bu mülkiyyət hüququ qanuni əsaslarla rəsmiləşdirilmişdir. Eyni zamanda, iş üzrə təqdim olunmuş sənədlər və yerində aparılmış ölçmə nəticələrinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli sərhəd boyunca qanunsuz olaraq sərhədi 2 metr keçmiş və iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmişdir. Mütəxəssis rəyi və elektron kadastr baza məlumatlarına əsasən cavabdeh tərəfindən qanunsuz çəkilmiş metal tor hasar iddiaçıya məxsus torpaq sahəsində yerləşdirilmişdir ki, bu da mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh bu hərəkətləri mülkiyyət hüquqlarına qanunsuz müdaxilə xarakteri daşıyır və bu müdaxilə nəticəsində iddiaçıya məxsus torpaq sahəsindən istifadə imkanları məhdudlaşdırılmışdır. Odur ki, mübahisəli torpaq sahələrinin sərhədlərinin elektron kadastr məlumatları və yerində aparılmış GPS ölçmələri əsasında dəqiqləşdirildiyini və bunun nəticəsində sərhəd pozuntusunun faktiki olaraq mövcud olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyət hüquqlarını pozan hərəkətlərin dayandırılması və qanunsuz hasarın sökülməsi zəruri olub, İddiaçı mülkiyyət hüquqlarının bərpası təmin edilməlidir. Azərbayсan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-сı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan (Dövlət Reyestrində **********42 nömrəsi ilə qeydiyyatda olan) 0.05873 ha torpaq sahəsinə qanunsuz müdaxiləsi aradan qaldırılsın və cavabdeh həmin torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin iddiaçının maneəsiz istifadəsinə qaytarılması təmin edilsin. Cavabdeh, iddiaçıya məxsus mülkiyyət sahəsinə giriş və istifadəyə mane olmaq, həmçinin qanunsuz tikililər inşa etmə hərəkətləri qadağan edilsin. Cavabdeh iddiaçının mülkiyyətində yerləşən 35.1 kv.m yardımçı tikilidən hər hansı formada istifadə etməsi qadağan edilsin. Cavabdeh iddiaçının mülkiyyət hüququna zidd olaraq inşa etdiyi dəmir torun sökülməsi və həmin tikintinin aradan qaldırılması cavabdehin hesabına təmin edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar