Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1045/2024 13.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı,Cavabdeh, nümayəndəsi Vəkil iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh ona vurduğu ziyanın əvəzi olaraq 9560 manat məbləğində pul və dövlət rüsumu kimi tərəfindən ödənilmiş 116 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı bildirmişdir ki, cavabdehi bacısı Asudənin vasitəsi ilə tanımışdır. 2021-ci ildən başlayaraq Şüşəxanıma faizə pul vermişdir. Cavabdehə 2021-ci ildən başlayaraq 2022-ci il tarixə kimi dəfələrlə müxətəlif məbləğlərdə; 500, 1000, 400 manat məbləğlərdə 15 faizə pul vermişdir.2022-ci ildə cavabdeh 960 manat dəyərində bir cüt sırğa vermiş, həmin sırğanın pulunu hissə-hissə hər dəfə 100 manat olmaqla 900 manatı qaytarmışdır. Cavabdehə verdiyi puldan 9560 manat, qızılın pulundan 60 manat qalmışdır.800 manat pulu Səliqənin kartına atmışdır.Cavabdehin kart vasitəsi ilə müxtəlif vaxtlarda ona atdığı pullar aldığı pullara görə faiz və əvvəlki borclarına görə olan pullardır.Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh bildirmişdir ki, 2020-ci ildən iddiaçını tanımışdır.İddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul almış, lakin hansı məbləğlərdə pul alması yadında qalmamışdır. İddiaçı ona verdiyi pulları 15 faizə vermişdir.İddiaçıdan aldığı pullar cəmi 4700 manat olmuş və həmin məblələri də artıqlaması ilə qaytarmışdır.Pulu cavabdehin kartına atmaqla ödəniş etmişdir .İddiaçı ilə telefon danışığı zamanı iddiaçının səsləndirdiyi 9660 manat borc tələbinə iddiaçı hər dəfə hay-küy yaratdığı üçün etiraz etməmişdir.Ona qarşı verilmiş iddia əsassız olduğundan rədd olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi Vəkil məkəmədə bildirmişdir ki, cavabdehin dedikləri ilə razıdır.Beynəlxalq bankdan alınmış cavab məlumatlarında cavabdehin yalnız Beynəlxalq bankdakı məlumatları qeyd olunmuş, digər bankların məlumatları qeyd olunmadığı üçün köçürüən pulların məbləğini dəqiqləşdirmək mümkün deyildir.Ona görə də yenidən banka sorğu olunmalıdır.Cavabdeh iddiaçıdan 4700 manat pul almış, həmin pulu qaytarmışdır.Odur ki, verilmiş iddianın rədd olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçının təqdim etdiyi bir ədəd DVD-yə baxış keçirilən zaman aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında olan söhbət zamanı iddiaçı cavabdehə 9660 manat borcu olduğunu bildirir, lakn cavabdeh buna etiraz etmir, bir qədər danışdıqdan sonra cavabdeh iddiaçıya borcu olduğunu iki dəfə təkrar etməklə etiraf edir, oktyabr ayın 24-nə qədər Kamranın ona verdiyi halda həmin pulu ona atacağını demişdir.Lakin cavabdeh məbləği konkret olaraq səsləndirmir. Məhkəmə tərəfləri dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki,məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə müxtəlif məbləğlərdə pul vermiş, lakin cavabdeh aldığı pulları geri qaytarmaq əvəzinə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi audiodiskə məhkəmə baxışı zamanı qulaq asılarkən məlum olmuşdur ki, iddiaçı cavabdehlə söhbət zamanı sonuncunun 9660 manat borcu olduğunu bildirmiş, lakin cavabdeh həmin məbləğə etiraz etməmiş, oktyabr ayın 24-nə qədər Kamranın ona verdiyi halda həmin pulu ona atacağını demişdir.İddiaçı iddia ərizəsində 116 manat dövlət rüsumu tələb etmişdir.Lakin iddiaya uyğun olaraq iddiaçı 115,60 manat ödəməli olduğu halda 116 manat ödəmişdir.Ona görə də məhkəmə dövlət rüsumunun 115,60 manat tutulmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9560 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 115,60 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1045/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1045/2024
13.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver