Məhkəmə qərarları › İş №2(057)-1048/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1048/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1048/2023 24.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi ilə, X1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 iddiasını onunla əsaslandırmışdır ki, 08 dekabr 2018-ci il, 14 may 2019-cu il, 23 sentyabr 2019-cu il, 16 oktyabr 2019-cu il, 18 oktyabr 2019-cu il, 19 oktyabr 2019-cu il və 16 avqust 2019-cu il tarixlərində Cavabdeh ilə aralarında müvafiq olaraq S4K557925 nömrəli, S4K5737084 nömrəli, S4K5774037 nömrəli, S4K5774301 nömrəli, S3K5670331 nömrəli, S4K5774320 nömrəli və S3K5670621 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1.-ci maddəsinə əsasən S4K557925 nömrəli müqavilə üzrə 1070 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A7” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S4K5737084 nömrəli müqavilə üzrə 592 manat dəyəri olan 1 ədəd “Xiaomi Redmi 7” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S4K5774037 nömrəli müqavilə üzrə 457 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S4K5774301 nömrəli müqavilə üzrə 437 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5670331 nömrəli müqavilə üzrə 1387 manat dəyəri olan 1 ədəd “Xiaomi Mi 9T” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S4K5774320 nömrəli müqavilə üzrə 427 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5670621 nömrəli müqavilə üzrə 564 manat dəyəri olan “Huawei P20 Lite” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı S4K557925 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1070 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 59,44 manat olmaqla, hər ayın 07-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5737084 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 592 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 12 ay müddətinə, aylıq 49,33 manat olmaqla, hər ayın 13-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5774037 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 457 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 25,39 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5774301 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 437 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 24,28 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5737084 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 592 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 12 ay müddətinə, aylıq 49,33 manat olmaqla, hər ayın 13-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5774037 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 457 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 25,39 manat olmaqla, hər ayın 22-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5774301 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 437 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 24,28 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5670331 nömrəli müqavilə üzrə 1 manat ilkin ödəniş olmaqla, qalan 1386 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 77 manat olmaqla, hər ayın 17-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5774320 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 427 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 23,72 manat olmaqla, hər ayın 18dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5670621 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 564 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 12 ay müddətinə, aylıq 47 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S4K557925 nömrəli müqavilə üzrə 210 manat əsas, 63 manat dəbbə pulu olmaqla, 273 manat, S4K5737084 nömrəli müqavilə üzrə 87 manat əsas, 26 manat dəbbə pulu olmaqla, 113 manat, S4K5774037 nömrəli müqavilə üzrə 313 manat əsas, 94 manat dəbbə pulu olmaqla, 407 manat, S4K5774301 nömrəli müqavilə üzrə 319 manat əsas, 96 manat dəbbə pulu olmaqla, 415 manat, S3K5670331 nömrəli müqavilə üzrə 790 manat əsas, 237 manat dəbbə pulu olmaqla, 1027 manat, S4K5774320 nömrəli müqavilə üzrə 315 manat əsas, 94 manat dəbbə pulu olmaqla, 409 manat və S3K5670621 nömrəli müqavilə üzrə 262 manat əsas, 78 manat dəbbə pulu olmaqla, 340 manat borcu yaranmışdır. Alıcı tərəfindən S4K557925 nömrəli, 08 dekabr 2018-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş, S4K5737084 nömrəli, 14 may 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş, S4K5774037 nömrəli, 23 sentyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş, S4K5774301 nömrəli, 16 oktyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş, S3K5670331 nömrəli, 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 31 manat ödəniş, S4K5774320 nömrəli, 19 oktyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 20 manat ödəniş və S3K670621 nömrəli, 16 avqust 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 20 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh S4K557925 nömrəli, 08 dekabr 2018-ci il tarixli müqavilə üzrə 210 manat əsas, 63 manat dəbbə pulu, S4K5737084 nömrəli, 14 may 2019-cu il tarixli müqavilə üzrə 87 manat əsas, 26 manat dəbbə pulu, S4K5774037 nömrəli, 23 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 313 manat əsas, 94 manat dəbbə pulu, S4K5774301 nömrəli, 16 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 319 manat əsas, 96 manat dəbbə pulu, S3K5670331 nömrəli, 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 790 manat əsas, 237 manat dəbbə pulu, S4K5774320 nömrəli, 19 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 315 manat əsas, 94 manat dəbbə pulu və S3K5670621 nömrəli, 16 avqust 2019-cu il tarixli müqavilə üzrə 262 manat əsas, 78 manat dəbbə pulu və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan S4K557925 nömrəli, 08 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, cavabdehə 1070 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A7” markalı telefon satılmışdır. İş materiallarında olan S4K5737084 nömrəli, 14 may 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehə 592 manat dəyəri olan 1 ədəd “Xiaomi Redmi 7” markalı telefon satılmışdır. İş materiallarında olan S4K5774037 nömrəli, 23 sentyabr 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehə 457 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefon satılmışdır. İş materiallarında olan S4K5774301 nömrəli, 16 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehə 437 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefon satılmışdır. İş materiallarında olan S3K5670331 nömrəli, 18 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehə 1387 manat dəyəri olan 1 ədəd “Xiaomi Mi 9T” markalı telefon satılmışdır. İş materiallarında olan S4K5774320 nömrəli, 19 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehə 427 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefon satılmışdır. İş materiallarında olan S3K5670621 nömrəli, 16 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehə 564 manat dəyəri olan 1 ədəd “Huawei P20 Lite” markalı telefon satılmışdır. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı X2 xx.xx.2023-cü il tarixə olan qalıq borcu müvafiq olaraq S4K557925 nömrəli müqavilə üzrə 210 manat əsas, 63 manat dəbbə pulu, S4K5737084 nömrəli müqavilə üzrə 87 manat əsas, 26 manat dəbbə pulu, S4K5774037 nömrəli müqavilə üzrə 313 manat əsas, 94 manat dəbbə pulu, S4K5774301 nömrəli müqavilə üzrə 319 manat əsas, 96 manat dəbbə pulu, S3K5670331 nömrəli müqavilə üzrə 790 manat əsas, 237 manat dəbbə pulu, S4K5774320 nömrəli müqavilə üzrə 315 manat əsas, 94 manat dəbbə pulu və S3K5670621 nömrəli müqavilə üzrə 262 manat əsas, 78 manat dəbbə pulu və 51 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3034 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı X3 tərəfindən dövlət nəfinə 50,40 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh S4K557925 nömrəli, 08 dekabr 2018-ci il tarixli müqavilə üzrə 210 manat əsas, 63 manat dəbbə pulu, S4K5737084 nömrəli, 14 may 2019-cu il tarixli müqavilə üzrə 87 manat əsas, 26 manat dəbbə pulu, S4K5774037 nömrəli, 23 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 313 manat əsas, 94 manat dəbbə pulu, S4K5774301 nömrəli, 16 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 319 manat əsas, 96 manat dəbbə pulu, S3K5670331 nömrəli, 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 790 manat əsas, 237 manat dəbbə pulu, S4K5774320 nömrəli, 19 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 315 manat əsas, 94 manat dəbbə pulu və S3K5670621 nömrəli, 16 avqust 2019-cu il tarixli müqavilə üzrə 262 manat əsas, 78 manat dəbbə pulu və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul tutularaq iddiaçı X1 hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar