Məhkəmə qərarları › İş №2(057)-106/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-106/2024

27.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-106/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə X7” tələbi barədə ilkin iddia ərizəsi və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzə İddiaçı qarşı “evdən çıxarılma və cehizəmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “yaşayış sahəsinə X7” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 hazırda 2023-cü ildən Cavabdeh mülkiyyətində olan 2007-ci ildə ailə qurmaq məqsədi ilə gəlin köçərək yaşadığı ünvan 1 ünvanda yerləşən 02 mərtəbəli fərdi yaşayış evində yaşamaq hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qaynanasıdır. O, X14 ilə 2007-ci ildə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 adlı uşaqları doğulmuşdur. Nikahları Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-33/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Ailə qurduqdan sonra o, həmin vaxtı cavabdehin mülkiyyətində olmayan Salyan şəhər, H.Əliyev küçəsi, ev 169 ünvanına yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa başlamışdır. Hal-hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşayır. Uşaqları yaşadığı evin yaxınlığında yerləşən Salyan şəhəri, A.Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb liseydə oxuyurlar. Özü isə nikahdan əvvəl fasiləsiz olaraq bu günə kimi Salyan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Doğum evində tibb bacısı vəzifəsində işləyir. Salyan şəhərində yaşamağa başqa yaşayış sahəsi yoxdur. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh Salyan Rayon Məhkəməsində onu və uşaqlarını evdən çıxarmaq barədə iddia qaldırmaqdan ötrü sənədsiz evi 2023-cü ildə təcili sənədləşdirərək Salyan rayon 2 saylı Xüsusi Notariat kontorunda xx.xx.2023-cü il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqavilə ilə X1 şəhəri, H.Əliyev küçəsi, ev 169 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi qardaşı arvadı olan (cavabdeh) Cavabdeh hədiyyə etmişdir. Halbuki, həmin ünvan 2 ünvanda bir fərdi yaşayış evi var. Hemin yaşayış evi 02 mərtəbədən 02-ci mərtəbə 04 otaq, 01-ci mərtəbədə 03 otaq var. Cavabdeh oğlu ilə birlikdə evin birinci mərtəbəsində yaşayırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh özü qəsdən yaşayış otaqlarının sayının ümumilikdə 07 otaq olduğu halda 03 otaq kimi qeyd etdirmişdir. Cavabdeh qısa müddətdə çıxarış alaraq 2023-cü ildə məhkəmədə ona qarşı evdən çıxarılması və cehiz-əmlakının çıxarılması tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2028-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Məhkəmə qətnaməsi qanunu qüvvəsini almamışdır. O, məhkəmənin sözü gedən qətnaməsindən narazıdır və apellyasiya şikayəti verəcəkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Halhazırda onun özünün başqa yaşayış sahəsitəmin etmək üçün imkanı yoxdur. Himayəsində iki yetkinlik yaşına çatmayan uşaq var. Onların bütün ehtiyacları onun tərəfindən qarşılanır. Bu səbəblərdən də onun gəlirləri özünün və uşaqlarınınyeni yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. İddiaçı tələbini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2, 30.4 və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 228.5-ci maddələrinə istinadan əsaslandırmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edərək xx.xx.2024-cü ildə yazdığı ərizəsində Salyan şəhəri, H.Əliyev küçəsi 169A yazmaq əvəzinə səhvən 166A qeyd etdiyini bildirərək, dəyişikliyin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə “evdən çıxarılma və cehiz-əmlakının çıxarılması” tələbiə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək göstərmişdir ki, Salyan Rayon Məhkəməsində hazırda icraatda olan və onun cavabdeh olduğu İddiaçı “yaşayış sahəsinə X7” tələbinə dair 2(057)-106/2024 saylı mülki iş var. Həmin mülki iş üzrə aşağıdakı məzmunda “Qarşılıqlı iddia ərizəsi” ilə müraciət edir. ünvan 3 yerləşən reyestr nömrəsi **********31- 10301 saylı qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Dövlət Reyestrindən çıxarışa əsasən əsasən onun xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin sahəsi 149 kvadratmetrdir. Həmin fərdi yaşayış evində təkcə o və oğlu X14 qeydiyyatdadırlar. Cavabdeh İddiaçı oğlu - X2 həyat yoldaşıdır və xx.xx.2021-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 2(053)-33/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 dünyaya gəlmişdir. Cavabdeh və uşaqları özbaşına olaraq onun mülkiyyətində olan fərdi yaşayış evini zəbt etmişdir və hal-hazırda təmir işləri aparmaqla yaşayır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evdən çıxmaq istəmir. Cavabdehin yaşamağa evi var və başqa ünvanda qeydiyyatdadır. Bilərəkdən onun xüsusi mülkiyyət hüququnu pozurlar. Cavabdeh İddiaçı, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 yaşadığı fərdi yaşayış evi onun xüsusi mülkiyyətimdə olduğu üçün İddiaçı, xx.xx.2008- ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 mülkiyyətimdə olan evdən çıxarılmalıdır. Odur ki, cavabdeh İddiaçı və uşaqları xx.xx.2008ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 onun xüsusi mülkiyyətində olan ünvan 3-da yerləşən fərdi yaşayış evindən çıxarılması və ona məxsus olan cehizəmlakının çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2007-ci ildə cavabdehin oğlu Natiqlə ailə quraraq mübahisəli evə gəlin köçmüşdür. Uzun müddətdir ki, həmin evdə yaşayır. Həmin evə pasport qeydiyyatına düşmək istəsə də Natiq bildirmişdir ki, ev nənəsinin adınadır. Uşağı doğulduqdan sonra qeydiyyatı olmadığı üçün uşağına iki il X13 ala bilməmişdir. Səhhəti ilə əlaqədar müalicə olunur. Başqa yaşayış yeri yoxdur. Evin təmir olunması üçün küllü miqdarda pul xərcləmişdir. Onun evdə gözü yoxdur. Uşaqlarının 18 yaşına çatana kimi evdə yaşamaq fikiri var. Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddiasını müdafiə edərək göstərmişdir ki, cavabdeh İddiaçı və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 onun xüsusi mülkiyyətində olan ünvan 3-da yerləşən fərdi yaşayış evindən cehiz-əmlakları ilə birlikdə çıxarılmalıdır. Onun mülkiyyətində olan ev iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə o oğlu Natiqlə birlikdə yaşayır. İkinci mərtəbədə isə Kifayət uşaqları ilə birlikdə yaşayır. Kifayət evin ikinci mərtəbəsinə çıxan pləkəni beton tökərək bağlamışdır. Kifayət otaqları təmir etdirərkən onun razılığı olmamışdır. Kifayət oğlu ilə ailəli olduqları dövrdə Abşeron rayonu, Xırdalan şəhərində mənzil almışlar və orada bir müddət yaşamışlar. Mənzil cavabdehin bacısının adına rəsmiləşdirilmişdir. İddiaçının elektron kabinet vasitəsi ilə 26 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi vəsatətində göstərdikləri əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, - mülkiyyətçinin adına olan mübahisəli fərdi yaşayış evinin yəni ünvan 3 ünvanı ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli reyestrdən çıxarış olan yanlışlıq və ya səhvin düzəlməsi ilə bağlı ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X4 adına verilmiş xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın ləğv edilməsi və ya dəyişdirilməsi tələbinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsini rəhbər tutaraq icraatınızda olan hazırki 2(057)-106/2024 saylı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçıya təklif olundu ki, vəsatətində göstərdiyi iddia ərizəsinin Şirvan İnzibati Məhkəməsinin icraatına qəbul edilməsi barədə sübutu məhkəməyə təqdim etsin, o, hazırda hər hansı bir sübut məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, iddiaçının mülkiyyətində iki torpaq sahəsi vardır. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin **********31-10301 reyestr kodlu çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 149 kvadratmetr olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, X15 25 yanvar 2016-cı il tarixdən Salyan şəhəri, H.Əliyev küçəsi, ev 169 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)- 778/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X11 və İddiaçı məxsus cehiz-əmlakları ilə birlikdə iddiaçı X5 məxsus Salyan şəhəri, H.Əliyev küçəsi, ev 169 ünvanına yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1314/2024 saylı qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-778/2023 saylı qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il 1016 nömrəli arayışın ksero surətindən görünür ki, İddiaçı Salyan şəhər, H.Əliyev küçəsi, ev 169 ünvanında yaşayır, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı X14 (cavabdehin oğlu) ilə xx.xx.2007-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə birgə yaşamağa başlamışlar. Həmin vaxt evin mülkiyyətçisi cavabdehin qaynanası X16 olmuş, sonuncu vəfat etdikdən sonra vərəsəlik qaydasında xx.xx.2022-ci il tarixdə X3 mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarixdə həmin fərdi yaşayış evi Cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildə yaşasa da Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatdadır. Tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yaranmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş qayınanasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, İddiaçı bu istəyi keçmiş ərinin deyil, əvvəlki mülkiyyətçi eləcə də hazırki mülkiyyətçi keçmiş qaynanasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından, İddiaçı qaynanasının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçının nə hər hansı bir müqaviləyə, nə də qanuna görə keçmiş qaynanasının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Müraciətə görə isə Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunan bu müddəanın, yəni “mülkiyyətçinin razılığı”nın təcrübədə müxtəlif təfsirinə, o cümlədən mülkiyyətçi tərəfindən digər şəxslərin köçürülməsinə etirazın edilməməsinin faktiki razılıq kimi qəbul edilməsinə rast gəlinir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı cavabdehin oğlu ilə nikahda olduğu dövrdə ərinin nənəsinin mülkiyyətindəki mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə gəlinqaynana arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış və halhazırda iddiaçının cavabdehin oğlu ilə ailə münasibələrinə də xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Yuxarıda qeyd olunanlar iddiaçının cavabdehin mənzilindən istifadə hüququnun olmadığını təsdiq edir. İddiaçının cavabdehin mülkiyyətində olan mənzildə yaşaması, onun həmin mənzildən istifadə hüququnun yaranmasına əsas vermir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə X7” tələbi barədə ilkin iddia tələbi təmin edilməməli, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3-da yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz əmlakları ilə birlikdə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Eyni zamanda cavabdeh İddiaçı izah olunur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi xərclərlə bağlı məhkəməyə müraciət edə bilər. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə X7” tələbi barədə ilkin iddia tələbi təmin edilməsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X18 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz əmlakları ilə birlikdə çıxarılsın. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar