Məhkəmə qərarları › İş №2(057)-1070/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1070/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1070/2024 24.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə alimentin məbləğinin artırılması barədə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(057)-1103/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 10 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı ilə 2018-ci ildə evlənmiş və birgə nikahlarından 10 avqust 2019-cu il təvəllüdlü X6 adlı uşağı olmuşdur.15 oktyabr 2021-ci il tarixli, 2(057)-1103/2021 saylı məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahdan doğulmuş Nuray adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən 125 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. X1 ilə evlənmiş və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Nihad adlı uşağı olmuş, məhkəmə qətnaməsi ilə 2016-cı il tarixdə aralarında bağlanmış nikah pozulmuş və Nihad adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən 110 manat sabit pul məbləğində aliment tutularaq X11 verilməsi qət edilmişdir. Heç yerdə işləmir, qazancı yoxdur. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 avqust 2019-cu il təvəllüdlü X6 doğulmuşdur. 15 oktyabr 2021-ci il tarixli, 2(057)-1103/2021 saylı icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 10 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 125 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 03 fevral 2017-ci il tarixli, 2(057)-189/2017 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı tələbin təmin olunması üçün hər iki tərəfin maddi və ailə vəziyyətinin dəyişməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş,cavabdeh də iddianı etiraf etməmişdir. 15 oktyabr 2021-ci il tarixli, 2(057)-1103/2021 qətnaməsindən çox da böyük müddət keçməmiş və həmin müddət ərzində tərəflərin ailə vəziyyətində heç bir dəyişiklik olmamışdır. Cavabdeh hazırda işləmir, onun qazancı və gəliri barədə iddiaçı tərəf məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqdan sonra alimentin artırılması və ya azaldılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(057)-1103/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 10 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar