Məhkəmə qərarları › İş №2(057)-1072/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1072/2024

01.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1072/2024 01.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh ona məxsus bir ədəd Rusiya istehsalı, 583 əyarlı 12 qramlıq brilyant qaşlı üzük olan 2000 manat dəyərində qızıl-əşyanın alınması, İT-İ №2296422 saylı Cavabdeh özünə məxsus əmək kitabçasının qaytarılması və ona vurulan mənəvi zərər 5000 manat dəymiş ziyanın və 90 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdeh 2013-cü ildə əmək kitabçasını gətirmiş, ondan pul istəmişdir. Onun isə pulu olmadığı üçün, özünə məxsus bir ədəd qızıl üzüyünü vermişdir. Həmin üzüyü verən zaman qızı da, onun yanında olmuşdur. Cavabdeh qızılı aparıb qonşuluqda olan Fəridə adlı qadına verib pul götürəcəyini demişdir. Həmçinin cavabdeh qızılı tez bir zamanda qaytaracağını bildirmişdir. Həmin qızılın bir qramının qiyməti 80 manat olmaqla, 12 qram üzüyün dəyəri 960 manat olmuşdur. İllərdir ki, onun ailəsi üçün dəyərli olan həmin qızılın ona qaytarılmaması səbəbindən ona mənəvi ziyan dəymişdir. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir,iddiaçı eyni məzmunlu iddia ilə ona və Fəridəyə qarşı 2017-ci ildə iddia qaldırmış və iddiası rədd olunmuşdur.Həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsindlə də qüvvədə saxlanılmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, eyni predmetlə bağlı Şirvan Apellyasiya Məhkəməsinin iddianın rədd olunması barədə qətnaməsi olduğu üçün iddianın rədd olunması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Məhkəmədə elan olunmuş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-866/2018-ci il tarixli xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, eyni tərəflərin eyni predmet (qızıl üzük tələbi) üzrə Salyan Rayon Məhkəməsinin icraatında mülki iş olmuş, həmin iş üzrə xx.xx.2017-ci il tarixində iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi olmuşdur. Bu qətnamədən narazı qalan və razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə müraciət etmişdir və şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-866/2018-ci il tarixli xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilmiş və apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının tələb etdiyi qızıl əşyası üzrə artıq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcud olduğundan həmin halın təkrar mübahisələndirilməsinə qanunvericilik imkan vermir. İddiaçı əvvəlki qətnamədə qoyduğu tələblə yanaşı hazırkı tələbdə əlavə olaraq mənəvi ziyan tələb etdiyindən məhkəmə iş üzrə araşdırma aparmaqla iddianın rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsində qeyd olunmuşdur ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ona məxsus bir ədəd Rusiya istehsalı, 583 əyarlı 12 qramlıq brilyant qaşlı üzük olan 2000 manat dəyərində qızıl-əşyanın cavabdehdən alınmasını, İT-İ №2296422 saylı Cavabdeh özünə məxsus əmək kitabçasının qaytarılması və ona vurulan mənəvi zərər 5000 manat dəymiş ziyanın və 90 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar