Məhkəmə qərarları › İş №2(057)-108/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-108/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-108/2023 11.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Bayramqulu oğlu, Cavabdeh iştirakı ilə ziyan tələbbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bayramqulu oğlu rayon məhkəməsinə verdiyi iddia ərizəsində dəymiş 1281 manat məbləğində maddi ziyanın və 33 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bayramqulu oğlu bildirmişdir ki, onun 1.80 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsinin 1 hektardan çoxuna yonca əkdiyini və Cavabdeh ötən ilin iyun ayında öz sahəsini suvararkən suyu onun torpaq sahəsi ilə olan sərhəddən keçirdiyi üçün sahəsini su basmışdır. Nəticədə ona 1281 manat ziyan dəymişdir. Cavabdeh bunu 3 dəfə təkrar etmiş və dəfəllərlə ona bu əməlindən əl çəkməsini bildirsə də sonuncu buna əməl etməmişdir. Torpaq sahəsinin 0.6 hektar hissəsini su basdığından əkilən yonca bitkisi çürüyərək məhv olmuşdur.Cavabdeh xəndək qazarkən torpağı öz sahəsinə olan tərəfə tökmüş, onun torpaq sahəsinə olan tərəf alçaq qalmışdır.Ona görə də su keçib sahəni basmışdır.Cavabdeh yolunu bağladığı üçün öz növbəsində su kanalı doldurmuş və buna görə cavabdeh yeni kanal qazaraq həmin kanaldan su apararkən onun sahəsinə ziyan dəymişdir.Birinci yonca biçinindən 400 ədəd yonca kipi əldə etmişdir.Yonca 5 illik bitkidir, həmin bitki məhv olduğundan yenidən əkmək məcburiyytində qalmışdır.Odur ki, verilmiş iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh bildirmişdir ki, onun 1.25 hektar torpaq sahəsi var. İddiaçı Bayramqulu oğlunun sahəsi onun sahəsi ilə həmsərhəddir. Yayda öz sahəsini suvararkən iddiaçının sahəsi çökək olduğu üçün su iddiaçının sahəsinə sızmışdır. 2021-ci ilin iyul ayında Ziyafətdən 1.25 hektar torpaq sahəsi almış və həmin sahəni 2021 ci ilin sentyabr ayında sulamışdır. Yerin içi ilə kanal keçdiyini, oradan suladığını, heç bir ziyanlıq törətmədiyini və 2022-ci ilin yayında yoncanı sulayarkən İddiaçı Bayramqulu oğlunun kanalı dolduraraq ona su vermədiyini , kollektorun kənarı ilə gələn kanaldan 50 metr kanal çəkərək doldurduğu yerə qoşduğunu bildirmişdir. Öz sahəsini suladığı vaxt iddiaçının sahəsi çökək olduğu üçün su basmışdır.İddiaçı bələdiyyə sədrinə şikayət etmiş və sonuncu gəlib baxdıqdan sonra sulamanı dayandırmışdır.Ona qarşı verilmiş iddia əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Salyan X8 və X1 RTM-nın şöbə müdiri Şükur İsmayılovun vermiş oldğu 21 iyul 2022-ci il tarixli, № 58 saylı mütəxəssis rəyindən görünür ki, qonşu sahədə yerləşən Cavabdeh özünə məxsus sahəni suvaran zaman su sızması nəticəsində 1,80 ha sahəni 0,60 ha hissəsində yonca tamailə yanaraq məhv olmuşdur. Torpağın münbit olduğunu nəzərə alaraq həmçinin 0,60 ha torpağın şumlanaraq yenidən yonca əkilməsi xərclərini göstərərək dəymiş ziyan hesablanmışdır. Hadisə birinci biçindən sonra baş vermişdir.2-ci biçin 120 ədəd, 3-cü biçin 80 ədəd, 4-cü biçin 80 ədəd ot kipi əldə etmək olardı.Hazırki bazar qiyməti ilə bir ədəd ot kipinin 4 manat dəyərində olduğunu nəzərə alsaq dəymiş ziyan 280 ədəd x 4 manat=1120 manat olar.Bundan başqa 0,60 ha sahənin yenidən əkilməsi xərcləri: şum 0,60ha x 50 manat=30 manat, mala iki dəfə 1,20 ha x 30 manat=36 manat, toxum xərci 15 kq x 5 =75 manat, əkin 0,60 ha x30 manat=18 manat, cəmi 161 manat təşkil edir. İddiaçı Bayramqulu oğluna ümumilikdə 1120 manat +161 manat = 1281 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X4 X5 mərkəzinin şöbə müdüri Şükür İsmayılovun vəkil X2 yazmış olduğu 29 avqust 2022-ci il tarixli №85 saylı məktubundan görünür ki, 26 avqust 2022-ci ildə Yenikənd kəndində yerləşən İddiaçı Bayramqulu oğluna məxsus sahəyə Salayan DAİM-nın hüquqşünası X3 ilə birlikdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildiy ki, bir sahəyə ilk dəfə baxış keçirdikdən sonra həqiqətən sahənin çox hissəsində yoncanın göyərdiyini və həmin hissədə heç bir ziyan dəymədyini müəyyən edilmişdir.Yalnız 1,5 sot sahədə yonca kökləri çürümüş və oradan məhsul götürmək mümkün deyildir.Göstərilən sahənin yaxınlığından keçən baş kanaldan sızan su nəticəsində həmin hissədə yonca məhv olmuşdur.Mütəxəssis kimi həmin 1,5 sot sahəyə torpaq daşınmasını, yaxud baş kanalın qazılmasını məsləhət görür. Məhkəmə baxışı zamanı hər iki tərəfin təqdim etdiyi fotoşəkillərə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən başqa bir hal müəyyən olunmamışdır. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymiş və həmin ziyanın qarşı tərəfdən tutulması üçün iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçının ziyan vurulmuş sahədə yenidən yonca əkilməsi üçün əlavə xərc tələb etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin olunmamalıdır.Cavabdeh vurulmuş ziyana görə cavabdehlik daşıyır.İddiaçı gələcəkdə həmin sahədə hər hansı bitkinin əkilməsi ilə bağlı çəkdiyi xərclərin cavabdehin üzərinə qoyulması doğru deyildir.Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır. Cavabdeh tərəfdən təqdim olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X4 X5 mərkəzinin şöbə müdüri Şükür İsmayılovun vəkil X2 yazmış olduğu 29 avqust 2022-ci il tarixli №85 saylı məktubu ilə bağlı məhkəmə qeyd edir ki, həmin məktubu imzalamış Şükür İsmayılov bundan əvvəl iddiaçı tərəfə mütəxəssis rəyi vermiş və həmin rəydə iddiaçıya 1281 manat ziyanın dəydiyini qeyd etmişdir.Onun sonradan verdiyi məktub əvvəlki rəylə təkzib olunduğundan məhkəmə həmin məktubu sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1120 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 28,85 manat alınıb İddiaçı Bayramqulu oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar