Məhkəmə qərarları › İş №2(057)-1089/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1089/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1089/2023 02.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclasının katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********08445 Samsung Galaxy A52 markalı telefon, Samsung qol saatı, İmei kod **********97211 X1 20 markalı telefon, LG soyuducu almış və nəticədə 10369 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1171,6 manat (18 ay x 62,7 manat + 43 manat ilkin ödəniş) İmei kod **********08445 Samsung Galaxy A52 markalı telefon, Samsung qol saatı üçün ümumilikdə, 1216,6 manat olmaqla, ondan 937,6 manat ödənilməmiş hissə 279 manat dəbbə borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3096,8 manat (26 ay x 115,3 manat + 99 manat ilkin ödəniş) İmei kod **********97211 X1 20 markalı telefon üçün ümumilikdə 2094,8 manat olmaqla, ondan 1611,8 manat ödənilməmiş hissə 483 manat dəbbə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5501,1 manat (18 ay x 301,8 manat + 68,7 manat ilkin ödəniş) LG soyuducu üçün ümumilikdə 7057,6 manat olmaqla, ondan 5432,4 manat ödənilməmiş hissə 1625,2 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1787,7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********08445 Samsung Galaxy A52 markalı telefon, Samsung qol saatı üçün 937,6 manat ödənilməmiş hissə, 279 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********97211 X1 20 markalı telefon üçün 1611,8 manat ödənilməmiş hissə, 483 manat dəbbə pulu,xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən LG soyuducu üçün 5432,4 manat ödənilməmiş hissə, 1625,2 manat dəbbə pulu olmaqla, ümumilikdə 10369 manat məbləğində borcun və 121,11 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə teleqram ünvanlayaraq, iddianı müdafiə etdiklərini qeyd edərək, işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı cavabdehə İmei kod **********08445 Samsung Galaxy A52 markalı telefon, Samsung qol saatı satmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı cavabdehə İmei kod **********97211 X1 20 markalı telefon satmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı cavabdehə LG soyuducu satmışdır. İş materiallarında olan 03 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin əsas borc üzrə 7981,8 manat ödənilməmiş hissə, 2387,2 manat dəbbə pulu ümumilikdə 10369 manat borcu olmuşdur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmiş, lakin o, heç bir addım atmamışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 121,11 manat dövlət rüsümu ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan nisyə mal almış, aldığı malın dəyərinin bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1 maddəsinə müvafiq olaraq «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli və i.a., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır» Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, «öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 445.2 maddəsinə əsasən «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır». Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə məbləğinin miqdarı yaranmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 937,6 manata mütənasib olmadığından 279 manat məbləğində cərimə pulunun 10 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 1611,8 manata mütənasib olmadığından 483 manat məbləğində cərimə pulunun 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 5432,4 manata mütənasib olmadığından 1625,2 manat məbləğində cərimə pulunun 50 manat məbləğinə azaldılması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kod **********08445 Samsung Galaxy A52 markalı telefon, Samsung qol saatı üçün 937,6 manat əsas borc, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kod **********97211 X1 20 markalı telefon üçün 1611,8 manat əsas borc, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə üzrə LG soyuducu üçün 5432,4 manat əsas borc, 50 manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütansib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 100,60 manat tutulub iddiaçı "xxxx" MMC-nin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik eedən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar