Məhkəmə qərarları › İş №2(057)-109/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-109/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-109/2024 15.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Nümayəndə və onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Nümayəndə və Cavabdeh2 qarşı “maddi ziyan və pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Nümayəndə və Cavabdeh2 qarşı “maddi ziyan və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nümayəndə və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat pul və 60 (altmış) manat dövlət rüsumunun İddiaçı1, 6000 (altı min) manat pul və 80 manat dövlət rüsumunun İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, cavabdehlər Nümayəndə və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat pul və 60 (altmış) manat dövlət rüsumunun İddiaçı1, 6000 (altı min) manat pul və 80 manat dövlət rüsumunun isə İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı onunla əsaslandırmışdır ki, JN230, KOD 80913028 saylı dövlət aktına əsasən Muxtarovlar ailəsinə verilmiş Salyan rayonu Boranıkənd kəndində yerləşən 6 nəfərin ümumi birgə mülkiyyətində olan 3.75 ha torpaq sahəsinin 4 nəfərə aid olan 2.50 ha hissəsinin 1 ha hissəsini o, İddiaçı1 xx.xx.2011-ci il tarixində X15, X1, X7 və Kazımova (Muxtarova) Şirvan İlham qızı etibarnaməyə imza etdikdən sonra 4000 manat qarşılığında pulu verərək torpağı almışdılar. İddiaçı2 isə Salyan rayonu, Boranıkənd kəndində yerləşən 6 nəfərin ümumi birgə mülkiyyətində olan 3.75 ha torpaq sahəsinin 4 nəfərə aid olan 2.50 ha hissəsinin 1.50 ha hissəsini xx.xx.2011ci il tarixində 6000 manat qiymətləndirilməklə 3000 manatı X15, X1, X18 al qızı və Kazımova (Muxtarova) Şirvan İlham qızına nağd şəkildə verilərək və qalan 3000 manat pulu isə atası X12 məxsus olan VAZ 2106 markalı avtomobili Salyan rayon 2 saylı Notariat ofisində X9 etibanamə verməklə qarşılıqlı razılıqları əsasında onlardan almışdır. Həmin maşın X15 vəfat etdikdən sonra satılmışdır. Hal-hazırda Nümayəndə həmin torpaq sahəsini aldıqdan sonra bilərəkdən və eyni zamanda X15, X1, X3 vəfat etməsindən istifadə edərək torpağı mənimsəməyə çalışmışdır. X15, X1, X7 və Kazımova (Muxtarova) Şirvan İlham qızı tərəfindən 75 illik 2 etibarnamə verilmişdir ki, torpağı adlarına sənədləşdirsinlər. Bütün alqı-satqı üçün hüquqlar etibarnamə ilə onlara verilmişdir. Bu barədə notariusa müraciət etdikdən sonra torpaq sahəsinin alqı-satqı edilməsi və vərəsəliyin açılmasını istədiklərini qeyd etmişdilər. Tərəflərindən torpağın qiyməti 10000 manata razılaşıb, 4000 manat İddiaçı1, 6000 manat İddiaçı2 satıldığı üçün rəsmiləşdirilmişdir. Notarius tərəfindən onlara imtina məktubu verilmişdir. Həmin Qərarla da sübuta yetirilir ki, 10000 manat tərəflərindən X15, X1, X7 və Kazımova (Muxtarova) Şirvan İlham qızına verilmişdir. Eyni zamanda, bu barədə şahidləri də vardır. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Nümayəndə iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, etibarnamə verən şəxslərdən X15, X1, X7 vəfat etmiş, sağ qalan Kazımova (Muxtarova) Şirvan İlham qızı isə etibarnamə əsasında bütün məhkəmə instansiyalarında nümayəndə qismində ona aid olan mülki işlərin aparılması ilə əlaqədar bütün hərəkətlərin edilməsini ona həvalə etmişdir. O, bildirmişdir ki, torpağın, vaxtilə, əvəzli və ya əvəzsiz qaydada etibarnamə əsasında verilməsindən məlumatı yoxdur. Ona və bacısı Cavabdeh2 pul verilməmişdir, ümumiyyətlə, iddiaçıları tanımır. Bütün bunları nəzərə alaraq bildirmişdir ki, iddiaçıların ona qarşı qaldırdığı iddia əsassız olduğundan rədd edilməlidir. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı qaldırdığı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə islasında cavabdeh Nümayəndə və onun vəkili Vəkil3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ona qarşı irəli sürülmüş iddia əsassızdır və rədd edilməlidir. Odur ki, həmin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; KOD 80913028, JN-230 saylı, 11 iyul 2001-ci tarixli torpağın mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 2000-ci il tarixli 05 saylı qərarı ilə verilmiş dövlət aktı iki nüxsədən ibarət tərtib edilmiş və onun bir hissəsi X9 verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 230 nömrə ilə qeydiyyata alınmışdır. 14 iyul 2011-ci il tarixli etibarnamədən görünür ki, X15, X2, X7 və Cavabdeh2 İddiaçı1 Salyan rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-230 (kod ********) saylı Dövlət Aktına əsasən onların ailəsinə verilmiş Salyan rayonu Boranıkənd kəndində yerləşən 3,75 ha torpaq sahəsindən onlara məxsus olan 2,50 ha torpaq paylarının 1.00 ha-dan ibarət olan hissəsinə dair 1 saylı formada arayış və çıxarış aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adlarından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdirlər. Etibarnamə 75 il müddətinə verilib və 14 iyul 2086-cı ilədək qüvvədədir. 14 iyul 2011-ci il tarixli etibarnamədən görünür ki, X15, X2, X7 və Cavabdeh2 İddiaçı2 Salyan rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-230 (kod ********) saylı Dövlət Aktına əsasən onların ailəsinə verilmiş Salyan rayonu Boranıkənd kəndində yerləşən 3,75 ha torpaq sahəsindən onlara məxsus olan 2,50 ha torpaq paylarının 1.50 ha-dan ibarət olan hissəsinə dair 1 saylı formada arayış və çıxarış aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adlarından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdirlər. Etibarnamə 75 il müddətinə verilib və 14 iyul 2086-cı ilədək qüvvədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin daşınmaz əmlakın Dövlət reyestrindən 22 iyun 2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu Boranıkənd kəndində yerləşən 3.7538 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında X4, X15, X2, Nümayəndə, X7 və Cavabdeh2 məxsusdur. Salyan rayonu Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 15 noyabr 2019-cu il tarixli, 1068 saylı arayışından görünür ki, Nümayəndə Salyan rayonu Şorsulu kəndində yaşayır. Onun atası X15 xx.xx.2011-ci ildə; anası X1 xx.xx.2015-ci ildə, bacısı X4 xx.xx.2008-ci ildə və bacısı X7 xx.xx.2018-ci ildə vəfat etmişlər. X8 vərəsələrinin Nümayəndə və Cavabdeh2 olduğu qeyd edilmişdir. Salyan rayonu 2 saylı Xüsusi Notariat ofisinin 24 avqust 2022-ci il tarixli 657-g saylı qərarı ilə vərəsəlik açılması və alqı-satqı hərəkətlərinin aparılması mümkün olmadığına, tərəfi məhkəmə araşdırması tələb etdiyinə, tərəflər arasında mübahisə mövcud olduğuna, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyünə və tələb olunan zəruri sənədlə tam təqdim olunmadığına görə həmin notariat hərəkətlərinin aparılması qanuna zidd olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. X17 və İddiaçı1 tövsiyə edilmişdir ki, Nümayəndə ilə Salyan rayonu Şorsulu kəndində yerləşən, cəmi 2,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqədar yaranmış mübahisələrinin həll olunması üçün Salyan Rayon Məhkəməsinə müraciət edilsin. Salyan rayonu Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, İddiaçı1, həqiqtən də, Salyan rayonunun Boranıkənd kəndində yaşayır. 14 iyul 2011-ci il tarxidə Boranıkənd kəjnd sakinləri X15, X2, X7 və Cavabdeh2 onlara məxsus olan 3,75 ha torpaq sahəsinin onlara məxsus olan 2,50 ha torpaq sahəsinin 1,0 ha-dan ibarət hissəsini 75 il müddətində istifadə etmənin bütün hüquqlarını İddiaçı1 etibar ediblər. İddiaçı1 etibarnamə təsdiq olunan vaxtdan 2023-cü il tarixə kimi etibar edilən torpaqda müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərmişdir. Beləliklə, məhkəmə islasında müəyyən olundu ki, Salyan rayonu Boranıkənd kəndində yerləşən 3.7538 hektar həyətyanı torpaq sahəsi iddiaçının və digər 5 nəfərin adına qeydiyyata alınmaqla JN-230 KOD 80913028 saylı 11 iyul 2001-ci il tarixli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bundan başqa, Seriya RX ********** saylı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Salyan rayonu Boranıkənd kəndində yerləşən 3.7538 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında X4, X15, X2, Nümayəndə, X7 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. 14 iyul 2011-ci il tarixli etibarnamələr ilə X15, X2, X7 və Cavabdeh2 Salyan rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-230 (kod ********) saylı Dövlət Aktına əsasən onların ailəsinə verilmiş Salyan rayonu Boranıkənd kəndində yerləşən 3,75 ha torpaq sahəsindən onlara məxsus olan 2,50 ha torpaq paylarının 1.00 ha-dan ibarət olan hissəsinə dair İddiaçı1, 1,50 ha-dan ibarət olan hissəsinə dair isə İddiaçı2 1 saylı formada arayış və çıxarış aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adlarından ərizə verməyi və digər hərəkətləri etməyi 75 il müddətinə etibar etmişdirlər. Məhkəmə, ilk növbədə, 3,75 ha torpaq sahəsindən X15, X2, X7 və Cavabdeh2 məxsus olan 2,50 ha torpaq paylarının 1.00 ha-dan ibarət olan hissəsinə dair İddiaçı1, 1,50 ha-dan ibarət olan hissəsinə dair isə İddiaçı2 etibarnamə əsasında 75 il müddətinə verilməsi işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, torpaq sahəsinin etibarnamə əsasında 75 il müddətinə verilməsi üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Hazırda tərəflər arasında mövcud olan işin mübahisəli halı pul tələbi ilə bağlıdır. Belə ki, iddiaçılardan İddiaçı1 etibarnaməyə imza etdikdən sonra 4000 manat, İddiaçı2 isə 3000 manat pulu X15, X1, X7 və Kazımova (Muxtarova) Şirvan İlham qızına nağd şəkildə verərək torpağı aldıqlarını və qalan 3000 manat pulu isə İddiaçı2 atası X12 məxsus olan VAZ 2106 markalı avtomobili Salyan rayon 2 saylı Notariat ofisində X9 etibarnamə verməklə qarşılıqlı razılıqları əsasında onlardan aldığını bildirsələr də, bu faktlar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, X15, X1, X7 vəfat etmiş, sağ qalan Kazımova (Muxtarova) Şirvan İlham qızı isə etibarnamə əsasında bütün məhkəmə instansiyalarında nümayəndə qismində ona aid olan mülki işlərin aparılması ilə əlaqədar bütün hərəkətlərin edilməsini Nümayəndə həvalə etmişdir. Nümayəndə isə məhkəmədə iddianı etiraf etmədiyini, Kazımova (Muxtarova) Şirvan İlham qızının qeyd olunan 2,5 ha torpaq sahəsi qarşılığında pul almadığını bildirmişdir. İddiaçılar nağd pul məbləğinin verilməsinə münasibətdə sübut qismində cavabdeh Nümayəndə Salyan Rayon Polis Şöbəsində verdiyi izahatlarına istinad etsələr də, həmin izahatlarda torpağın konkret olaraq əvəzli qaydada satılıb və ya bağışlandığı sual altında qalmışdır. İddiaçıların 3000 manat pulun qarşılığında nəqliyyat vasitəsinin X9 etibarnamə verilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin sənədlərdən sadəcə VAZ 2106 markalı avtomobilin etibarnamə ilə verildiyi görünür. Həmin avtomobilin hansı şərtlər daxilində və ya nəyin müqabilində etibarnamə ilə verilməsi isə X15 öldüyündən sübuta yetirilə bilmir. Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia tələbinin əsası kimi istinad olunmuş hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, həmin hallar sübuta yetirilə bilməmişdir. Məhkəmə verilən pul vəsaitinin qaytarılması halının iddiaçılar tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Belə ki, iddiaçıların iddia etdiyi 10000 (on min) manat pul vəsaitinin cavadehə verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, tələb etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, bununla da, iddia əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaysan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Nümayəndə və Cavabdeh2 qarşı “maddi ziyan və pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar