Məhkəmə qərarları › İş №2(057)-1104/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1104/2023

26.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1104/2023 26.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X14 Yaqub oğlunun sədrliyi X9 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 onun xeyrinə 99000 manat məbləğində pulun və 387 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehi 5 ildirki tanıyır, onunla münasibəti həmişə yaxşı olmuş, hal-hazırda da münasibətləri yaxşıdır. Onun özünə məxsus mağazası var və həmin mağazada qızıl məmulatlarının satışı ilə məşğul olur. Əvvəllər ondan müxtəlif adda qızıl məmulatları götürərək pulunu ödəmişdir. Fəridə 15 dekabr 2022-ci il tarixdə 7 adda 69.62 qram çəkidə 7760 manat dəyərində, 06 yanvar 2023-cü il tarixdə 4 adda 89.28 qram çəkidə 9828 manat dəyərində, 14 yanvar 2023-cü il tarixdə 5 adda 100.1 qram çəkidə 10527 manat dəyərində, 17 yanvar 2023-cü il tarixdə 15 adda 101.8 qram çəkidə 11614 manat dəyərində, 23 yanvar 2023-cü il tarixdə 13 adda 100.11 qram çəkidə 11240 manat dəyərində, 26 yanvar 2023-cü il tarixdə 11 adda 100.5 qram çəkidə 11087 manat dəyərində, 30 yanvar 2023-cü il tarixdə 2 adda 40.31 qram çəkidə 4031 manat dəyərində, 01 fevral 2023-cü il tarixdə 9 adda 94.32 qram çəkidə 11970 manat dəyərində, 14 fevral 2023-cü il tarixdə 11 adda 102,48 qram çəkidə 12236 qram dəyərində, 17 fevral 2023-cü il tarixdə 4 adda 67.98 qram çəkidə 8768 manat dəyərində müxtəlif növ qızıl məmulatları satmaq üçün götürmüşdür. Dəfələrlə pulu istəməyinə baxmayaraq ona pulu qaytarmaq üçün imkanı olmadığını, imkanı olduqca pulu ödəyəcəyini bildirmişdir. 20 may 2023-cü il tarixdə Fəridəni işlətdiyi mağazaya dəvət etmiş, ondan qızılların pulunu qaytarmasını tələb etmiş, Fəridə isə imkanı olmadığını ona bildirmişdir. O da Fəridədən borcunun etirafı barədə öz xətti ilə qəbz yazaraq ona verməsini tələb etmişdir. Fəridə də mağazada kameralar qarşısında öz xətti ilə borcun etirafı barədə qəbz yazaraq imzalamışdır. Fəridənin borcun etirafı barədə qəbzi özü öz xətti ilə yazması barədə video görüntüləri məhkəməyə təqdim edə bilər. O, vergi ödəyicisi olmaqla, əldə etdiyi gəlirlərdən qanunda nəzərdə tutulmuş qaydada vergi ödəyir, DSMF-na ödənişlər edir. Fəridənin təqsiri üzündən o, bu ödənişlərini də edə bilməmişdir. O, 99 min manatlıq qızıl məmulatlarından qazanc əldə etməmiş, əksinə 99 min manat ziyan etmişdir. Fəridə ona olan borcunu ödəmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı ona qarşı qaldırdığı 99000 manat tələbinə dair iddiasına etiraz edir. Belə ki, Şahmar may ayında onu qızıl dükanına çağırmış, onun etibarından sui-istifadə edərək ona 99000 manat borcu olduğunu məcburi yazdırmışdır. Halbuki, Şahmar özü gözəl bilir ki, qızılların ona heç bir aidiyyatı yoxdur. Onun tələb etdiyi bütün qızıl və pulları Aygün Fərzəliyevadadır. O, da bunu inkar etmir, o, sadəcə bir neçə dəfə qızıl alıb Aygünə vermişdir. Bunu Şahmar özü çox gözəl bilir, çünki o və Aygün Şahmarın dükanında olmuşlar və Aygün etiraf etmişdir ki, 99000 manat dəyərində olan qızıl və pullar ona aiddir. Həmçinin Aygünün notarial qaydada borcun ödənilməsi barədə rəsmi sənədi də əllərindədir, həmin sənəddə bildirmişdir ki, borcunu hər ay 500 manat əmək haqqı və əlavə 500 manat digər pulu cəmi 1000 manat ödəyəcəkdir. Onun bu iddiaya heç bir aidiyyatı yoxdur. Şahmar onun saflığından istifadə edərək yuxarıda qeyd etdiyi yazını ona yazdırıb, yazdıranda isə ona qızılın ona aidiyyatı olmadığını bildiyini, sadəcə olaraq digər qızıl aldığı yerlərə ona inanmaları üçün göstərmək məqsədilə yazdırdığını bildirmişdir. Şahmar onun qanunu bilməməsindən, savadsızlığından istifadə edərək ona bu sözləri yazdırmışdır. Ailəsi çox çətin vəziyyətdə yaşayır, iki azyaşlı övladı var, yoldaşı heç bir yerdə işləmir, evi yoxdur, kirayədə yaşayır, 150 manat kirayə pulu verir, 250 manat kredit verir, kommunal xərclərə 100 manat ödəyir. Bunların qarşılığında 490 manat maaş alır. Onun aldığı əmək haqqı heç özünə çatmır. Onun yaşayış tərzinin nəzərə alınmasını və Şahmarın ona qarşı verdiyi yalançı iddiasını geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İzahatında həmçinin göstərmişdir ki, iddia ərizəsində göstərdiyi qızıl məmulatlarını Cavabdeh vermiş, həmin əşyaların Fəridə tərəfindən Aygün adlı şəxsin xahişi ilə onun üçün almasından xəbəri olmamış, Fəridə ona bu barədə heç nə deməmiş, bundan yalnız Fəridə aldığı qızılların dəyərini ona ödəmədikdən sonra xəbəri olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddanı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən müxtəlif adda, çəkidə və qiymətdə olan qızıl-zinət əşyalarını İddiaçı müxtəlif vaxtlarda Salyan şəhərində Aygünün xahişi ilə almışdır. Həmin əşyaları qızıl alveri ilə məşqul olan X2 vermiş, əvəzində hər dəfə Aygün ona vasitəçilik etdiyinə görə 40-50 manat pul vermişdir. Qızılları Şahmardan alarkən özü üçün aldığını, satıb pulunu qaytaracağını ona demiş, hər dəfə alarkən Aygün ona qızıllara görə ilkin ödəniş etmək üçün pul vermişdir. Belə ki, Aygün Fərzəliyeva ondan xahiş etmişdir ki, Şahmar ona nisyə qızıl vermir, həmçinin ərindən alver etdiyini gizlətdiyi üçün onun üçün İddiaçı qızıllar alıb ona versin. O, ümumilikdə 99000 (doxsan doqquz min) manat dəyərində qızıl zinət əşyalarının Şahmardan götürüb Aygünə vermişdir. Aygün hazırda həmin pulları ona vermir, ondan qaçır.Həmin pulları Aygündən alıb Şahmara verəcəkdir. O, Aygün adlı şəxsə qarşı məhkəmədə hər hansı iddia qaldırmamış, buna səbəb isə onun bununla bağlı rüsumlar ödəmək və xərclər çəkmək üçün maddi imkanının olmamasıdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh adı ilə imzalanmış tarixsiz qəbzdən görünür ki, İddiaçı 99000 manat borcu vardır. Həmin pulu imkan olduqca hissə-hissə ödəyəcək. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli Fəridə yazısı qeyd olunmuş əlyazmalardan görünür ki, həmin tarixlərdə müxtəlif ölçülərdə, müxtəlif qiymətlər və adda qızıl əşyaları verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, İddiaçı ümumilikdə 99000 manat dəyərində müxtəlif adda qızıl məmulatlarını satmaq məqsədi ilə 2023-cü ilin əvvəlində götürmüşdür. Həmin qızıl məmulatlarını X2 vermişdir. O, həmin qızıl məmulatlarının dəyəri olan 99000 manatı Aygün Fərzəliyevadan ala bilmir. Həmin məbləği alan kimi Şahmara qaytaracaqdır. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixli ərizəsi ilə iddiaya qarşı münasibətini bildirmişdir. Həmin ərizəni təsdiq edir. Başqa sübutu yoxdur. Məhkəməyə təqdim edilmiş Salyan rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 13-104/2-21961/23 saylı məktubundan görünür ki, Salyan RPŞ-də aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatında müxtəlif vaxtlarda Şahmar adlı şəxsin qızıl mağazasından ümumilikdə 99000 manat dəyərində qızıl məmulatlarını götürüb onları Aygün Fərzəliyevaya verdiyini və buna görədə sonuncunun hərdəfə ona zəhmət haqqı kimi 40-50 manat pul verdiyini göstərmişdir. Həmin məktuba əlavə olunmuş X1 19 may 2023-cü il tarixli izahatından görünür ki, Cavabdeh ilə təxminən 2 il olar ki, Sevinc Quliyeva vasitəsi ilə tanış olnmuşdur. Sevincin deməsinə görə Fəridə faizə pul verir və guya hər dəfə Sevincə olan borcunu bağlamaq üçün Fəridədən onun adına faizə pul götürür. Fəridə ona heç vaxt satmaq üçün və ya başqa bir adla qızıl verməmişdir. Ancaq buna baxmayaraq Sevinc Quliyeva və Cavabdeh onu hədələyərək onu qorxuzmuş, onu özlərində aslı vəziyyətə salaraq ondan istifadə edib pul qazanmışlar. Həmin məktuba əlavə edilmiş Salyan rayon Polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis polkovnik-leytenantı X7 tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Cavabdeh, X1 və X4 barələrində cinayət işinin başlanması rədd edilmiş, X6 tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Həmin məktuba əlavə edilmiş Salyan rayon prokurorunun müavini kiçik ədliyyə müşaviri Rəcəb Hacıyev tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə” qərardan görünür ki, Salyan rayon Polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis polkovnik-leytenantı Arzu Hacıyevin HK-1/929 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparması üçün Salyan RPŞ-nin İB-nə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 15 dekabr 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək müxtəlif vaxtlarda İddiaçı ümumi dəyəri 99000 manat olan müxtəlif çəkidə və qiymətdə olan qızıl məmulatları almış, dəyərini hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Bununla da, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi bağlanmaqla cavabdehin iddiaçı qarşısında alınmış malların dəyərinin ödənilməsi öhdəliyi yaranmışdır. İddiaçının qeyd olunan qızıl-zinət əşyalarını cavabdehə satması tərəflərin izahatları ilə, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərlə sübuta yetirilmişdir. Lakin, cavabdeh maliyyə çətinliyi ilə əlaqədar iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh tərəfindən borcun ödənilməsinə nail ola bilməmişdir. Bununla da, Cavabdeh iddiaçıdan götürdüyü qızıl məmulatlarının dəyəri olan 99000 manat məbləğində pul vəsaitini qanunsuz olaraq özündə saxlamış və iddiaçının qanunla qorunan mənafeyini pozmuşdur. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının cavabdeh tərəfindən alqı-satqı əqdindən irəli gələn öhdəliyinin icrasını tələb etmək hüququ (subyektiv hüququ) əmələ gəlmiş, iddiaçının tələbinin hüquqi əsası ilə işin faktiki halları tamamilə uzlaşır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia qanuni və əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Cavabdeh iddiaçıdan qızıl-zinət əşyalarını almasını etiraf etsə də, onun iddiaçı qarşısında öhdəliyinin olmamasını bildirərək iddiaya etirazını bildirmişdir. Öz etirazını isə iddiaçıdan aldığı qızıl-zinət əşyalarını Aygün adlı şəxs üçün alması, həmin əşyaları iddiaçıdan alıb həmin şəxsə verməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin qızıl-zinət əşyalarını iddiaçıdan aldıqdan sonra hər hansı şəxslə qızılzinət əşyalarına dair hər hansı razılaşmadan iddiaçının xəbəri olmamış, belə bir razılaşmada iddiaçı iştirak etməmiş, cavabdehin öhdəliyinin hər hansı şəxsə ötürülməsinə iddiaçı razılığını ifadə etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri əsassızdır, həmin dəlillər onu iddiaçı qarşısında olan öhdəliyindən azad edən əsas sayıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin bu barədə olan etirazının hüquqi əsası yoxdur, işin faktiki halları ilə uzlaşmır, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qızıl zinət əşyaları ilə bağlı cavabdehin hər hansı şəxsə qarşı tələb hüququ varsa bununla bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 99000 (doxsan doqquz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 387 (üç yüz səksən yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 99000 (doxsan doqquz min) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 387 (üç yüz səksən yeddi) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar