Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-112/2023 24.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə gediş-gəliş yolun açılması və maneələrin aradan qaldırılması tələbi barədə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh onun həyətyanı sahəsinə gedən Salyan rayon, Birinci Varlı kəndində yerləşən gediş-gəliş yolunun açılması və yol açıldıqdan sonra onun tərəfindən həmin yolda maneələrin yaradılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Salyan rayonu, Birinci Varlı kəndində özünə məxsus 0,12 ha torpaq sahəsi vardır. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin torpaq sahəsi xüsusi mülkiyyəti kimi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Cavabdehlə qonşudur. Həyətindən torpaq sahəsin yol cavabdehin evinin yanından keçir. Həmin yol həm piyada, həm də avtomaşın yoludur. Cavabdeh həmin yolu çəpərə alaraq bağlamış və onların gediş-gəlişlərinə maneə yaratmışdır Cavabdehə yolun açılması ilə bağlı müraciət etsə belə bunun nəticəsi olmamışdır.Cavabdehin özbaşınalığından ərazi nümayəndəsinə və bələdiyyəyə müraciət etmiş,bələdiyyə gələrək cavabdehə şifahi olaraq yolu açmasını bildirmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, 30 sot həyətyanı torpaq sahəsi vardır. İddiaçı ilə qonşu deyil. İddiaçı onun həyətindən yol istəyir. İddianı qəbul etmədiyini qeyd edərək, verilmiş iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmədə elan olunmuş torpaq sahəsi planı və ölçüsündən görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində İddiaçı məxsus 0,12 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş Maraqlı şəxs sədri Soltan Nəzərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 25 saylı arayışdan görünür ki, İddiaçı müraciəti ilə bağlı qeyd olunan yol bələdiyyə mülkiyyətidir, gediş-gəliş yoludur, həmin yola mane olan Cavabdehdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.T.Vəliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Varlı kəndi ərazisində aparılan torpaqların elektron kadastr uçotu informasiya sistemində İddiaçı iddia etdiyi mübahisəli ərazi həyətyanı torpaq sahəsi kimi qeydə alınmış, mübahisəli ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi nəzərdə tutulmamışdır.Mübahisəli olan ərazi 1,9x12 metrdir. Mübahisəli hissə Cavabdeh tərəfindən çəpərə alınmışdır. Mübahisəli hissə 22,9 kv.mdir.Mübahisəli ərazidə məftil çəpərdən başqa heç bir maneə mövcud deyil. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur. Məhkəmədə elan olunmuş torpaq sahəsi planı və ölçüsündən görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində X2 məxsus 0,12 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi İ.A.Cahangirov tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsi sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,31 ha, Cavabdeh həyətyanı torpaq sahəsi sənəd üzrə 0,17 ha faktiki olaraq 0,30 ha təşkil edir. İddiaçı iddia etdiyi gediş-geliş yolunun ölçüləri 1,9 m x12 m-dir. Elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Faktiki olaraq Cavabdeh istifadəsindədir. Sahəsi 22,9 kv.m olan mübahisəli ərazi Cavabdeh faktiki olaraq istifadəsindədir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli “Çıxarışla” xüsusi mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi Birinci Varlı ərazi vahidinin ərazisində “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsində yerləşir və həyətyanı torpaq sahəsinə yolu təmin etmək yerli icra orqanlarının səlahiyyətinə aiddir. Hal-hazırda faktiki olaraq alternativ yol mövcuddur. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh özünə aid olmayan torpaq sahəsini zəbt edərək istifadə edir və iddiaçının gediş-gəliş yolunu tutmuşdur. İddiaçı iddia etdiyi gediş-geliş yolunun ölçüləri 1,9 m x12 metr olmaqla,elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Ona görə də məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas X1 Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəƏsas X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının vəƏsas X1 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssi rəyinin verilməsinə dair çəkilən xərclər 190 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN 55G saylı şəhadətnamə ilə İddiaçı həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşən 1,9 m x 12 m ölçüdə yol açılsın və yol açıldıqdan sonra Cavabdeh tərəfindən həmin yolda maneələrin yaradılmasına qadağa qoyulsun. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 190 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-112/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-112/2023
24.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver