Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1121/2023 31.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin direktoru İlkin Manafovun cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması, iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin direktoru İlkin Manafovun cavabdeh X4 qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tərəflərindən tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və tərəflərindən ödənilmiş 124.08 (yüz iyirmi dörd manat, səkkiz qəpik) manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı (İddiaçı MMC) müxtəlif növ mebel avadanlıqlarını alıcıya (Cavabdeh) satmağı, alıcı isə malı alıb, müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm-aksesuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin müqavilənin 2.6-cı bəndinə əsasən satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir. Müqaviləyə əsasən ödənişi müqavilə bağlanan gün 26530 manat (50 %), mebelin təhvili müddətinə 10 gün qalmış 13265 manat (25%), mebel təhvil verildikdə 13625 (25%) manat olacaqdır. Müqavilənin 4.2-ci maddəsində alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.2-ci bəndində göstərilən müddətdə sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər. Müqavilə öhdəliklərinin icrası Cavabdeh tərəfindən bu günki tarixədək süni şəkildə ləngidilir. Dəfələrlə onunla apardıqları şifahi telefon danışıqlarına əsasən mebelin evdə quraşdırılmasına əngəl törədir və müqavilə öhdəliklərini tək tərəfli qaydada pozmuş hesab olunur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan da, göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə öhdəliklərinin icrasına mane olmaması və öhdəliklərin tərəflərindən tam şəkildə icra edilməsi üçün şərait yaratmasını bildirsələr də, o, müqavilə öhdəliklərini tək tərəfli qaydada pozmaqdan yayınmaqda davam etmişdir. Odur ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tərəflərindən tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və tərəflərindən ödənilmiş 124.08 (yüz iyirmi dörd manat səkkiz qəpik) manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı cavabdeh İddiaçı MMCyə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 10 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə geri ödənilməli olan 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat mənəvi zərər, toplamda 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (ilkin iddia tələbi üzrə cavabdeh) İddiaçı MMC-nin direktoru İlkin Manafov tərəfindən cavabdeh (ilkin iddia tələbi üzrə iddiaçı) Cavabdeh qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması vəzifəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tərəflərindən tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və tərəflərindən ödənilmiş 124.08 (yüz iyirmi dörd manat səkkiz qəpik) manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2970/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan ilkin iddia üzrə iddiaçı X3 ilkin iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə e-2(006)-2970/2023 saylı mülki işlə, Salyan Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh X4 qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s. “tələbinə dair iddia ərizəsi üzrə 2(057)-1121/2023 saylı mülki iş birləşdirilməsi, həmin işlərə bir icraatda baxılması, mülki işə 2(057)-1121/2023 nömrəsinin verilməsi və mülki işin Salyan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini, cavabdeh X3 İddiaçı MMC-yə qarşı olan iddiasının rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğısatqı müqaviləsinə uyğun olaraq alıcı ilə malın adı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm-aksesuarların sayı və digər detalları ilə bağlı yazılı razılaşma var, həmin razılaşmaya uyğun olaraq müqavilə tərəfimizdən vaxtından əvvəl icra edilmişdir. Lakin alıcı bir neçə dəfə fikrini dəyişdiyi üçün görülən işdə dəyişiklik olmuşdur. Sobanın yeri soyuducu ilə dəyişdirmişdir. Şirkət müştəri məmnuniyyətini nəzərə alaraq hər dəfə deyilən təklifləri nəzərə almışdır. Malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilməsi müəyyən edilməsinə baxmayaraq dekabr ayının sonlarında işlər görülmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.2-ci bəndində göstərilən müddətdə sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər. Müqavilə öhdəliklərinin icrası Cavabdeh tərəfindən tam həyata keçirilməmiş, bu günə kimi müxtəlif bahənələrlə işlərin başa çatdırılması süni şəkildə ləngidilir. Dəfələrlə bu istiqamətdə danışıqlar aparılsa da heç bir nəticəsi olmamışdır. Cavabdeh mebelin evdə tam olaraq quraşdırılmasına əngəl törədir və müqavilə öhdəliklərini tək tərəfli qaydada pozmuş hesab olunur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundanda da, göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə öhdəliklərinin icrasına mane olmaması və öhdəliklərin tərəflərindən tam şəkildə icra edilməsi üçün şərait yaratmasını bildirsələr də, o, müqavilə öhdəliklərini tək tərəfli qaydada pozmaqdan yayınmaqda davam etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdehin müqavilə üzrə olan bocundan 10.000 (on min) manat məbləğində olan hissəsini şirkət tərəfindən kompensasiya olunması bir neçə dəfə deyilmişdir. Hazırda şirkət müqavilə üzrə zərərə düşmüşdür. Mebellərin əksəriyyəti cavabdehin yaşadığı evdədir. Qalan mebelin quraşdırılmasına icazə verilmir, icazə veriləcəyi halda mebellər cavabdehin mənzilinə quraşdırılaraq təhvil veriləcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun evində 7 dəfə mətbəx mebeli, 3 dəfə qardirob qurulmuşdur. O, seçdiyi mebellərin təhvil verilməsini tələb etsə də, onun seçdiyi mebelləri ona təhvil verilməmişdir. xx.xx.2023-cü il tarixdə ondan xahiş etmişlər ki, may ayının 31-nə kimi möhlət versin, hər şeyi qaydasına qoyacaqlar. Lakin işləri qaydasına qoyan olmamışdır. O, şirkətin əməkdaşları olan Nigar və Sara adlı xanımlarla mobil telefon əlaqəsi saxlamış, məhkəmə iclasında iştirak edəcəklərini soruşmuş, onlar demişlər ki, onlara məhkəmə iclası barədə heç bir məlumat verilməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirmişdir ki, müqavilə bağlayaraq yataq dəsti istəmişdir. Lakin mənzilə başqa mebel gəlmişdir. Bəxtiyar ilə Sara xanım evinə gələrək ölçü işi aparmışlar. Mebel gətirəndə azyaşlı bir uşaq gəlmiş, kim olduğunu soruşduqda bildirmişdir ki, ustadır. Mebelin kantdarını qəhvəyi rəng istəsə də, başqa rəngdə gətirilmişdir. Bu işdə bütün cavabdehlik Samirdədir, ilkinin məlumatı yoxdur. İlkin yanvar ayında onun evinə getmiş və orada olan vəziyyəti gördükdən sonra ondan üzr istəmişdir. Tez bir zamanda nöqsanı aradan qaldıracağını bildirmişdir. Gətirilən mebellər əslində onu sifarişi deyil, başqa mebellər olmuşdur. 3-cü dəfə evinə başqa usta gələrək bildirmişdir ki, bütün mebellər əvvəldən səhv kəsilmiş və qurulmuşdur. Barışığa razı olmadığını və ödədiyi 43000 manat pulun və vurulmuş zərərin əvəzinin ona ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 cavabdeh X3 izahatına uyğun izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilmişdir ki, məhkəməyə nümayəndəsi olduğu şəxs müraciət etdikdən sonra onlarda iddia vermişlər. Onlar əslində xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə ilə müraciət etmişlər. İddiaçı MMC-nin iddiasının rədd edilməsini xahiş edir. Müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilmiş olsaydı təhvil-təslim aktı tərtib olunmalıydı. Bu da onu göstərir ki, iş təhvil verilməmişdir. İlkin iddia üzrə qarşı tərəfdən onlar arasında müraciət yoxdur. Xahişləri ondan ibarətdir ki, 10 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə geri ödənilməli olan 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat mənəvi zərər, toplamda 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin cavabdeh İddiaçı MMC-dən tutularaq Nərmin xanıma verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Nərminin həyat yoldaşıdır. Bu işə də Nərmini o, salmışdır. Belə ki, toydan əvvəl evlərində mebel quraşdırmaq istəmişlər. Dənizdə işlədiyi üçün bu işin görülməsi Nərminin üzərinə düşmüşdür. İddiaçı MMC-nin işi onları qane etmədiyi üçün cəmiyyətlə danışıq apararaq aralarındakı müqaviləni pozmaq istəmişlər. Tərəflər arasında razılaşsalarda sonradan məlum olmuşdur ki, cəmiyyət onları aldadır. 41830 (qırx bir min səkkiz yüz otuz) manat mebel üçün pul vermişlər. Onlar işi 2 aya təhvil verməliydilər. Lakin toyları olub evə qayıdanda evi bərbad vəziyyətdə görmüşlər. xx.xx.2022-ci ildə mebelləri onlara təhvil verməliydilər. Həmin gün toy günləri olmuşdur. Hətta evin açarını da İddiaçı MMC-nin işçilərinə vermişlər. Salyan Rayon Məhkəməsinin 2(057)-1121/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin direktoru İlkin Manafov tərəfindən cavabdeh X4 qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2970/2023 saylı mülki işi üzrə yekun məhkəmə aktı çıxarılanadək mülki iş üzrə icraatın dayandırılmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-1121/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X4 qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilməli, iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin direktoru İlkin Manafov tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixədək müqavilə üzrə öhdəliklərinin icrasına mane olmamaları və öhdəliklərin tərəflərindən tam şəkildə icra edilməsi üçün şərait yaradılması xahiş edilmişdir. Əks təqdirdə müqavilə öhdəliklərini tək tərəfli qaydada pozduğu üçün tərəflərindən, yaradılmış maneənin aradan qaldırılması, müqavilə üzrə qalıq ödənişin və əldən çıxmış faydanın ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-nin direktoru (bundan sonra “Satıcı” adlandırılacaq) və Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) aralarında müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən satıcı müxtəlif növ mebel avadanlıqlarını (bundan sonra “Mal”) alıcıya satmağı, alıcı isə malı alıb, bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın adı, sayı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm-aksessuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən, satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcılıqla həyata keçirilir. Müqaviləyə əsasən ödənişi müqavilə bağlanan gün 26530 manat (50%), mebelin təhvil müddətinə 10 gün qalmış 13265 manat (25%), mebel təhvil verildikdə 13265 manat (25%) olacaqdır. Müqavilənin 2.7-ci bəndinə əsasan, mebeldən əlavə, təzgahlıq, texnika və başqa elementlərin ödənişi 100 % ödəniş edildikdən sonra alıcıya göndərilir. Bu ödənişlər mebellə əlaqələndirilmir. Müqavilənin 3.7-ci bəndinə əsasən, alıcı müqavilə imzaladıqdan və mebelin dəyərinin 60 % ödənişi (beh məbləği) alındıqdan sonra müqaviləni birtərəfli qaydada 3 gün ərzində sonlandıra bilər. Bu zaman müqavilə dəyərinin 25 %-i satıcıya dizayn xidməti kimi ödənilir. Müqavilə imzalandığı gündən 3 gün sonra, alıcı hər hansı bir səbəbdən fikrini dəyişərsə, satıcı tərəfindən heç bir məbləğ geri ödənilmir. Müqavilənin 4.1-ci bəndinə əsasən, malın sifarişi tərəflərin qarşılıqlı razılığı əsasında sifariş forması əsasında müəyyən olunur. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.2-ci bəndində göstərilən vaxtda sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər. Həmçinin müqavilənin 4.11-ci bəndinə əsasən, alıcı, sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün mebel dəyərinin 0,1 % dəyərində kompensasiya istəmə hüququna malikdir. Həmin müqavilənin 4.12-ci bəndinə əsasən, mebelin təhvil müddəti 4.2-ci bəndində olan müddətdə həyata keçməsi üçün alıcı, müqavilə bağlandığı gündən 10 iş günü ərzində, istifadə ediləcək texnika siyahısı təqdim etməli və son ölçü götürmək üçün yeri hazır vəziyyətə gətirməlidir. Digər hallarda, təhvil müddəti son ölçü götürüldüyü gündən hesablanacaq. İş materiallarında olan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh həmin tarixlərdə İddiaçı MMC-yə ödənişlər etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə Əlavə № 1 görünür ki, mebelin daşınması 3-cü mərtəbədən yüksək mənzillərdə (piyada, liftsiz) ödənişlidir. Daşınma xərci 150 manatdır. Elektrik müştəri tərəfdən çəkilir və ya əlavə ödəniş olunur. Cavabdeh İddiaçı MMC-yə dəyəri 12450 manat olan mətbəx mebeli üçün 6225 manat ödəniş etmiş, 6225 manat borclu qalmış, dəyəri 7160 manat olan üzləmələr üçün 3580 manat ödəniş etmiş, 2580 manat borclu qalmış, dəyəri 800 manat olan kitab rəfi üçün 400 manat ödəniş etmiş, 400 manat borclu qalmış, dəyəri 4060 manat olan dəhliz mebeli üçün 2030 manat ödəniş etmiş, 2030 manat borclu qalmış, dəyəri 13500 manat olan qarderob üçün 6750 manat ödəniş etmiş, 6750 manat borclu qalmış, dəyəri 5300 manat olan yataq otağı mebeli üçün 2650 manat ödəniş etmiş, 2650 manat borclu qalmış, dəyəri 5300 manat olan TV Stend üçün 2650 manat ödəniş etmiş, 2650 manat borclu qalmış, dəyəri 3420 manat olan Corian mebel üçün 1710 manat ödəniş etmiş, 1710 manat borclu qalmış, dəyəri 1000 manat olan Çanaq (Blanco) üçün 500 manat ödəniş etmiş, 500 manat borclu qalmış, ümumilikdə dəyəri 52990 manat olan mebellərin pulundan 26530 manat ödəniş etmiş, 26530 manat borclu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə Əlavə № 2 görünür ki, İddiaçı MMC tərəfindən cavabdehin mətbəxinin fasadı MDF boya kar bəyaz ilə , Korpusu isə LDSP ağ rənglə boyanmışdır. Mətbəxdə Avropa (hettich) mexanizm, 6 ədəd siyirmə, 3 ədəd qaldırıcı mexanizm (qayçı), 1 ədəd zibilqabı, 1 ədəd qaşıqlıq, 1 ədəd moyka altı sukeçirməz kovrik, frezli (sarı) rəngli işıq, kronospan 3233 üzləmə daraqlı, Marbelous Coconut təzgahlıq və sinəlik, 1 ədəd starax künc mexanizmi, 1 ədəd starax moyka qapısında kargo mexanizim; qarderob üçün LDSP 3233 korpus, Türkiyə istehsalı mexanizm, 8 ədəd gizli raylı siyirmə, ağ rəngli frezli işıq, qəhvəyi şüşə, profil qəhvəyi (Aristo profil Türkiyə) şüşəli kupe qapı; dəhliz üçün supramat 3029 fasad, egger H 3700 st 10 korpus, Türkiyə istehsalı mexanizm, 1 ədəd gizli raylı siyirmə, 2 ədəd ayaqqabı mexanizm, aypara şəkilli güzgü, 4 ədəd kiçik, 3 ədəd uzun dəstək, 16 ədəd qarmaqlı asılqan; yataq otağı üçün MDF boya supramat 3019 rəngli fasad, LDSP kronospan ağ rəngli korpus, Türkiyə istehsalı mexanizm, 5 ədəd gizli raylı siyirmə, dairəvi şəkilli güzgü, 2 ədəd tumba, 1 ədəd termo, deluxe color # A8 çarpayı bazalı, MDF boya supramat 3020 rəngdə üzləmə (düz və daraq); TV Stend üçün MDF boya supramat 3021 rəngli fasad, LDSP krospan k078 PW, Türkiyə istehsalı mexanizm, 3 ədəd gizli raylı siyirmə, ağ frezli işıq( Tv altı və açıq rəf içində), Spon alpi A 4 üzləmə (Tv arxalıq), MDF boya supramat 3021 rəngli divar üzləməsi (düz və daraq) quraşdırılmışdır. İş materiallarında olan cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəmənin elektron sisteminə yerləşdirilmiş vəsatətdə qeyd etmişdir ki, X5 və İddiaçı MMC arasında mövcud olan 2(057)-1121/2023 saylı mülki iş Sizin icraatınızdadır. Məhz sözügedən iş üzrə mübahisənin dəqiqliklə həll olunması və ədalətli məhkəmə aktının çıxarıla bilməsi üçün mübahisə ilə əlaqəsi olan bir neçə şəxsi - İddiaçı MMC-nin əməkdaşları X7 və X1 məhkəmə işinə şahid qismində dəvət etmişlər. Qeyd edək ki, adı çəkilən şəxslər məhkəməyə gəlməkdən imtina etmişlər. X2 mübahisə ilə bağlı öz izahatını “Whatsapp” mobil tətbiqi üzərindən audio səs vasitəsilə iddiaçı X4 göndərmişdir. Yuxarıda qeyd olunanlara əsasən sözügedən səs yazısının digər sübutlarla birlikdə dəyərləndirilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının nümayəndəsi və vəkili Vəkil2 müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının vəkili Vəkil2 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış sorğunun ksero surətindən görünür ki, X3 hüquqi yardım barədə müraciəti üzrə keyfiyyətli hüquqi yardım göstərilməsinin təmini məqsədi ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, şəxs tərəfindən İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2023-cü ilin yanvar ayından iyun ayınadək olan müddət ərzində ünvanlanmış şikayətlər, həmin şikayətlərin icraata daxil olma tarixləri və qeydiyyat nömrələri, şikayətləri qəbul edən və baxan icraatçılar, şikayətlərə baxılma müddətləri və yekun nəticələr barədə tam və dolğun məlumatları xronoloji ardıcıllıqla 24 saat ərzində tərəflərinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş Nərmin Əkbərovaya (Hüseynovaya) ünvanlanmış məktubdan görünür ki, daha əvvəl daxil olmuş eyniməzmunlu müraciətlərinizə (daxilolma qeydiyyatları: 3-21-1/1-S-xx/xx/2023, xx.xx.2023-cü il; 3-21/1-H-xx-xx/2023, xx.xx.2023-cü il; 3-21-1/1-H-xx/xx/2023, xx.xx.2023-cü il) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən baxılmış və nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 3- 21-1/2-S-xx/xx/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-1/2-6150/2023 nömrəli məktublarla Sizə cavab verilmişdir. Əlavə olaraq bildirmişlər ki, İddiaçı MMC tərəfindən öhdəliklərə əməl olunmayacağı təqdirdə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilərsiz. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və ( və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş Nərmin Əkbərovaya (Hüseynovaya) ünvanlanmış məktubdan görünür ki, İddiaçı MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda dolabın fasadları əvəzinə daha açıq rəngdə boyalı fasadın istənildiyi, boyalı fasad nümunəsinin hal-hazırda istəyinizə uyğun hazırlandığı, mənzildə dəhliz dolabının montaj olunduğu və tərəflərindən təqdiqlənən zaman mebelin təhvil veriləcəyi, xx.xx.2023-cü il tarixində mənzilə baxış keçirilən zaman fərqli rəngin və “Kargo” mexanizminin quraşdırılacağı barədə razılığın əldə edildiyi bildirilmiş, həmçinin qonaq otağındakı üzləmələrin yenidən istehsal edildiyi, müştəri məmnuniyyəti nəzərə alınaraq yenidən geyim otağının qurulduğu, 2 tumba və kosmetika masasının razılıq verdiyiniz zaman Sizə təhvil veriləcəyi qeyd edilmişdir. İddiaçı MMC tərəfindən öhdəliklərə əməl olunmayacağı təqdirdə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilərsiz. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və ( və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan X5 tərəfindən İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi cənab Məmməd Abbasbəyliyə ünvanlanmış şikayətin ksero surətindən görünür ki, İddiaçı MMC barəsində müvafiq tədbirlərin həyata keçirilməsində və pozulmuş hüquqlarının bərpa olunmasında onlara köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan X5 ilə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli şəxslərlə arasında “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışmalardan görünür ki, alıcı Nərmin Əkbərova satıcı İddiaçı MMC-nin gördüyü işdən narazıdır. İş materiallarında olan dəymiş zərərin qiymətləndirilməsi barədə DZ/0120 nömrəli hesabatdan görünür ki, Bakı şəhəri, Zığ yolu 4 ünvanında yerləşən mənzilin təmirliliyinə dəymiş maddi ziyanın məbləği 10321 (on min üç yüz iyirmi bir) manat təşkil edir. Məhkəmə hər iki tələbə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halları odur ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində cavabdeh X5 arasında xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçı müxtəlif növ mebel avadanlıqlarını satmağı, alıcı isə malı alıb, bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən müqavilə bağlanan gün 26530 manat (50 %), mebelin təhvil müddətinə 10 gün qalmış 13265 manat (25 %), mebel təhvil verildikdə 13265 manat (25 %) olmaqla, cəmi 53060 manat pulun ödənilməsi barədə razılıq əldə olunması, bununla əlaqədar alıcı satıcıya ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 41830 manat pul ödəməsi, 11360 manat pulun ödənilməməsi, mebellərlə bağlı müəyyən istehlakçı qüsurların olması hazırkı işin mübahisəsiz halıdır. İşin mübahisəli halı tərəflər arasında olan alğı-satqının nəticəsi olaraq pulun iddiaçıya tam olaraq ödənilməsi və mebel quraşdırılması işlərinin tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması, həmçinin alğı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilmiş pulun geri qaytarılması, gecikdirilmiş günlər üçün penyanın hesablanması, mebellərin keyfiyyətsiz hazırlanması, quraşdırılmış mebellərin mənzili yararsız hala salması ilə bağlı vurulan zərər və məhkəmə xərcləri ilə bağlı tələb olunan vəsaitin məbləğindədir. Hazırda İddiaçı MMC tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tərəflərindən tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və tərəflərindən ödənilmiş 124.08 (yüz iyirmi dörd manat səkkiz qəpik) manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı cavabdeh İddiaçı MMCdən 10 oktyabr 2022-ci il traixli alğı-satqı müqaviləsi üzrə geri ödənilməli olan 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat məbləğində penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat məbləğində zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər, toplamda 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC və alıcı X5 arasında xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanılmış, müqaviləyə əsasən, adı, sayı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm-aksessuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilmişdir. Müqavilə və müqaviləyə əlavə № 1 və № 2-ə əsasən iddiaçı cavabdehə üzləmələr, mətbəx mebeli, kitab rəfi, dəhliz mebeli, qarderob, yataq otağı mebeli, TV Stend, Corian mebel və Çanaq (Blanco) satmağı, satılan malın müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilməsi, cavabdeh isə iddiaçıya müqavilə bağlanan gün 26530 manat (50%), mebelin təhvil müddətinə 10 gün qalmış 13265 manat (25%), mebel təhvil verildikdə 13265 manat (25%) ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı 40-45 iş günü müddətində görməli olduğu işlərin əsas hissəsini görmüşdür. Cavabdeh iddiaçı tərəfindən 24 dekabr 2022-ci il tarixədək mənzildə quraşdırılmış mebellərin (dekor, qapılar, qarderob) qüsurlu şəkildə verildiyini, seçim etdiyi bütün materiallar, mexanizmilər və profillərin dəyişdirildiyini iddia edərək narazı qalmışdır. Bundan sonra, cavabdeh müxtəlif dövlət orqanlarına şikayət xarakterli müraciətlər etmişdir. Müraciətlərin araşdırıldığı müddətdə iddiaçının nümayəndəsinin iştirakı ilə mənzilə baxış keçirilmiş, cavabdehin nəzərə alınaraq təhvil verilmiş mebellərin bir qismi (yataq otağında çarpayı, üzləmə, tumba, makyaj masası, metal profilli dolab otağı və dolablar) götürülmüşdür. Sonradan götürülmüş mebellər yenisi ilə əvəz olunsa da, cavabdeh dəyişdirilmiş mallarda qüsurlar olduğu üçün yeniləri ilə əvəz olunmuş, mətbəx mebeli 6 dəfə mənzildə yığılmış, qüsurlar olduğu üçün yenidən sökülmüşdür. Bundan sonra, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya məktub göndərmişdir. O, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsini bir tərəfli qaydada ləğv edildiyini, ödənilmiş 41830 (qırx bir min səkkiz yüz otuz) manat pul məbləğini və gecikdirilmiş hər iş günü üçün hesablanmış 2175 (iki min yüz yetmiş beş) manat məbləğində penyanın ödənilməsini tələb etmişdir. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə məktub göndərmişdir. Göründüyü kimi, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılmış və müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi Cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə mebellərin quraşdırılması işlərinin tam icra edilməsi üçün şəraitin yaradılması ilə bağlı hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən, alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçiriləcəyi göstərilsə də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, satıcı işləri 24 dekabr 2022-ci il tarixədək görərək mənzildə quraşdırmış, alıcı mebellərin (dekor, qapılar, qarderob) qüsurlu şəkildə görüldüyünü iddia edərək narazı qaldığı üçün, satıcı mebellərin bir hissəsi mənzildən götürülərək yeniləri ilə əvəz etsə də, alıcı dəyişdirilmiş mallarda qüsurlar olduğunu bildirərək yeniləri ilə əvəz olunmasını istəmişdir. Satıcı məhkəməyə qədər və məhkəmə iclasında mebellərin quraşdırılması işlərinin tam icra edilməsi üçün alıcıdan şəraitin yaradılmasını tələb edir. Belə olan halda alıçı müqavilə üzrə öhdəliklərini pozmuş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, alğı-satqı müqaviləsi üzrə satıcı hansı növ mebel avadanlıqlarını satılması, alıcı isə aldığı malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən malın adı, sayı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm-aksessuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilmişdir. (Müqaviləyə Əlavə № 2). Müqaviləyə Əlavə № 2 ediləcək istənilən dəyişiklik, yeni sifariş hesab edilir və əlavə razılaşma ilə tənzimlənir. Satıcı tərəfindən dəhliz dolabı, yataq otağı üçün çarpayı quraşdırılmış. 2 tumba, kosmetika masası, mətbəx mebeli, qonaq otağındakı üzləmələr, dolablı qardirob və.s mənzildə quraşdırılması üçün alıcının icazəsini gözləyir. Göründüyü kimi cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı İddiaçı MMC ilə aralarında bağlanılmış alğı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Belə olan halda iddiaçı həmin müqavilənin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Eyni zamanda, İddiaçı MMC-nin Cavabdeh ödənilməmiş 13265 manat məbləğin tutulması ilə bağlı hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin ödəməli olduğu 13265 manat (25 %) pulun, 10000 (on min) manatı satıcının özü tərəfindən kompensassiya edilir. Belə olan halda alıçıdan ödənilməmiş 1160 (bir min yüz altmış) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587-ci maddəsi: 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmçinin mülki iş materiallarından görünür ki, iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə geri ödənilməli olan 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat mənəvi zərər, toplamda 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsini bir tərəfli qaydada ləğv etməsi ilə bağlı mövqeyini, ödənilmiş 41830 (qırx bir min səkkiz yüz otuz) manat pulun geri tələb edilməsi, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər, toplamda 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin tələb etməsini, mebellərin mənzilə quraşdırılması işlərinin tam icra edilməsi üçün şərait yaratmaması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ağı-satqı müqaviləsinin 4.3cü bəndinə əsasən, Bu müqavilənin 4.2-ci (alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir) bəndində göstərilən vaxtda sifarişin çatdırılması və quraşdırılması mümkün ollmadıqda, tərəflər qarşılıqlı razılığ əsasında bu müddəti uzada bilərlər. Müqavilənin 2.4-cü maddəsinə əsasən, malların Alıcıya təhvil verildikdən sonra, hər hansı bir qüsurunun yaranması ödənişin gecikdirilməsinə, ödənişdən imtina olunmasına və bu müqavilənin şərtlərinin pozulmasına əsas ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında razılaşma olmuşdur ki, mallar 31 may 2023-cü il tarixədək mənzildə yenidən quraşdırılsın. Lakin sonradan, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsini bir tərəfli qaydada ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Mülki Məcəllənin 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya quraşdırılmış mebellərin (dekor, qapılar, qarderob) geri aparılması, sifarişlərin gətirilməsi barədə müraciət etmişdir. Bu müraciətin, yəni “WhatsApp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla müəyyən olunur ki, iddiaçının nümayəndəsi ilə cavabdeh arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra ayrı-ayrı tarixlərdə yazışmalar olmuşdur. Həmin yazışmalar zamanı cavabdeh İddiaçı MMC-nin nümayəndəsinə mənzilində quraşdırılmalı olan mebellərin quraşdırılmasının yubanmasından, quraşdırılmış mebellərdə bəzi qüsurların aşkar edilməsi, ödəniş qaydası ilə bağlı narazılıqlar, eləcədə iddiaçının mebelləri mənzilə quraşdıraraq işi yekunlaşdırmaq üçün icazə istəməsindən bəhs edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının cavabdeh İddiaçı MMC-yə qarşı 10 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə geri ödənilməli olan 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat məbləğində penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat məbləğində zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər, toplamda 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin cavabdeh İddiaçı MMCdən tutularaq ona ödənilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə mebelin quraşdırılması işlərinin tam icra edilməsi üçün şəraitin yaradılması və ödənilməmiş 1160 (bir min yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzi olaraq 31,60 (otuz bir manat, altmış qəpik) manat məbləğində pul cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızından alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə mebelin quraşdırılması işlərinin tam icra edilməsi üçün şəraitin yaradılması və ödənilməmiş 1160 (bir min yüz altmış) manat pulun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzi olaraq 31,60 (otuz bir manat, altmış qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1121/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1121/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver