Məhkəmə qərarları › İş №2(057)-1123/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1123/2023

04.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1123/2023 04.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə borc tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, 1967-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. “Azercell Ekspress”-in Salyan şəhərindəki nümayəndəsi olmaqla həmin şirkətin Salyan rayonunda yerləşən bütün işlərinə və həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən rəsmi qeydiyyatdan keçərək ********** saylı VÖEN almaqla ticarət mağazasına rəhbərlik edir. Rəhbərlik etdiyi mağazada vətəndaşlara həm nağd qiymətlə, həm də nisyə(kreditlə) mobil telefonlar və digər məişət texnikalarının satışı həyata keçirilir. Mağazada kreditlə malları satan zaman vətəndaşla rəsmi müqavilə bağlanır. Vətəndaşdan ilkin ödəniş almaqla sonrakı aylar üçün ödənişlərin miqdarı müəyyən edilir. Müqavilənin şərtlərinə uyğun olaraq vətəndaşa hər ayda müəyyən olunmuş ödənişləri vaxtlı-vaxtında mağazaya ödəniş etməsi və gecikdirəcəyi hər gün üçün faizlərin tutulacağı barədə xəbərdarlıq edilir. Vətəndaş Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona “Poco X 3” markalı mobil telefon nisyə satılmışdır. Həmin mobil telefonun nağd qiyməti 650 manat olmaqla, nisyə qiyməti 721,75 manat olmuşdur. Cavabdeh mobil telefonu alan zaman mağazaya ilkin olaraq 200 manat ödəniş etmişdir. Qalan məbləği isə müqavilənin şərtlərinə uyğun olaraq 10 ay müddətinə hər ay 71,75 manat olmaqla ödəməsi müəyyən edilmişdir. Cavabdeh mobil telefonu aldıqdan sonra bir daha mağazaya gəlməmiş və kredit borcunu ödəməkdən qəsdən yayınmışdır. Ötən müddət ərzində dəfələrlə onun mobil telefonuna zəng vurularaq borcunu ödəməsi xahiş olunsa da, hər dəfə yalan vədlər verərək borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı 20 avqust 2022-ci il tarixdə şirkətin hüquqşünası tərəfindən onun ünvanına rəsmi bildiriş göndərilmişdir. Bundan əlavə işlədiyi şirkətin rəhbərliyinin ünvanında da rəsmi məlumat verilmişdir. Bildiriş təqdim olsunsa da yenə də borcunu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin mağazaya 721,75 manat borcu qalmışdır. Hər gecikdirilən günə görə faiz hesablanmamışdır.Odur ki, Salyan rayonu, Kürsəngi kəndində yaşayan Cavabdeh “Azercell ekspress”-in Salyan şəhərində yerləşən mağazasına olan 721,75 manat borcunun və məhkəmə rüsumu kimi ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən “Poco X 3” markalı mobil telefonu “Azercell ekspress”-in Salyan şəhərində yerləşən mağazasından 721,75 manata nisyə almışdır.Həmin məbləğdən 200 manat ödəniş etmişdir. Qalan borcunu xəstə olduğu üçün ödəyə bilməmiş, hissə-hissə ödəməyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, cavabdehə “Poco X 3” markalı mobil telefon nisyə satılmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, vətəndaşa hər ayda müəyyən olunmuş ödənişləri vaxtlı-vaxtında mağazaya ödəniş etməsi və gecikdirəcəyi hər gün üçün faizlərin tutulacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan nisyə dəyəri 721,75 manat olan “Poco X 3” markalı mobil telefon almış, həmin puldan 200 manat ödəniş etmişdir. Göründüyü kimi tərəflər arasında borc müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Salyan rayonu, Kürsəngi kəndində yaşayan Cavabdeh “Azercell ekspress”-in Salyan şəhərində yerləşən mağazasına olan 521,75 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 21,70 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar