Məhkəmə qərarları › İş №2(057)-1136/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1136/2024

22.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1136/2024 22.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 3500 manat və 55 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdeh onun dayısı oğludur. İki il bundan əvvəl cavabdeh yanına gələrək Gədəbəy polisində işi olduğunu və bunun üçün borclu olduğu şəxsin borcunu qaytarmaq üçün ondan 3500 manat pul istəmişdir.Dayısı oğlu olduğu üçün ona inanmış və 3500 manat pul vermişdir.Dayısı oğlu pulu işini qurtardıqdan sonra verəcəyini bildirmişdir.Lakin sonradan pulu verməkdən imtina edərək müxtəlif bəhanələr gətrmişdir.Hətta atasına Votsap vasitəsi ilə qəbz yazıb göndərərək 2900 manat borcu olduğunu etiraf etmişdir.Cavabdeh hər dəfə pulu verəcəyini, lakin 50 manat verəcəyini bildirmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh qeydiyyatda olduğu ünvanda olmadığı üçün məhkəmə bildirişinin ona təqdm olunması mümkün olmamışdır.Bu halda məhkəmə belə hesab edir ki, məhkəmə bildirişi çatdırılmış hesab olunmalıdır.Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş iddiaçı tərəfindən təqdim olunmuş əlyazmanın kserusurətindən görünür ki, Alışov X1 Bəybalaya 2900 manat borcu olduğunu etiraf etmişdir.Ayda 50 manat verəcəyini, artığına imkanı olmadığını bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki,cavabdeh iddiaçıdan 3500 manat borc almış, lakin həmin borcunu qaytarmamışdır. Cavabdeh iddiaçının təqdim etdiyi sübutların təkzib olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının təqdim etdiyi sübutların daha möhtəbər və əsaslı olduğu qənaətinə gələrək iddianın təmin olunmasını qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3500 manat və dövlət rüsumu kimi ödənilmiş 55 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar