Məhkəmə qərarları › İş №2(057)-1139/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1139/2023

11.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1139/2023 11.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin, 38 saylı mənzilinə görə ödədiyi 170000 manat məbləğində pulun və ödənilmiş 460 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə vəsatət təqdim edərək, iddia tələbi üzrə mülki işin daha səmərəli araşdırılması üçün Salyan Rayon Məhkəməsinin icraatında olan 2(057)-1139/2023 saylı mülki işin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Günel Əkbərli) icraatında olan iddiaçı X2 cavabdehlər X1, İddiaçı, “Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC, "xxxx" ASC, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət fonduna qarşı “mənzilə verilmiş ümumi iclasın protokolundan çıxarışın, reyestrdən çıxarışın, alqı-satqı və ipoteka müqaviləsinin və s. sənədlərin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-53/2023 saylı mülki iş ilə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəm iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakim Günel Əkbərlinin icraatında olan iddiaçı X2 cavabdehlər X1, İddiaçı, “Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC, "xxxx" ASC, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət fonduna qarşı “mənzilə verilmiş ümumi iclasın protokolundan çıxarışın, reyestrdən çıxarışın, alqı-satqı və ipoteka müqaviləsinin və s. sənədlərin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-53/2023 saylı mülki işlə bir icraatda baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakim Günel Əkbərlinin icraatına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq "işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan "mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakim Günel Əkbərlinin icraatında olan iddiaçı X2 cavabdehlər X1, İddiaçı, “Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC, "xxxx" ASC, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət fonduna qarşı “mənzilə verilmiş ümumi iclasın protokolundan çıxarışın, reyestrdən çıxarışın, alqı-satqı və ipoteka müqaviləsinin və s. sənədlərin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq mülki iş hakim Günel Əkbərlinin icraatına verildiyindən həmin işlər bir icraatda birləşdirilməsi üçün hakim Günel Əkbərlinin icraatına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44-45 və 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakim Günel Əkbərlinin icraatında olan iddiaçı X2 cavabdehlər X1, İddiaçı, “Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC, "xxxx" ASC, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət fonduna qarşı “mənzilə verilmiş ümumi iclasın protokolundan çıxarışın, reyestrdən çıxarışın, alqı-satqı və ipoteka müqaviləsinin və s. sənədlərin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(004)-53/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Günel Əkbərlinin icraatına verilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar