Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1154/2023 08.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi və İddiaçı iştrakı ilə pul tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 15000 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 135 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 12 avqust 2022-ci ildə cavabdeh banka gələrək lombard krediti götürmək istədiyini bildirmişdir. Bunun üçün o, “Flex Lombard” şirkətində 10000 manat dəyərində qızıl əşyalarının olduğunu bildirmiş və həmin qızılları gətirib banka qoyacağını demişdir. Cəbrayıl 9600 manat dəyərində qızıl əşyası gətirmiş və ona 10000 manat kredit vermişdir. 16 avqust 2022-ci ildə cavabdeh yenə banka gələrək 13000 manat dəyərndə qızıl əşyası gətirmiş və 13000 manat kredit götürmüşdür.Daha sonra 18 avqust 2022-ci ildə cavabdeh banka gələrək 21636 manat dəyərində qızıl əşyaları olduğunu bildirmiş və həmin məbləğdə ona pul verilməsini xahiş etmişdir.Cəbrayıl iki dəfə eyni qaydada ondan pul aldığını və həmçinin lombarddan gedib qızılları qısa müddət ərzində gətirəcəyini bildirdiyi üçün ona inanmış və girov almadan 21636 manat pulu vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh onu aldatmış, lakin cavabdeh sonrakı müddətlərdə aldığı pullardan 6636 manatı qaytarmış, 15000 manat borclu qalmışdır.Pulunu ala bilmədiyi üçün Salyan RPŞ-yə ərizə ilə müraciət etmiş və araşdırma aparılmışdır.Araşdırma zamanı cavabdeh ondan 21636 manat pul almasını etiraf etmişdir.Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə teleqram vasitəsi ilə məlumat verilmiş, sonuncu həmin teleqramı almasına baxmayaraq heç bir əsaslı səbəb olmadan məhkəmə iclasına təkrar gəlməmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185 -ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Polis Şöbəsinin müsətnətiqi X1 06 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, Cavabdeh Salyan RPŞ-də izahat verərkən iddiaçıdan 21636 manat məbləğində pul aldığını etiraf etmişdir. Məhkəmə iddiaçını dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 18 avqust 2022-ci ildə 21636 manat vermiş, cavabdeh həmin borcdan 6636 manatını qaytarmış, 15000 manatı isə qaytarmamışdır. Nəticədə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə tam icra etməmişdir. Ona görə də məhkəmə iddianın təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 15000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 135 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1154/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1154/2023
08.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver