Məhkəmə qərarları › İş №2(057)-1156/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1156/2023

09.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1156/2023 09.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Fərəcova (Əliyeva) Qızqayıd Fərəc qızı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(057)-429/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş 110 manat alimentin miqdarının dəyişdirilməsi və cavadehdən 12 oktyabr 2009-cu il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Fərəcova(Əliyeva) Qızqayıd Fərəc qızı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə aralarındakı nikahı 2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 doğulmuşdur. Salyan Rayon Məhkəməsində alimentin miqdarının artırılması haqqında iddiaçı iddia qaldırmış və məhkəmənin 03 mart 2020-ci il tarixli, 2(057)-429/2020 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək 110 manat müəyyən edilmişdir. 8 sentyabr 2016-cı il tarixdə Nüşabə adlı qadınla nikahlarını Neftçala rayon Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2016cı il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. Hazırda heç yerdə işləmir, iddiaçının uşağından əlavə himayəsində iki azyaşlı uşağı vardır. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Fərəcova(Əliyeva) Qızqayıd Fərəc qızı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli 221 saylı arayışdan görünür ki, İddiaçı Salyan rayonu, Qızılağac kəndində yaşayır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 26-cı günündə 58 nömrə ilə qeyd edilmişdir. Salyan Rayon Məhkəməsinin 25 may 2011-ci il tarixli, 2(057)-272/2011 saylı qətnaməsindən görünür ki, Cavabdeh 12 oktyabr 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi,Cavabdeh alimentin alınması məhkəməyə müraciət olunduğu tarixdən, yəni xx.xx.2011-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 11 iyun 2013-cü il tarixli, 2(057)-431/2013 saylı qətnaməsindən görünür ki, Salyan Rayon Məhkəməsinin 25 may 2011-ci il tarixli, 2(057)- 272/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 12 oktyabr 2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 may 2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 80 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(057)-429/2020 saylı qətnaməsindən görünür ki, 12 oktyabr 2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 11 iyun 2013-cü il tarixli, 2(057)-431/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli, 505 saylı arayışdan görünür ki, Əliyev X6 rayonunun Qədimkənd kəndində yaşayır və hal-hazırda işləmir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 8 sentyabr 2016-cı il tarixdə Neftçala rayon Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 19 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli 548 saylı arayışdan görünür ki, Əliyev X6 rayonunun Qədimkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, qətnamədən sonrakı müddət ərzində iddiaçı və cavabdehin maddi və ailə vəziyyətində hər hansı bir dəyişiklik olmamış, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübutu təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqdan sonra alimentin artırılması və ya azaldılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Fərəcova (Əliyeva) Qızqayıd Fərəc qızının Cavabdeh Salyan Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(057)-429/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş 110 manat alimentin miqdarının dəyişdirilməsi və cavadehdən 12 oktyabr 2009cu il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar