Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1169/2023 20.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 54170 manat məbləğində pulun və ödədiyi 252.51 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin dekabr ayının müxtəlif tarixlərində Cavabdeh ümumilikdə 54170 manat dəyərində qızıl zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bugünə kimi yenədə 54170 manatı qaytarmamışdır. Salyan RPŞ həmin araşdırma materiallarını yanlız məhkəmə qaydasında sorğu edildikdə məhkəməyə verəcəyini bildirmişdir. Həmin 54170 manat pul və ödədiyi 252.51 manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməlidir. Odur ki, Cavabdeh 54170 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, iddianı müdafiə edir. Cavabdehə qızıllar satmışdır. Qızılları cavabdehə verən zaman hər dəfə aralarında müqavilə bağlanmışdır. Satdığı qızıllar türk qızılı olmuşdur. Cavabdeh aldığı qızılların bir hissəsinin pulunu hissə-hissə olmaqla ödəmişdir. Bir müddət sonra hiss etmişdir ki, cavabdeh ödəniş edə bilmir, ona görə bunun səbəbini soruşmuş, Fəridə ona bildirmişdir ki, qızılları hissə-hissə olmaqla satdığını bildirmişdir. Daha sonra qızılların pulunu qaytara bilmədiyi üçün qızılları Aygün adlı şəxsə satdığını demişdir. Dəfələrlə Cavabdeh müraciət etsə də o, müxtəlif vədlər verməsinə baxmayaraq borclu olduğu pulu qaytarmamışdır. Ona görə də, məcbur olub Salyan Rayon Polis Şöbəsinə müraciət etmişdir. Salyan RPŞ-nin İBdə araşdırma aparılmış və məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh ifadəsində göstərmişdir ki, iddia ərizəsinin surətini almışdır. Sosial Xidmətlər Agentliyində işləyir. İddiaçıdan dəyəri 76000 manat olan qızıl almış, aldığı qızılın pulundan bir hissəsini ödəmiş, 54000 manat borclu qalmışdır. Aygün və Sevinc adlı qadınlar tərəfindən aldadılmışdır. Qızılları Raisədən alaraq Aygünə satmışdır. Aygünlə onu Sevinc tanış etmişdir. Sevinc Aygün haqqında elə məlumat vermişdir ki, sanki ondan düz adam yoxdur. Qızılları iddiaçıdan alarkən heç bir müqavilə bağlanmamışdır. Sonradan iddiaçı sənəd təqdim edərək onu imzalamasını istəmişdir. Ona görə də 2023-cü ilin aprel ayında İddiaçı təqdim etdiyi sənədi imzalamışdır. Evi yoxdur. Himayəsində iki azyaşlı övladı var. İmkansızlıqdan bunu etmişdir. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən HK-1/784 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh İddiaçı 32527 manat miqdarında qızıl-zinət əşyası götürmüşdür. Qızıl xx.xx.2023-cü il tarixində verilir. 10850 manat ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 15690 manat miqdarında qızıl-zinət əşyası götürmüşdür. Qızıl xx.xx.2023-cü il tarixində verilir. Qeyd edilən tarixdən 03 ay müddətində, pulunu ödəmək şərti ilə mal verilmişdir. Ödənişi 5230 manat ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 5070 manat miqdarında qızıl-zinət əşyası götürmüşdür. Qızıl xx.xx.2023-cü il tarixində verilir. Qeyd edilən tarixdən 03 ay müddətinə, pulunu ödəmək şərti ilə mal verilmişdir. 86.43 misli qədərində qızılı götürür, ödənişi 2350 manat ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh İddiaçı qızıl-zinət əşyası götürmüşdür. Qızıl xx.xx.2023-cü il tarixində verilir. Qeyd edilən tarixdən 03 ay müddətində, pulunu ödəmək şərti ilə mal verilmişdir. 21665 manat qədərində 187 qram qızıl götürərək ödənişi ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan olunmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 54170 manat pul və 252,51 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 54170 manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Dəftərin surəti ərizəyə əlavə edilmiş və məhkəmədə əsli təqdim olunacaqdır. Eyni zamanda yazılı razılıq müqaviləsi də vardır. Həmin müqavilə ərizəyə əlavə edilmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Bu təqdim edilmiş sübutlarla bağlı məhkəmədə izahat geniş şəkildə veriləcəkdir. Odur ki, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 47-də kirayədə yaşayan Cavabdeh tərəfindən Salyan rayon PŞ-nin İstintaq Bölməsinə verilmiş izahatdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 47-də kirayədə yaşayır. Sosial-Xidmətlər Agentliyinin Şirvan-Salyan filialında sosial xidmətçi vəzifəsində işləyir. Salyan rayonu, Marışlı kənd sakini Sevinc İsmayılovanın ərizəsi ilə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, Sevinc İsmayılovanı 2022-ci ilin dekabr ayından etibarən tanışı Sevinc Quliyevanın vasitəsilə tanışdır. Belə ki, Sevinc Quliyeva ilə təxminən 4 ildir tanışdırlar. Aralarında yaxınd münasibətləri vardır. Həmin vaxtlar Sevinc Quliyeva “Sədərək” ticarət mərkəzindən gətirdiyi əşyaları ondan alıb satırdı və ailəsinə çörək pulu qazanırdı. 2022-ci ilin noyabr ayında Sevinc Quliyeva ona dedi ki, alver etmək üçün qızıl-zinət əşyaları götürmüşdür satmaq istəyir. Lakin öz adına qızıl əşyalar götürdüyündən zərgərdən əlavə qızıl götürə bilmir. Bundan sonra Sevinc Quliyeva ondan xahiş etdi ki, onunla birlikdə Salyan şəhərində işləyən qızılı Əfsərin yanına gedib onun adına qızıl götürərək, pulunu isə özü Əfsərə ödəyəcəkdir və buna görə ona çörək pulu verəcəkdir. Pula ehtiyyacı olduğundan o, Sevinc Quliyevanın təklifini qəbul etmişdir. Bundan sonra birlikdə Əfsərin qızıl mağazasına getmiş və burada Sevinc Quliyeva onu Əfsərə təqdim edib Sosial-Xidmətlər Agentliyinin Şirvan-Salyan filialında işlədiyini deyib onun adına qızıl götürmək istədiklərini demişdir. Həmin gün onlar Əfsərin mağazasından onun adına 3 ay müddətinə 12000 manat dəyərində 100 qram qızıl götürdülər. Həmin qızıl əşyaları götürüb mağazadan çıxıdıqda X5 aldıqları qızılları ondan alaraq öz çantasına qoydu. Bir aydan sonra Əfsərdən götürdükləri qızılın aylıq ödənişi olan 3000 manatı ödəmək içün Sevinc Quliyeva ilə birlikdə mağazaya gəldik va həmin pulu ödəyən zaman Sevinc Quliyeva yenidən onun adına Əfsərdən daha 100 qram çəkidə qızıl götürmüşdür. Növbəti ayda yenidən ilk dəfə götürdükləri qızılın pulunu qaytaran zaman Sevinc Quliyeva yenidən onun adına Əfsərdən daha 100 qram qızıl götürmüşdür. Bu minvalla hər ay Əfsərə pul ödəyən zaman Sevinc Quliyeva onun adına Əfsərdən qızıl əşyalar götürürdü və onlar mağzadan çıxan kimi həmin qızılları ondan alırdı. Ümumilikdə onun adına Əfsərdən nə qədər qızıl götürüldüyünü bilmir, lakin hazırda ümümilikdə onun adına 107000 manat borc qalmışdır. Hər dəfə mən Sevinc Quliyeva də birlikdə gedib Əfsərdən öz adına qızıl götürdükdən sonra Sevinc ona 50-100 manat çörək pulu vermişdir. Onu da qeyd edir ki, həmin vaxtlar o, Sevinc Quliyevanın vasitəsilə onun evində rəfiqəsi Aygün Fərzəliyeva ilə tanış olmuşdur. Aygün də Sevinc Quliyeva kimi qızıl alveri ilə məşğul olurdu, Növbəti dəfə noyabr ayının sonlarında o, Sevincgildə olarkən Aygün də orada olmuşdur xə söhbət zamanı Sevinc Quliyeva ondan xahiş etdi ki, Aygün üçün də öz adına qızılçı Şahmardan qızıl götürüm. Qızlın pullarını Aygün özü ödəyəcək, o, Aygündən nəyə görə özü qızılçıdan öz adına qızıl götürmədiyini soruşduqda Aygün cavab verdi ki, əri ilə Şahmar tanışdılar, istəmir bunu əri bilsin. Aygün onun üçün öz adına götürdüyü qızılların pulunu özü ödəyəcəyini və hər dəfə qızıl götürdükdə ona çörək pulu verəcəyini dedikdə o, etiraz etməyərək razılaşmışdır. Bundan sonra Sevinc Quliyeva qızılçı Şahmara zəng edib onun adına qızıl verməyi xahiş etmişdir. Şahmar razılıq verdikdən sonra Sevinc Quliyeva onu Şahmarın yanına göndərdi və o Aygün ilə birlikdə Salyan şəhərində işləyən qızılçı Şahmarın mağazasına gedib 50 qram çəkidə 5250 manat dəyərində qızıl götürmüş və mağazadan çıxaraq küçədə onu gözləyən Aygünə vermiş, bunun əvəzində Aygün ona 40 manat çörək pulu vermişdir. Sonrakı aylarda o, bir neçə dəfə Şahmarın yanına gedərək onun mağazasından öz adına qızıl əşyalar götürərək Aygünə vermiş, hər dəfə buna görə Aygün ona 40-50 manat çörək pulu vermiş və hazırda Şahmarın mağazasında onun adına 99000 manat borc qalmışdır. Daha sonra, 2022-ci ilin dekabr ayının əvvəllərində Sevinc Quliyeva ona zəng edərək öz evinə çağıraraq demişdir ki, təzə qızılçılar gəlib, o, Sevinc Quliyevanın evinə gəldikə orada Aygün Fərzəliyevanı əvvəllər tanımadığı Sevinc və anası Raisə İsmayılovanı görmüşdür. Tanış olduqdan sonra Aygün ondan xahiş etmişdir ki, öz adına Sevinc və Raisə İsmayılovadan qızıl götürərək ona versin. O bu dəfə razılıq verib Sevinc və Raisədən hər ay 1000 manat ödəmək şərti ilə 5110 manatlıq 40 qram çəkidə qızıl götürmüşdür. Sevinc və Raisə İsmayılovalar getdikdən sonra o, onlardan aldığı qızılları Aygünə vermişdir. Sonradan daha 2 dəfə o, Sevinc və Raisə İsmayılovalardan öz adına qızıl əşyalar alaraq Aygün Fərzəliyavaya vermişdir. Hazırda onun Sevinc və Raisə İsmayılovalara ümumilikdə 67105 manat borcu vardır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X2 göstərmişdir ki, Cavabdeh iş yoldaşıdır. Fəridənin narahat olduğunu görmüş və ondan səbəbini soruşduqda əvvəl deməmiş, sonra üzərindən bir neçə gün keçdikdən sonra yenə soruşduqdan onunla bir yerə getməsini istəmişdir. O, da razılaşmışdır. Taksi ilə birlikdə Salyan rayonu, Şorsulu kəndinə getmişlər. İddiaçı görən kimi Fəridə ağlamışdır. Raisə onu sakitləşdirmişdir. Onun evində Aygün qızıllları Fəridənin ona verdiyini etiraf etmişdir. Nə qədər qızıl götürməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X3 göstərmişdir ki, Cavabdeh bacısıdır. İddiaçı ilə ədavət və düşmənçiliyi yoxdur. Bacısını problemli gördüyü üçün ondan səbəbini soruşmuşdur. O, isə cavabında Raisədən qızıl götürərək, Aygünə verdiyini ona demişdir. Aygünlə danışdıqda Fəridədən 57.000 manatlıq qızıl götürdüyünü və qaytaracağını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2022-ci ilin dekabr ayının müxtəlif günlərində, ümumilikdə 76.000 manat dəyərində qızılzinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarına görə cavabdeh iddiaçıya həmin məbləğin bir hissəsini ödəmiş, 54000 manat pulu bu günə kimi iddiaçıya ödəməmişdir. Həmçinin Cavabdeh Salyan rayon PŞ-nin İstintaq Bölməsinə verdiyi izahatında da, iddiaçıya 67105 manat borclu olduğunu etiraf etmişdir. İddiaçının məhkəmə prosesi zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların ticarəti ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi bir ədəd DVD disk, mobil telefonda adı “Fəridə Salyan” kimi qeyd olunmuş şəxslə səs yazısı və “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla borcun cavabdehə məxsus olması ağlabatandır. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi onlar arasında olan müqavilədə iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh həmin müqavilədə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, cavabdeh tərəfindən mübahisələndirilməyən müqavilələrə əsasən 53287 manat pul vəsaiti Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzər alaraq hesab edir ki, 249.86 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Digər hissə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 53287 (əlli üç min iki yüz səksən yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 249.86 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumun 2.65 (iki manat altmış beş) manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli