Məhkəmə qərarları › İş №2(057)-1173/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1173/2023

06.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1173/2023 06.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Babalı oğlunun iştirakları ilə İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9930 (doqquz min doqquz yüz otuz) manat pul və 119.30 (bir yüz on doqquz manat otuz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 9930 (doqquz min doqquz yüz otuz) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bugünə kimi yenədə 9930 (doqquz min doqquz yüz otuz) manatı qaytarmır. Salyan RPŞ həmin araşdırma materiallarını yanlız məhkəmə qaydasında sorğu edildikdə məhkəməyə verəcəyini bildirmişdir. Həmin 9930 (doqquz min doqquz yüz otuz) manat pul və ödədiyi 119.30 (bir yüz on doqquz manat otuz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdehə qızıllar satmışdır. X10, Fəridə və Xəyalə olmuşlar. Sevinc qızılı Xəyaləyə verdiyini bildirmişdir. Sonradan məlum oldu ki, polis şikayəti rədd edərək, məhkəməyə müraciət olunmasını bildirmişdir. Həmin rədd qərarını aldıqdan sonra Sevinclə yenidən danışmış və o, etiraf etmişdir ki, qızılları ondan aldıqdan sonra Xəyaləyə vermişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçı bildirmişdir ki, xx.xx.2023cü il tarixdə ödənilən 1000 manat pul Yeganənin puludur. Onlar söhbət edəndə 5-6 nəfər adam olmuşdur. Onların arasında Yeganə, Aygün, Fəridə, Xəyalə, Sevinc və başqa iki nəfər olmuşdur. Sevinc bildirmişdir ki, arxayın ol uzun müddətdir ki, bu işlə məşğuldur. Otaqda olan şəxslər qızıl götürmüş, Sevincdə özü qızıl götürmüşdür. Xəyalə 10000 manat, Yeganə 20000 manat borclu qalmışdır. Sevinc isə ondan qızılı 2-3 dəfəyə götürmüşdür. 10000 manata qədər qızıl puludur. Onun qeydiyyat dəftəri vardır və orada qızılların dəyərini, qramını, kimə verdiyini qeydiyyatını aparır. Sevincə 15.60 qram qızıl vermiş, həmin qızılın pulundan 5060 manat ödəmiş qalanını borclu qalmışdır. Birinci dəfə xx.xx.2022-ci il tarixdə qızıl vermişdir. Həmin qızılın pulunu 3 aya ödəməyi öhdəsinə götürmüşdür. Sevincə xx.xx.2022-ci ildə 1282 manatlıq, xx.xx.2022-ci ildə 679, 775 manatlıq, xx.xx.2022-ci ildə 2 qızıl ümumi dəyəri 582 manatlıq, xx.xx.2022-ci ildə 900 manatlıq briliyant, xx.xx.2022-ci ildə bir üzük 800 manatlıq, xx.xx.2022-ci ildə 4890 manatlıq qızıl götürmüşdür. Qızılların qramlarını toplamamış, lakin hamısını ayrı-ayrı qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, bildirmişdir ki, tərəflər arasında qızıl-zinət əşyalarının alıq-satqısı olmuşdur. Bu barədə səs yazıları və “DVD” disk vardır. Cavabdeh iddiaçıya olan borcunu qaytaracağını söz versə də, hal-hazırda borcunu qaytarmaqdan yayınır. Ona görə də, iddianın tam təmin olunmasını xahiş etdi. xx.xx.2022-ci ildən Sevinc və Raisə arasında “Whatsapp” sosial şəbəkəsində danışıqlar olmuşdur. Tərəflər arasında qəbzlər var. Tərəflər arasında olan danışıqda da, Sevinc loteraya oynadığını borcunu ödəyəcəyini bildirmişdir. Aprel və may aylarında artıq borcunu tamamilə bağlayacağını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Babalı oğlu bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, nümayəndəsi olduğu şəxs Salyan Rayon Polis Şöbəsində heç bir borcu olmadığını qeyd etmişdir. Polis Şöbəsində olan araşdırma zamanı cinayət işinin başlanması rədd edilmişdir. Sevinc 14000 manat borcu ilə bağlı qəbzləri qarşı tərəfə təqdim etmişdir. İddiaçı qızılların qramını dəqiq bilmir, daha doğrusu deyə bilmir. Aparılan yazışmanın kimlərin arasına aparılması məhkəmə baxışında müəyyən edilməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən HK-1/784 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, 2022-ci il dekabrın 5-də özü alıb-satmaq üçün Sevinc İsmayılovadan və anası İddiaçı 3 aya ödəmək şərti ilə ümumilikdə 20 qram çəkidə 2700 manat dəyərində qızıl üzük və qolbağı götürmüş və həmin əşyaların dəyərini vaxtında ödəmişdir. Həmin gün onun evində tanışları Aygün, Xəyalə və Fəridə də özləri üçün Sevinc və Raisədən qızılzinət əşyaları almışlar, lakin nə qədər qızıl aldıqlarını bilməmişdir. Bu günədək özü Sevinc İsmayılovadan və İddiaçı 14000 manatlıq qızıl-zinət əşyaları almışdır və aldığı qızılların pulunu ödəmişdir, onun Sevinc və Raisəyə heç bir pul və qızıl borcu yoxdur. Məhkəmədə elan olunmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 9930 (doqquz min doqquz yüz otuz) manat pul və 119.30 (bir yüz on doqquz manat otuz qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 9930 (doqquz min doqquz yüz otuz) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Dəftərin surəti ərizəyə əlavə edilmiş və məhkəmədə əsli təqdim olunacaqdır. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Bu təqdim edilmiş sübutlarla bağlı məhkəmədə geniş şəkildə izahat verəcəkdir. Odur ki, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş məhkəmə çıxışından görünür ki, iddiaçı iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş məhkəməyə təqdim edilmiş izahatdan görünür ki, Cavabdeh qarşı 9930 (doqquz min doqquz yüz otuz) manat pul və 119.30 (bir yüz on doqquz manat otuz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq mənə verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayı müxtəlif tarixlərdə Cavabdeh mən ümumilikdə 9930 (doqquz min doqquz yüz otuz) manat dəyərində qızıl zinət əşyası satmışdım. xx.xx.2022-ci ildə 7.58 qram 931 manatlıq, 07.12,2022-ci ildə 11.53 qram 1382 manatlıq, xx.xx.2022-ci ildə 10.96 qram 1454 manatlıq, xx.xx.2022-də 4.49 qram 582 manaf, xx.xx.2022-ci ildə 5.05 qram 1050 manatlıq, xx.xx.2022-ci ildə 3.54 qram 800 manatlıq, xx.xx.2022-ci ildə 14.92 qram 6730 manatlıq, xx.xx.2023-də 1.89 qram 245 manatlıq, xx.xx.2023-də 15.16 qram 1970 manatlıq, xx.xx.2023-də 6.23 qram 810 manatlıq qızıl götürmüşdür. Ümumilikdə Cavabdeh məndən 15954 (on beş min doqquz yüz əlli dörd) manatlıq qızıl götürmüş, 6024 manatdan 2100 manat karta qalan 3924 manat məbləği əlbəəl verməklə 9930 (doqquz min doqquz yüz otuz) manat borclu almışdır. Həmin qızılların pulun qaytarmadığı üçün Salyan rayon Polis şöbəsinə şikayət etdim. xx.xx.2023-cü ildə Salyan Rayon Polis Şöbəsində verdiyi ifadəsində borcu qismən etiraf etmişdir. Cavabdeh satdığım qızılları tərtib etdiyim dəftərdə bir- bir qeyd etmişəm. Dəftərin surəti ərizəyə əlavə edilir və məhkəmədə əsli təqdim ediləcəkdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan VVhatsapp vasitəsilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. 08.1202023-cü il tarixdən mütəmadi olaraq xx.xx.2023-cü il tarixə qədər whatsapp vasitəsilə danışıqlar aparılmışdır. Danışıqların çoxu qızım X1 telefonundan aparılmışdır.Çünki eyni vaxta biz gətirdiyimiz qızılları cavabdehə verirdik. Eyni zamanda Cavabdeh 20 ədəd ödəniş çekini məhkəməyə təqdim edərək bütün burada göstərilən 13930 (on üç min doqquz yüz otuz) manat pulun borcunu bağladığını bildirmişdir. xx.xx.2023-cü il tarixli çekə diqqət etdikdə orada olan 1900 manatın kredit olduğu bundanda 200 manat ödənildiyi göstərilir. Həmin çekləri hesablasaq ödənişin 12230 (on iki min iki yüz otuz) manat olduğu görünür. Cavabdeh isə təkcə məndən 16994 (on altı min doqquz yüz doxsan dörd) manatlıq qızıl götürüb və həmin çeklərə baxış keçirərkən də müəyyən olunur ki, İddiaçı kartlarına da pul göndərilmişdir: xx.xx.2022-də 150, xx.xx.2022-də 400 (hələlik bunu atdığını və Məmmədova Xəyalə ilə danışdığını deyir), xx.xx.2023-də 350, xx.xx.2023-də 300 (səs ataraq Yeganənin verdiyi bildirmişdir), 01.2023-də 18-26-da 300 (səs ataraq Fərzəliyeva Aygünün verdiyini bildirmişdir), xx.xx.2023-də 400, xx.xx.2023-də 300, xx.xx.2023-də 30 (səs ataraq Cavabdeh Südabənin pulu olduğunu demişdir), xx.xx.2023-də 200, xx.xx.2023-də 2500 (3 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur), xx.xx.2023-də 300 manat karta köçürülmüşdür. Eyni zamanda göndərilmiş çeklərdən qızım İsmayılova Sevincə 2023-cü ilin yanvar ayı 15-52-də 600 və 500 manat, xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2023-də 100 (Təranənin puludur deyə Sevinc İsmayolova soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 1000, xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz) manat Sevincin əri İsmayılov Rüfətin kartına pul atmış və atdıqdan sonra həmin pulların kimə aid olduğunu bildirmişdir. 600,500,300 və 1000 manat cəmi 2400 (iki min dörd yüz) manat pul göndərmişdir. Təqdim olunmuş səs yazıları və Whatsapp vasitəsilə yazışmalardan görünür ki, xx.xx.2023-də 100 (Təranənin puludur deyə Sevinc İsmayolova soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz), xx.xx.2023-də 2500 (3 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur), xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2022-də 400 (hələlik bunu atdığını və Məmmədova Xəyalə ilə danışdığını deyir), xx.xx.2023-də 300 (səs ataraq Yeganənin verdiyi bildirmişdir), 01.2023də 18-26-da 300 (səs ataraq Fərzəliyeva Aygünün verdiyini bildirmişdir), xx.xx.2023-də 30 (səs ataraq Cavabdeh Südabənin pulu olduğunu demişdir). Eyni zamanda özünün adına olan xx.xx.2022-ci il tarixli 2000, xx.xx.2022-ci il tarixli 450 manatlıq çekləri özünün ödənişi kimi göstərmək istəyir. Belə ki, baş hərflərə baxdıqda Cavabdeh olduğunu müəyyən etmək mümkündür. İşdə olan xx.xx.2023-cü il tarixli 100 manatlıq çeki isə X5 Sevincə göndərmişdir ki, cavabdeh bu puluda onun tərəfindən ödədiyini sübut etməyə çalışır. Beləliklə Cavabdeh bu çekləri təqdim etməklə 9330 (doqquz min üç yüz otuz) manat başqa şəxslərin ödənişlərini öz ödənişləri, onun özünə göndərilən 100 (bir yüz) manat pulu, özünə məxsus karta göndərilmiş 2450 ( iki min dörd yüz əlli) manat olduğu öz təsdiqini tapır. Qeyd olunanlar və təqdim olunmuş sübutlar onu deməyə əsas verir ki, Cavabdeh 13178 manat iddia tələbində təkcə mənə olan borcunu ödədiyini bu təqdim edilmiş çeklərlə sübut etməyə çalışmaqla borcunu ödəməkdən yayınmağa və məhkəməni borcu ödəmiş kimi göstərməklə yanıltmağa çalışır. Təqdim olunan çəklərdə ödənilən ümumi məbləğ 16380 (on altı min üç yüz səksən) manat təşkil edir ki, bundan 2450 ( iki min dörd yüz əlli) manat Cavabdeh öz kartına ödənilən məbləğ, xx.xx.2023-cü il tarixli 100 manatlıq çeki isə X5 Sevincə göndərdiyi məbləğ, 9330 (doqquz min üç yüz otuz) başqa şəxslərin ödədikləri və öpzünün səsləri ilə etiraf etdiyi məbləğdir. 4500 ( altı min beş yüz otuz) manat Cavabdeh tərəfindən mənə və anam İddiaçı ödənmişdir ki, bundan 2400 (iki min dörd yüz) manatı mənim, 2100 (iki min bir yüz) manatı İddiaçı ödənmişdir. 2023-cü ilin yanvar ayı 15-52-də 600 və 500 manat, xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2023-də 100 (Təranənin puludur deyə Sevinc İsmayılova soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 1000, xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz) manat yoldaşım İsmayılov Rüfətin kartına pul atmış pullardan 2200 manat öz borcundan olan puldur. Eyni zamanda tərəfimizdən aparılmış video çəkilişdən də göründüyü kimi Cavabdeh borclarını ödəyəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən, təqdim edilmiş bütün bu sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2022-ci ilin dekabr ayının müxtəlif günlərində, ümumilikdə 9930 (doqquz min doqquz yüz otuz) manat dəyərində qızıl-zinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarına görə cavabdeh iddiaçıya həmin məbləğin bir hissəsini ödəmiş, qalan məbləği bu günə kimi iddiaçıya ödəməmişdir. İddiaçının məhkəmə prosesi zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların ticarəti ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi bir ədəd DVD disk, mobil telefonda adı “Sevinc Səlyan” kimi qeyd olunmuş şəxslə səs yazısı və “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla borcun cavabdehə məxsus olması öz təsdiqini tapır. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçı X7 arasında aparılan danışıqları özündə əks etdirən üzərində “Raisə 1” yazılmış 1 ədəd “DVD” diskdə olan danışıqın videoçəkilişindən görünür ki, tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. Cavabdeh danışıq zamanı Rasiə Əliyevadan aldığı qızılları Xəyalə Məmmədovaya verdiyini etiraf etmişdir. Cavabdeh danışıqlar zamanı İddiaçı aldığı qızılları Xəyaləyə verdiyini və Xəyalənin də bu faktı etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli 9930 ( doqquz min doqquz yüz otuz) manat pul Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, 119.30 (yüz on doqquz manat otuz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9930 (doqquz min doqquz yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı X6 verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119.30 (yüz on doqquz manat otuz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X6 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar