Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1178/2023 11.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 5420 (beş min dörd yüz iyirmi) manat pulun və 74,20 (yetmiş dörd manat iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə dekabr ayında müxtəlif tarixlərdə Cavabdeh o, ümumilikdə 5420 (beş min dörd yüz iyirmi) manat dəyərində qızılzinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bu günə kimi yenə də, 5420 (beş min dörd yüz iyirmi) manat borcu qaytarmamışdır. Salyan RPŞ həmin araşdırma materiallarını yanlız məhkəmə qaydasında sorğu edildikdə məhkəməyə verəcəklərini bildirmişdir. Həmin 5420 (beş min dörd yüz iyirmi) manat pul Cavabdeh alınaraq ona verilməlidir. Eyni zamanda ödədiyi 74,20 (yetmiş dörd manat iyirmi qəpik) manat dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, X3 adlı qadının vasitəsi ilə tanımışdır. Birinci dəfə Xəyaləyə 5 ədəd 3950 manat dəyərində, ikinci dəfə 26 qram, 3-cü dəfə 18 qram, ümumilikdə 9640 manat dəyərində qızıl satmışdır. Həmin puldan bir hissəsini ödəmiş, 5420 manat borcu qalmışdır. Dəfələrlə cavabdehin telefonuna zəng etmiş, lakin cavabdeh onun nömrəsini “qara” siyahıya salmışdır. Sevinc Quliyeva ona Xəyalənin etibarlı adam olduğunu dediyi üçün ona qızıl satmış, satdığı qızılları və dəyərini öz dəftərində qeyd etmişdir. Həmin dəftərə cavabdeh də qol çəkdirməyi 2 həftə sonra həyat yoldaşı yadına salmışdır. Aminə ondan 15000 (on beş min) manatlıq qızıl istəmişdir. Aminə Gigiyena və Epidemiologiya Mərkəzində işlədiyini, maddi durumunun yaxşı olmadığını bildiyi üçü ona qızıl nisyə verməmişdir. Bir müddət sonra Aminə onun mobil telefonuna zəng edərək bildirmişdir ki, qardaşının ailəvi dostu var adı Sevincdir o, qızıl istəyir. Onunla görüş məsləhət olsa alver edərsən. Aminə onu və anasını Sevinc Quliyevanın yaşadığı evə aparmış, evdə 5-6 qadın olmuşdur. Həmin qadınların içində Xəyalədə olmuşdur. xx.xx.2022-ci il tarixdə üzərində olan qızılllardan 3350 manat dəyərində qızılı Xəyaləyə vermişdir. Xəyalə isə hər ay 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa əlavə xırda qızıllarda götürərək ayda 500 manat ödəyəcəyini bildirmişdir. Onu inandırdığı və etibar etdiyi üçün qızılları vermişdir. Sonradan ona məlum olmuşdur ki, Sevinc ilə Xəyalə bacı deyil, bir-biri ilə günüdürlər. Xəyalə ona demişdir ki, güya qızılları İlahəyə vermişdir. İlahə pulu verə bilmədiyi üçün həmin qızılları Xəyalə İlahədən götürərək pulunu verəcəyini bildirmişdir. Salyan RPŞ-də İlahə və Xəyalə borclarını etiraf etmişlər. Lakin Sevinc əvvəl borcu etiraf etsə də, sonradan fikrindən daşınmışdır. Sonradan bilmişdir ki, qızılları ondan alaraq Sevincin əmisi oğlu Zahidin işlədiyi lombarda qoymuşdur. Xəyalədən qızılları niyə lombarda qoyduğunu soruşduqda, bildirmişdir ki, “sənin nəyinə gərəkdir” ayda pulunu ödəyəcəm demişdir. Cavabdeh ondan 9640 manatlıq qızıl almışdır. Həmin məbləğdən 5420 manat borcu qalmışdır. Həmin məbləği cavabdehdən tələb edir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bu səbəbdən məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razılıq verilməsi barədə ərizəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1 və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11 oktyabr 2023-cü tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən HK-1/784 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh Ağamalı qızı izahatında göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəllərində Sevinc Quliyeva ona zəng edib öz evinə çağırıb qızıl satanlar tapdığını bildirmişdir. O, Sevinc Quliyevanın evinə gəldikdə İddiaçı və anası Raisə ilə tanış olmuşdur. Həmin gün dekabrın 5-də İddiaçı 3955 manatlıq qızılı 6 ay müddətinə, anası Raisədən isə 280 manatlıq qızılı 5 ay müddətinə ödəmək şərti ilə götürmüşdür. Bundan sonra dekabr ayı ərzində bir neçə dəfə İddiaçı daha 9640 manatlıq qızıl, anası Raisədən isə daha 12453 manatlıq qızıl əşyalar götürmüşdür, həmin qızılları satmaq üçün tanışları Aygünə, Könülə və Gülərə vermişdir. İddiaçı və anası Raisədən götürdüyü qızılların pulunu Aygünə, Könül və Gülər ona ödəmədikləri üçün o da, pulları sahiblərinə verə bilməmişdir. Hazırda İddiaçı 5420 manat, anası Raisə Əliyevaya isə 9043 manat borcu qalmışdır. İşdə olan və məhkəmədə elan olunmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 5420 manat pul və 74.20 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə xx.xx.2022-ci il tarixdə 24.1 qram çəkidə 3955 manat, xx.xx.2022-cə 13.35 qramlıq 1800 manatlıq, xx.xx.2022-ci ildə 23.26 qram çəkidə 3135 manat, xx.xx.2023-də 5.55 qramlıq 750 manat dəyərində cəmi 9640 manat qızıl-zinət əşyası satmışdır. 4220 manat bu qızıllardan ona ödəniş etmiş, 5420 manat borclu qalmışdır. Cavabdeh xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində İddiaçı 5420 manat borclu qaldığını etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Dəftərin surəti ərizəyə əlavə edilmiş və məhkəmədə əsli təqdim olunacaqdır. Eyni zamanda yazılı razılıq müqaviləsi də vardır. Həmin müqavilə ərizəyə əlavə edilmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Dəftərdə qızılları götürdükcə səhifənin altından imza etmişdir. Odur ki, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2022-ci ilin dekabr ayının müxtəlif günlərində, ümumilikdə İddiaçı 9640 manat dəyərində qızıl-zinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarına bir hissəsinin pulunu ödəmiş, qalan 5420 manat məbləğində qızıl-zinət əşyalarının dəyərini bu günə kimi iddiaçıya ödəməmişdir. İddiaçının məhkəmə prosesi zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların ticarəti ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi mobil telefonda adı “Xeyale qızıl alan Selyan” kimi qeyd olunmuş şəxslə “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla (10 vərəq olaraq çap edilmiş) borcun cavabdehə məxsus olması öz təsdiqini tapır. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “...Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi onlar arasında olan dəftərin iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh həmin müqavilədə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli, Cavabdeh 5420 (beş min dörd yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM: 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, ödənilmiş 74,20 (yetmiş dörd manat, iyirmi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Əlimərdan qızına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 238-245, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5420 (beş min dörd yüz iyirmi) manat pul və tutularaq İddiaçı Əlimərdan qızına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74,20 (yetmiş dörd manat, iyirmi qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Əlimərdan qızının xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli