Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-118/2025 23.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən xx.xx.2020-ci il tarixdə İİ vətən müharibəsi zamanı Fizuli rayonu istiqamətində ağır yaralanmış X2 Bakı şəhərində yerləşən hərbi hospitalardan birinə yerləşdirilib, təxris ediləcəyini vəd edərək qarşılığında 6000 manat pul almış, lakin vədini yerinə yetirmədiyi üçün qardaşı X4 tərəfindən Cavabdeh qanunsuz əməlləri haqqında Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. Həmin şikayət üzrə Salyan rayon polis şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh onun əvəzində iddiaçıdan zərərçəkmiş şəxs X3 6000 manat ödənilməsi xahiş edərək, həmin məbləği sonradan qaytaracağına söz vermişdir. Cavabdeh ilə qohumluq əlaqəm (mənim baldızımın kürəkəni) olduğu üçün, habelə o, hərbi zabit olduğundan barəsində edilmiş şikayət ilə əlaqədar işindən məhrum olacağı üçün insanprəvərlik edib zərərçəkmiş şəxs X3 Cavabdeh vurmuş olduğu 6000 manat məbləğində zərəri ödəmiş və nəticə etibarı ilə Cavabdeh şikayətçi olmadığına görə Salyan rayon polis şöbəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh onun əvəzində zərərçəkmiş şəxs X3 ödədiyi 6000 manat pul vəsaitini ona geri qaytarmaqdan hər dəfə müəyyən bəhanələr gətirərək boyun qaçırmışdır. Cavabdeh yuxarıda qeyd etdiyim qanunsuz hərəkətləri haqqında Səbail rayon polis idarəsinə şikayət etmiş və həmin polis idarəsində arşdırma müvafiq aparılmış və şikayətində qeyd olunan xüsusatlar mülki məsələ olduğu üçün xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin başalanılması rədd edilərək qeyd olunanlarla bağlı mülki qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Ona görə də, Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22 oktyabr 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11 dekabr 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazını bildirərək, 2017-ci ildən təqaüddə olduğunu, Mayıla onun əvəzindən kiməsə pul verməsi üçün müraciət etmədiyini, Mirvalehlə aralarında heç bir münasibət olmadığını, Salyan Rayon Polis Şöbəsində 4000 manat borcla bağlı araşdırmanın aparıldığını və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 11 dekabr 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh vəkilləri Vəkil1 və Vəkil3 iddia tələbinə etirazını bildirərək, Salyan Rayon Polis Şöbəsi və Səbail Rayon Polis İdarəsində hazırki işlə bağlı toplanmış materialların araşdırılraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Cavabdeh onun qohumudur (xalasının yeznəsidir). O, vaxtilə hərbi qulluqçu olmuş, aralarında heç bir narahatçılıq olmamışdır. İddiaçı onun atasıdır. Dostu Mirvaleh müharibədə yaralandığı üçün Bakıda müalicə alınmasından ötrü qardaşı Mirsaleh ona zəng edərək, qohumumun hərbçi olduğunu bu məsələ ilə bağlı ona müraciət edərək köməklik etməyini bildirmişdir. O da bu məsələ ilə bağlı qohumu Cavabdeh zəng etmiş, düşünüb deyəcəyini bildirmişdir. Sonradan məsələnin həll olunması üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. Daha sonra Mirsalehlə Azərbaycan Neft Akademiyasının yanında görüşmüş, həmin vaxt İlham da orada olmuş, Mirsaleh 6000 manat pulu İlhama vermişdir. İlhamla birlikdə Dəmiryol xəstəxanasını keçdikdən sonra İlham orada olan adını dəqiq bilmədiyi hərbi hissəyə getmiş, özü də maşında gözləmişdir. İlham 15-20 dəqiqədən sonra qayıtmış və məsələnin həll olunduğunu bildirmişdir. Məsələnin üstündən 1-2 gün keçdikdən sonra Mirsaleh və ailəsi zəng edərək, narahat olduqlarını verilən vədlərin tutulmadığını bildirmişdir. İlhamla əlaqə saxlayaraq heç bir köməklik olunmadığını bildirmişdir. Daha sonra Mirvaleh özü həkimin qoyduğu diaqnoz ilə Bakıya gətirilmişdir. Müharibə bitdikdən sonra Mirvalehlə görüşmüş, Mirvaleh ona İlhamın 6000 manat pulu mənimsədiyi üçün bununla bağlı polis şöbəsinə müraciət etmək istədiyi bildirmişdir. Atası İddiaçı qohum olduqları üçün 6000 manat pulu Mirvalehə vermişdir ki, Mirvaleh İlhamdan şikayətçi olmasın, polis şöbəsinə verdiyi şikayətini geri götürsün. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, İlhamı şəxsən tanımır. Nihad onun uşaqlıq dostudur. Qardaşı müharibədə yaralandığı zamanlarda o, Nihada müraciət edərək, qardaşının xəstə olduğunu, onun Bakıya gətirilməli olduğunu, bunun yollarını soruşmuşdur. Nihad isə ona bu barədə dəqiq məlumatı olmadığını, lakin keçmişdə hərbi hissələrin birində işləyən qohumu İlhamdan soruşaraq hər hansı bir yolunun tapılmasına çalışacağını bildirmişdir. Nihad İlhamla danışmış, İlham da məsələni düzəldəcəyinə söz vermişdir. Neft Akademiyasının yanında Nihadla görüşmüş, həmin vaxt İlham da orada olmuş, Mirsaleh 6000 manat pulu İlhama vermişdir. Daha sonra məsələ həll olunmamış, qardaşı özü həkimlərin rəyi ilə Bakıya göndərilmiş, Yaşat fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilmiş, bu günə qədər də müalicə olunmaqdadır. Müharibə bitdikdən sonra qardaşı özü polis şöbəsinə müraciət etmişdir. Daha sonra Mayıl İlhamla qohum olduqlarından qardaşına pul vermişdir ki, qardaşı Mirvaleh İlhamdan şikayətçi olmasın, polis şöbəsinə verdiyi şikayətini geri götürsün. Qardaşına 6000 manat məbləğində pul Mayıl tərəfindən qaytarılmışdır. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mərifət Ağazadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, hərbi xidmətdən təxris edilməsi üçün qardaşı X6 adlı şəxsə 6000 (altı min) manat pul verməsinə baxmayaraq, sonuncunun vədinə əməl etməməsini və onları aldatmasını bildirmişdir. Araşdırma zamanı X4 xx.xx.2021-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh ona dəymiş ziyanı ödəməsini və bununla bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş X4 tərəfindən 21 fevral 2021-ci il tarixli Salyan RPŞnin rəisi polis polkovniki Nəzər Əsgərova ünvanlanmış ərizənin surətindən görünür ki, 16 yanvar 2021-ci il tarixdə onu Bakı şəhərində yerləşən hərbi hospitala gətirməsi və təxris etməsinə görə İlham adlı şəxsə 6000 min manat pul verilməsini bildirmişdir. Hazırda İlham adlı şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Onunla bağlı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Elşən Bədəlzadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Əliyev X12 Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2020-ci ildə X10 zamanı Fizuli rayonu istiqamətində ağır yaralanmış X1 Bakı şəhərində yerləşən hərbi hospitallardan birinə yerləşdirəcəyini və təxris edəcəyi adı ilə 6000 manat pul vəsaitini almış, lakin vəd etdiyi işin müqabilində heç bir iş görməmişdir. İş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş flashkartdakı görüntülərdən görünür ki, İddiaçı tərəfindən X3 X7 iştirakı ilə müəyyən məbləğdə pul verilib. İş materiallarında olan X4 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Cavabdeh ona qarşı törətdiyi dələduzluq cinayəti ilə bağlı Salyan RPŞ-də aparılmış araşdırma zamanı Cavabdeh öz yaxın qohumu İddiaçı ilə onu görüşdürmüş, özünün ona verməli olduğu 6000 manat pulu onun yerinə İddiaçı ona ödəmişdir. Bir daha təsdiq etmişdir ki, həqiqətən də, Salyan RPŞ-də aparılmış araşdırma materiallarından da görünür ki, Cavabdeh onu aldadaraq, 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, İlhamın yerinə ona dəymiş ziyan - 6000 manat pulu İddiaçı ona ödəmişdir. Sonradan məlum olmuş ki, Cavabdeh 6000 manat pulu İddiaçı geri qaytarmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh təxminən xx.xx.2020-ci il tarixdə İİ vətən müharibəsi zamanı Fizuli rayonu istiqamətində ağır yaralanmış X2 Bakı şəhərində yerləşən hərbi hospitalardan birinə yerləşdirilib, təxris ediləcəyini vəd edərək qarşılığında 6000 manat pul almış, lakin vədini yerinə yetirmədiyi üçün qardaşı X4 tərəfindən Cavabdeh qanunsuz əməlləri haqqında Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. Həmin şikayət üzrə Salyan rayon polis şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh onun əvəzində iddiaçıdan zərərçəkmiş şəxs X3 6000 manat ödənilməsi xahiş edərək, həmin məbləği sonradan qaytaracağına söz vermişdir. Cavabdeh ilə qohumluq əlaqəsi (baldızının kürəkəni) olduğu üçün o, zərərçəkmiş şəxs X3 Cavabdeh vurmuş olduğu 6000 manat məbləğində zərəri ödəmiş və nəticə etibarı ilə Cavabdeh şikayətçi olmadığına görə Salyan Rayon Polis Şöbəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu barədə X4 tərəfindən 21 fevral 2021-ci il tarixdə Salyan RPŞ-nə ünvanladığı ərizədə 16 yanvar 2021-ci il tarixdə onu Bakı şəhərində yerləşən hərbi hospitala gətirməsi və təxris etməsinə görə İlham adlı şəxsə 6000 min manat pul verilməsini bildirmiş, hazırda İlham adlı şəxsin ona dəymiş ziyanı tamamilə ödəməsini qeyd etmişdir. Lakin buna baxmayaraq, Cavabdeh onun tərəfindən zərərçəkmiş şəxs X3 ödədiyi 6000 manat pul vəsaitini ona geri qaytarmaqdan hər dəfə müəyyən bəhanələr gətirərək boyun qaçırmışdır. İddiaçı dəfələrlə cavabdehdən pulun alınması ilə bağlı müraciət etsə də, cavabdeh hazırkı vaxta qədər borcunu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirilən pul məbləğinin iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh əldə etdiyi məbləği əsassız varlanmış şəxs kimi (əsassız varlanma kimi) iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 80 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6000 manat pul və ödənilmiş 80 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 manat pul və ödənilmiş 80 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-118/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-118/2025
23.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver