Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1180/2023 06.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə Babalı oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13178 (on üç min yüz yetmiş səkkiz) manat pul və 129.53 (yüz iyirmi doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin dekabr ayının müxtəlif tarixlərində Cavabdeh ümumilikdə 13178 (on üç min yüz yetmiş səkkiz) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bugünə kimi yenədə 13178 (on üç min yüz yetmiş səkkiz) manatı qaytarmamışdır. Salyan RPŞ həmin araşdırma materiallarını yanlız məhkəmə qaydasında sorğu edildikdə məhkəməyə verəcəyini bildirmişdir. Həmin 13178 (on üç min yüz yetmiş səkkiz) manat pul və ödədiyi 129.53 (yüz iyirmi doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməlidir. Odur ki, Cavabdeh 13178 (on üç min yüz yetmiş səkkiz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçı bildirmişdir ki, Cavabdeh ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə aparılmış yazışmaları vardır. Cavabdeh ona bildirmişdir ki, mart ayının 31-də pulu tam ödəyəcəkdir. Cavabdeh ona yazı yaza bilmədiyini bildirdiyi üçün aralarında yazılı sənəd olmamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh ondan 2,6 qram, 250 manat dəyərində qızıl almışdır. xx.xx.2022-də 23,66 qram çəkidə 3075 manat dəyərində qızılı Sevincə verilməsi barədə “Whatsapp” yazışması vardır. Cavabdeh ona adam adları yazdırmışdır ki, qızılları aparıb həmin adamlara satacaq. Cavabdeh ondan xx.xx.2022-ci il tarixdə aldığı 45,87 qram qızılı Tamella müəlliməyə 5000 manata satmışdır. Hər ay cavabdeh ona 1000 manat ödəməyi öhdəsinə götürmüş, lakin 2 ay ödəniş etmişdir. Sonradan heç bir ödəniş etməmişdir. Sevincə, xx.xx.2022-ci ildə 15,77 qram çəkidə 2050 manat dəyərində qızıl satmış, o da, 25 apreldə borcu bağlayacağını bildirmişdir. Ona bildirmişdir ki, lotoreya oynayır, həm də Masallı rayonunda evi var onu sataraq borcunu ödəyəcəkdir. Lakin qalan borcunu ödəmədiyi üçün ondan Salyan Rayon Polis Şöbəsinə şikayət etmiş, bütün sübutları da əlavə etmişdir. X9 məsələnin mülki olduğu bildirilərək, ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehə hər dəfə qızıl verilən zaman qeydiyyat aparılmış və fotoşəkillər çəkilmişdir. Həmçinin tərəflər arasında “Whatsapp” sosial şəbəkəsində olan yazışmalar və səs yazıları vardır. Ümumilikdə 3 DVD disk məhkəməyə təqdim edilmişdir. Həmin diskdə olan səs yazılarında da, Cavabdeh pulu qaytaracağını bildimişdir. Həmin puldan iddiaçıya 2900 manat ödəniş etmişdir. Sevinc polisdə izahat verəndə özü qeyd etmişdir ki, o, qızılları almışdır. 14000 manatlıq qızıl almış və iddiaçıya 20 ədəd qəbz təqdim edərək pulu qaytardığını bildirmişdir. Lakin həmin qəbzlərə baxanda müəyyən olunmuşdur ki, o öz satdığı qızılların qəbzidir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə Babalı oğlu bildirmişdir ki, iddiaçı Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, sübut olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı tərəfindən sübut hesab edilərək məhkəməyə təqdim olunmuş səs yazılarının kimə məxsus olması müəyyən olunmamışdır. İddiaçı ancaq özündə olan dəftərə istinad etmişdir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən HK-1/784 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, 2022-ci il dekabrın 5-də özü alıb-satmaq üçün İddiaçı və anası Raisə Əliyevadan 3 aya ödəmək şərti ilə ümumilikdə 20 qram çəkidə 2700 manat dəyərində qızıl üzük və qolbağı götürmüş və həmin əşyaların dəyərini vaxtında ödəmişdir. Həmin gün onun evində tanışları Aygün, Xəyalə və Fəridə də özləri üçün Sevinc və Raisədən qızıl zinət əşyaları almışlar, lakin nə qədər qızıl aldıqlarını bilməmişdir. Bu günədək özü İddiaçı və Raisə Əliyevadan 14000 manatlıq qızıl zinət əşyaları almışdır və aldığı qızılların pulunu ödəmişdir, onun Sevinc və Raisəyə heç bir pul və qızıl borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 13178 (on üç min yüz yetmiş səkkiz) manat pul və 129.53 (yüz iyirmi doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 13178 (on üç min yüz yetmiş səkkiz) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Dəftərin surəti ərizəyə əlavə edilmiş və məhkəmədə əsli təqdim olunacaqdır. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Bu təqdim edilmiş sübutlarla bağlı məhkəmədə izahat geniş şəkildə veriləcəkdir. Odur ki, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş məhkəmə çıxışından görünür ki, iddiaçı iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş məhkəməyə təqdim edilmiş izahatdan görünür ki, Cavabdeh qarşı 13178 (on üç min bir yüz yetmiş səkkiz) manat pul və 129,53 (bir yüz iyirmi doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq mənə verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə Dekabr ayı müxtəlif tarixlərdə Cavabdeh mən ümumilikdə 13178 (on üç min bir yüz yetmiş səkkiz) manat dəyərində qızıl-zinət əşyası satmışam. xx.xx.2022-ci ildə 19.82 qram çəkisi olan 2080 manatlıq, 13.12,2022-ci ildə Ayətül Kürsü 2.16 qramlıq 250 manatlıq, xx.xx.2022-ci ildə 4 adda 26.82 qramlıq 3085 manatlıq kardinal sep, 1.79 qramlıq 250 manata halqa sırğa, 2.98 qramlıq 343 manatlıq şir üzük olmaqla ümumi çəkisi 31.59 qram olan 3633 manatlıq, həmçinin Mahizər müəlliməyə vermək üçün İtaliya qızılı 22.66 qramlı 3075 manatlıq sep, 2.19 qramlıq 285 manatlıq gül pandora üzük, 3.16 qramlıq 365 manatlıq sırğa, 7.75 qramlıq 900 manata kardinal sep, ingilis dili müəllimi Elnarəyə italiya qızılları olan 15.69 qramlıq 2040 manata qolbaq, 7.77 qramlıq 1010 manata sırğa, Tamella müəlliməyə satmaq üçün 3195 manatlıq tros sep, 5.41 qramlıq 595 manatlıq qolbaq, 4.74 qramlıq 520 manatlıq şopart qolbaq, 5.12 qramlıq 560 manatlıq sep, 1.56 qramlıq 170 manatlıq üzük, xx.xx.2022-ci ildə 4.57 qram qırdüymə, 2.19, 2.94,1.98, 2.43, 1.66 qramlıq ümumi çəkisi 15.77 qram olan 2050 manatlıq qızıl götürmüşdür. Ümumilikdə Cavabdeh məndən 20928 (iyirmi min doqquz yüz iyirmi səkkiz) manatlıq qızıl götürmüş, 7750 manat, 2400 manat karta qalan 5350 manat məbləği əlbəəl verməklə 13178 manat borclu qalmışdır. Həmin qızılların pulun qaytarmadığı üçün Salyan rayon Polis şöbəsinə şikayət etdim. xx.xx.2023-cü ildə Salyan Rayon Polis Şöbəsində verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığım qızılları tərtib etdiyim dəftərdə bir-bir qeyd etmişəm. Dəftərin surəti ərizəyə əlavə edilir və məhkəmədə əsli təqdim ediləcəkdir. Eyni zamanda Cavabdeh istifadəsində olan 050- ***-**-** telefondan Whatsapp vasitəsilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Eyni zamanda Cavabdeh 20 ədəd ödəniş çekini məhkəməyə təqdim edərək bütün burada göstərilən 13930 (on üç min doqquz yüz otuz) manat pulun borcunu bağladığını bildirmişdir. xx.xx.2023-cü il tarixli çekə diqqət etdikdə orada olan 1900 manatın kredit olduğu bundanda 200 manat ödənildiyi göstərilir. Həmin çekləri hesablasaq ödənişin 12230 (on iki min iki yüz otuz) manat olduğu görünür. Cavabdeh isə təkcə məndən 13178 manatlıq qızıl götürüb və həmin çeklərə baxış keçirərkən də müəyyən olunur ki, 2023-cü ilin yanvar ayı 15-52-də 600 və 500 manat, xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2023-də 100 (Təranənin puludur deyə Sevinc İsmayolova soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 1000, xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz) manat yoldaşım İsmayılov Rüfətin kartına pul atmış və atdıqdan sonra həmin pulların kimə aid olduğunu bildirmişdir. 600, 500, 300 və 1000 manat cəmi 2400 (iki min dörd yüz) manat şəxsən mənim özümə pul göndərmişdir. Eyni zamanda göndərilmiş çeklərdən anam X1 da pul göndərilmişdir: xx.xx.2022-də 150, xx.xx.2022-də 400 (hələlik bunu atdığını və Məmmədova Xəyalə ilə danışdığını deyir), xx.xx.2023-də 350, xx.xx.2023-də 300 (səs ataraq Yeganənin verdiyi bildirmişdir), 01.2023-də 18-26-da 300 (səs ataraq Fərzəliyeva Aygünün verdiyini bildirmişdir), xx.xx.2023-də 400, xx.xx.2023-də 300, xx.xx.2023-də 30 (səs ataraq Cavabdeh Südabənin pulu olduğunu demişdir), xx.xx.2023-də 200, xx.xx.2023-də 2500 (3 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur), xx.xx.2023-də 300 manat karta köçürülmüşdür. Təqdim olunmuş səs yazıları və Whatsapp vasitəsilə yazışmalardan görünür ki, xx.xx.2023-də 100 (Təranənin puludur deyə İddiaçı soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz), xx.xx.2023-də 2500 (3 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur), xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2022-də 400 (hələlik bunu atdığını və Məmmədova Xəyalə ilə danışdığını deyir), xx.xx.2023-də 300 (səs ataraq Yeganənin verdiyi bildirmişdir), 01.2023-də 18-26-da 300 (səs ataraq Fərzəliyeva Aygünün verdiyini bildirmişdir), xx.xx.2023-də 30 (səs ataraq Cavabdeh Südabənin pulu olduğunu demişdir). Eyni zamanda özünün adına olan xx.xx.2022-ci il tarixli 2000, xx.xx.2022-ci il tarixli 450 manatlıq çekləri özünün ödənişi kimi göstərmək istəyir. Belə ki baş hərflərə baxdıqda Cavabdeh olduğunu müəyyən etmək mümkündür. İşdə olan xx.xx.2023-cü il tarixli 100 manatlıq çeki isə İddiaçı Cavabdehə göndərmişdir ki, cavabdeh bu puluda onun tərəfindən ödədiyini sübut etməyə çalışır. Beləliklə, Cavabdeh bu çekləri təqdim etməklə 9330 (doqquz min üç yüz otuz) manat başqa şəxslərin ödənişlərini öz ödənişləri, onun özünə göndərilən 100 (bir yüz) manat pulu, özünə məxsus karta göndərilmiş 2450 ( iki min dörd yüz əlli ) manat pulu ödədiyini sübut etməyə çalışır. Halbuki, həmin çeklərin onun tərəfindən təqdim edilməsinə baxmayaraq özü tərəfindən göndərilmiş səslərdə başqa şəxslərə aid olduğu öz təsdiqini tapır. Qeyd olunanlar və təqdim olunmuş sübutlar onu deməyə əsas verir ki, Cavabdeh 13178 manat iddia tələbində təkcə mənə olan borcunu ödədiyini bu təqdim edilmiş çeklərlə sübut etməyə çalışmaqla borcunu ödəməkdən yayınmağa və məhkəməni borcu ödəmiş kimi göstərməklə yanıltmağa çalışır. Təqdim olunan çəklərdə ödənilən ümumi məbləğ 16380 (on altı min üç yüz səksən) manat təşkil edir ki, bundan 2450 (iki min dörd yüz əlli) manat Cavabdeh öz kartına ödənilən məbləğ, xx.xx.2023-cü il tarixli 100 manatlıq çeki isə X4 Sevincə göndərdiyi məbləğ, 9330 (doqquz min üç yüz otuz) başqa şəxslərin ödədikləri və özünün səsləri ilə etiraf etdiyi məbləğdir. 4500 ( dörd min beş yüz) manat Cavabdeh tərəfindən mənə və anam X5 ödənmişdir ki, bundan 2400 (iki min dörd yüz) manatı mənim, 2100 (iki min bir yüz) manatı X5 ödənmişdir. 2023-cü ilin yanvar ayı 15-52də 600 və 500 manat, xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2023-də 100 (Təranənin puludur deyə İddiaçı soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 1000, xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz) manat yoldaşım İsmayılov Rüfətin kartına pul atmış pullardan 2200 manat öz borcundan olan puldur. Qeyd olunanlara əsasən təqdim edilmiş bütün bu sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan 2022-ci ilin dekabr ayının müxtəlif günlərində, ümumilikdə 13178 manat dəyərində qızıl-zinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarının pulunu ödəmişdir. Həmçinin Cavabdeh Salyan rayon PŞ-nin İstintaq Bölməsinə verdiyi izahatında da, iddiaçıya nə qızıl, nə pul borcu olmadığını bildirmişdir. İddiaçı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərarı mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Həmçinin, məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi 3 ədəd audio səs yazısı əks olunmuş “CD” disk və mobil telefonda adı “SEVİNC QİZİL AMİNE” kimi qeyd olunmuş şəxslə səs yazısı və “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalardı. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Bu sübutun (iddiaçı tərəfindən təqdim olunan səs yazısı) mümkünlüyü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmədə bilavasitə deyil, nümayəndəsi (vəkili) vasitəsilə iştirak etmiş və məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq cavabdeh səs yazısı tədqiq edildiyi zaman məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda cavabdehin özünün iştirak edib bu halı təsdiq etmək istəmədiyini, eləcə də onun nümayəndəsinin iddiaçı ilə söhbət aparan şəxsin səsinin cavabdehin səsinə oxşayıb-oxşamaması ilə bağlı heç nə deyə bilməməsini nəzərə alaraq məhkəmə həmin səs yazısını mötəbər sübut kimi qəbul edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı aldığı qızıl-zinət əşyalarının dəyərini ödəməməsini sübut etmək iddiaçının vəzifəsidir. Hazırkı işdə isə iddiaçı tərəfindən təqdim edilmiş üzərində İsdmayılova Sevinc - Q.S sözləri yazılmış 1 ədəd “CD” diskdə olan danışıqlardan görünür ki, tərəflər bir-birinə seva deyə müraciət edirlər. Onlar arasında aparılan sözhbət zamanı İddiaçının iddia tələbində göstərdiyi miqdarda qızıl-zinət əşyalarının alınması və borcun miqdarını müəyyən etmək mümkün deyildir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında olan səs yazılarından “600 manat da atırlar gözlə səf-səf atıblar”, “Günortan xeyir Seva, Seva dünən sən 1100 manat dəftərdən sildirmisən mənə, indi 500 manat, neynəyək 500 manat atmısın, mən indi neynəyim, silim, yoxsa bunu ayzım bir söz denən”, “bacı qurban 1100 manat sənə atmalıydı, 500 manat atıbdır, olduğu kimi qalsın, 600 manat gələcək”. Üzərində “Sevinc – 1” yazılmış 1 ədəd “CD” diskdə olan danışıqlardan görünür ayrı-ayrı insanlar arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı müxtəlif səpkili söhbətlər aparılmışdır. Məhkəmə hesab edir ki, İddiaçının təqdim etdiyi səs yazıları ilə Cavabdehin İddiaçıya pul borcunun olduğunu müəyyən etmək mümkün olmadığını nəzərə alaraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməməlidir. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edilərkən 129.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir və iddia tələbində bu rüsumun əvəzinin də cavabdehdən tutulması tələb edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1180/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1180/2023
06.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver